“Tanrının adamları” işıq üzü gördü
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Şair, yazıçı Ruzbeh Məmmədin “Tanrının adamları” adlı yeni hekayələr toplusu işıq üzü görüb.
“Qafqazinfo” xəbər verir ki, ədəbi mühitdə özünəməxsus poetik dili ilə tanınan müəllifin bu kitabı “Parlaq imzalar” nəşriyyatında çap olunub.
Mövzu və süjet xətti baxımından kənd həyatının səmimi, sadə və məsum insanlarının taleyindən ilhamlanaraq yazılan topluda ümumilikdə 12 hekayə yer alıb.
Əsərlərdə insan münasibətlərinin dərinliyi, mənəvi dəyərlər, torpağa və doğma ocağa bağlılıq, eyni zamanda kənd mühitindəki insanların daxili aləmi poetik və kövrək bir dildə oxucuya çatdırılır.
Qeyd edək ki, bu kitab müəllifin poetik yaradıcılıqdan sonra qələmə aldığı ilk nəsr əsəridir. Onun bundan əvvəl “365 gün” və “Gecə saat üçdür və mən səni sevirəm” adlı şeir topluları nəşr edilib.
“Tanrının adamları” kitabı isə şairin nəsr müstəvisindəki ilk uğurlu addımı və oxuculara yeni bədii təqdimatıdır.
Baxış sayı:110
Bu xəbər 10 Oktyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















