Icma.az
close
up
RU
Tanınmış qarmon ifaçısı necə prokuror oldu?

Tanınmış qarmon ifaçısı necə prokuror oldu?

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

 İnternetdə virtual hərrac səhifəsində satışa qoyulmuş val diqqətimizi çəkdi.

Zakir Müslim adlı azərbaycanlı qarmon ifaçısının valı SSRİ-nin “Melodiya” firması tərəfindən 1990-cı ildə yazılıb.

Bu valda bir neçə rəqs havası yazılıb.

Tanıtım səhifəsində isə xalq artisti, mərhum bəstəkarımız Süleyman Ələsgərovun Zakir Müslim haqqında xoş sözləri əksini tapır.

S.Ələsgərov yazır ki, Zakir Müslim istedadlı gənc azərbaycanlı müsiqiçilərdəndir. “Mən onun gözəl ifasına 1990-cı ilin yanvarında Türkiyədə keçirilən Azərbaycan mədəniyyəti günlərində şahidi oldum. Vətəndən uzada Zakirin virtuoz ifası mənə qarlı dağlarımızı, yaşıl çəmənlərimizi, mavi göllərimizi, məsuldar torpaqlarımızı və ağ köpüklü Xəzəri xatırlatdı. Hələ tələbə olarkən Zakir diqqəti özünə çəkə bilmişdi. O, 1977-ci ildə keçirilmiş “Oxu tar” respublika müsabiqəsinin lauraetı olmuşdu”.

Valda 8 rəqs havası yazılıb. Bunlar “Rəqs”, “Darıxma”, “Segah təsnifi”, “Bahar” rəqsi, “Mən aşiq gülə-gülə” mahnısı, “Şəlalə” rəqsi, “Süüleymani” və “Tərəkəmə” rəqsidir.

Onu qoşa nağarada xalq artisti Sadıq Zərbəliyev müşaiyət edir.

Bu ifaçı hazırda fəaliyyət göstərirmi?

Araşdırmamız gözlənilməz nəticələrə gətirib çıxardı. İp ucunu Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi Abbasqulu Nəcəfzadə verdi.

O bizimlə söhbətdə bildirdi ki, Zakir Müslümu yaxşı tanıyır: “Meksikada onunla səfərdə olmuşuq, bir otaqda qalmışıq. Gözəl qarmon ifaçısı idi. Sonra BDU-da hüquqşünaslıq ixtisası üzrə təhsil aldı, qarmona əlvida dedi. Bir sıra rayonlarda prokuror kimi çalışdı. İndi deyəsən təqaüddədir”.

Filologiya elmləri doktoru, professor,ədəbiyyatşünas Vüqar Əhməd də bu sənətçi ilə bağlı diqqətçəkən məlumat verdi. Onun sözlərinə görə Azərbaycan Teleradiosunda çalısanda Zakir Muslimovun solo konsertlərini efirə verib: “Sonradan sənəti tərk etdi, atdı prokuror oldu”.

Araşdırmamız nəticəsində bəlli oldu ki, hüquq fakultəisini bitirən Zakir Müslumov sonralar prokurorluq sistemində çalışıb.

Pedaqoji elmlər namizədi, baş ədliyyə müşaviri olan Zakir Müslumov Baş Prokurorluğun Kadrlar idarəsi rəisinin müavini -Tədris mərkəzinin rəhbəri olub. Həmçinin Baş Prokurorluğun Təşkilat-Analitik idarəsinin prokuroru vəzifəsində çalışıb.

Onun son iş şeri Şamaxı rayonu olub. Burada prokorur vəzifəsində işləyən Zakir Müslumov 2018-ci ildə təqaüdə çıxıb.

AzPost

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:576
embedMənbə:https://azpost.info
archiveBu xəbər 01 Sentyabr 2025 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri