Icma.az
close
up
RU
Tapdıqları şəxsiyyət vəsiqələrini sosial şəbəkədə paylaşanlara xəbərdarlıq

Tapdıqları şəxsiyyət vəsiqələrini sosial şəbəkədə paylaşanlara xəbərdarlıq

Icma.az bildirir, Tribuna portalına istinadən.

Son zamanlar tapılmış şəxsiyyət vəsiqələrinin sosial şəbəkələrdə paylaşılması geniş yayılıb. İnsanlar bunu sahibini tapmaq niyyəti ilə etsələr də, əslində bu davranış çox ciddi təhlükəsizlik riskləri yarada bilər. Məsələ ilə bağlı informasiya təhlükəsizliyi üzrə ekspert Əmrah Mövsümzadə Milli.Az‑a açıqlamasında bildirib ki, şəxsiyyət vəsiqəsində fin kodu, seriya nömrəsi, doğum tarixi və digər identifikasiya məlumatları yer alır və bu məlumatlar müxtəlif məqsədlərlə sui‑istifadəyə məruz qala bilər.

Ekspert qeyd edib ki, bu məlumatlar şəxsi məlumat bazası kimi çıxış etdiyinə görə böyük risk daşıyır.

Ə.Mövsümzadənin sözlərinə görə, dələduzlar bu məlumatlardan istifadə edərək şəxs adından banklara və kredit təşkilatlarına zəng edib müəyyən təsdiqləmə mərhələlərindən keçə bilirlər:

“Bir çox banklarda ilkin identifikasiya üçün sadəcə ad, soyad, doğum tarixi və sənəd məlumatlarının kifayət etməsi bu riski daha da artırır”.

Mütəxəssis əlavə edib ki, onlayn xidmətlərin ələ keçirilməsində də bu məlumatlardan geniş istifadə olunur. Bir çox hökumət xidmətləri, “ASAN Login”, mobil operatorlar və digər sistemlərdə identifikasiya üçün məhz şəxsiyyət vəsiqəsindəki məlumatlar tələb edilir:

“Bu məlumatları əldə edən dələduzlar müxtəlif kombinasiyalar edərək parolları təxminləyə və hesablara giriş əldə edə bilirlər”.

SIM kartların ələ keçirilməsi də real təhlükələrdən biri olduğunu vurğulayan həmsöhbətimiz nəzərə çatdırıb ki, mobil operatorlar istifadəçi məlumatlarının müəyyən hissəsini təsdiqləmək üçün vəsiqə məlumatlarını soruşduğundan, kiminsə bu məlumatlardan istifadə edərək nömrəni öz adına keçirməsi və beləliklə həmin şəxsin SMS-lərinə nəzarət etməsi mümkündür.

Ə.Mövsümzadənin fikrincə, vəsiqə sahibinin adına müxtəlif onlayn platformalardan sifarişlər verilməsi də mümkündür və bu həm maddi ziyana, həm də şəxsin adının qara siyahıya düşməsinə səbəb ola bilər.

Bildirib ki, sosial mühəndislik hücumlarında da şəxsiyyət vəsiqəsindəki məlumatlardan tez‑tez istifadə olunur:

“Dələduzlar həmin məlumatları əldə etdikdən sonra özlərini həmin şəxsi yaxından tanıyan biri kimi təqdim edərək ona və yaxınlarına real görünən fırıldaq zənglər və mesajlar göndərə bilirlər”.

O, digər böyük təhlükənin isə bu məlumatların “dark web”də satılması olduğunu diqqətə çatdırıb. Deyib ki, şəxsiyyət məlumatları qanunsuz onlayn bazarlarda satılır və sonradan müxtəlif cinayət əməliyyatlarında istifadə olunur.

Ə.Mövsümzadə tövsiyə edir ki, tapılmış şəxsiyyət vəsiqəsini tam şəkildə, bütün məlumatları görünən formada sosial şəbəkədə paylaşmaq olmaz. Ən doğru addım sənədi yaxınlıqdakı polis bölməsinə təhvil vermək və yalnız tapılma yeri barədə ümumi məlumat paylaşmaqdır.

Onun sözlərinə görə, fin kodu və digər əsas məlumatlar heç bir halda ictimaiyyətə açıqlanmamalıdır.

“Şəxsi məlumatlar təkcə fiziki deyil, həm də rəqəmsal təhlükəsizlik baxımından böyük əhəmiyyət daşıyır. Bir foto düzgün olmayan əllərə düşərsə, çox ciddi nəticələrə səbəb ola bilər”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Noyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda oynayan qapıçıya İtaliya ilə görüşdə şans verilmədi

14 Noyabr 2025 11:17see213

Neymar dərhal PSJ yə keçdiyinə peşman oldu və geri dönmək istədi

15 Noyabr 2025 01:07see193

ABŞ da termonüvə bombasını uğurlu sınaqdan keçirdiyini açıqlayıb

15 Noyabr 2025 06:53see191

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see182

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see149

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see147

“9990 nömrəsindən gələn zənglə bağlı yayılan iddialara DİN dən REAKSİYA FOTO

14 Noyabr 2025 17:40see139

Türkiyədə həlak olan jurnalist sabiq məmurun oğlu imiş FOTO

14 Noyabr 2025 09:35see135

Bu deputat danışmır, ancaq şəkil çəkdirir FOTOLAR

14 Noyabr 2025 10:58see134

Damarları tıxananlar bu qidalardan imtina etsin

14 Noyabr 2025 20:33see133

Van der Vart: “Ronaldo şokolad olsaydı, özünü yeyərdi”

15 Noyabr 2025 03:09see132

“Leş Tofiq”lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?

14 Noyabr 2025 18:18see132

Nicat Kazımov: Dil milləti formalaşdıran və onun özünəməxsusluğunu qoruyan ən güclü təməldir

14 Noyabr 2025 00:49see131

Ukraynadakı müharibə 2026 cı ilin iyununda başa çata bilər Buşun köməkçisi

14 Noyabr 2025 09:44see130

Ayxan Abbasov: “Rəqibin gücü bəlli idi”

13 Noyabr 2025 23:49see129

“BakıKart”ın ləğvi iddiasına rəsmi cavab: “Metro və avtobuslarda...”

14 Noyabr 2025 09:09see128

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı AÇIQLAMA

14 Noyabr 2025 23:10see124

Yeni Azərbaycan Partiyasının 33 ili: siyasi sabitlik və ölkənin inkişafındakı rolu POLİTOLOQ ŞƏRH ETDİ

14 Noyabr 2025 15:50see122

KİV: ABŞ Qəzzanı iki hissəyə bölmək niyyətindədir

15 Noyabr 2025 04:25see120

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri