Icma.az
close
up
RU
Bizim itirdiklərimiz Onların tapdıqları... Rəvan Cavid yazır

Bizim itirdiklərimiz Onların tapdıqları... Rəvan Cavid yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəvan CAVİD

Qərb fəlsəfəsinin və ədəbiyyatının İkinci Dünya müharibəsindən sonra tapdığı "fərdin psixoloji analizi" teoremlərini Şərq İkiçayarası mədəniyyətin təşəkkülündə kəşf etmişdi. Düşünülənlərin və yazılanların əvvəlcə fərdi, daha sonra kütləvi mahiyyət daşıdığını məğriblilər dünya yaranandan bilirdi desək, şişirtmiş olmarıq. Qədim yunan fəlsəfə məktəblərinin təməlində cəmiyyətin tərbiyəsi dayanırdısa, Uzaq Şərqin rahib monastırlarında, ya da Orta Şərqin dini mədrəsələrində, hücrə məclislərində şəxsin batini tərbiyəsi əsas götürülürdü.

Yeni tarixdə, təəssüf olsun ki, siyasi və iqtisadi münaqişələrin səbəb olduğu müharibələr Şərqin təkcə şəhərlərini, tarixini viran qoymadı, həm də fəlsəfi məktəblərini də dağıntılar altında itirdi. Günümüzdə şərqlilər öz qədim məktəblərinin axtarışındadırsa, səbəbi o viran qalmış kitabxanaların arasından öz mahiyyətlərini tapmaqdır. Qərbin Şərqdən öyrəndiklərini indi bizim onlardan öyrənməyimiz tarixin ironiyasıdır. Məsələn, parapsixologiya dedikləri elm qədim şumerlərin metafizik, mifik hekayələrinin yozumları kimi şəkilləndirilir. Ya da İlk və Tək Səbəb anlayışı Musadan Məhəmmədə qədər uzun yol qət etmiş inanc sisteminin alqoritmasıdır.

Bu gün Karl Armstronq "Ərəblər Quranı köçürərkən vacib nüanslara vahidlik donunun geyindirilməsində farsların köməyi ilə Ərəbistan yarımadasındakı "falasofların" (yunan filosofları) təsiri böyük olub" yazanda çoxumuzun ağlının qarışmasına səbəb də budur. Biz Yaxın və Orta Şərqin dini tezislərini, ədəbi düşüncələrini tarixin müəyyən dövründə itirdik və beləcə hər şeyin, bütün düşüncə sisteminin "ipi"ni avropalılara ötürdük. Bunları yazarkən, Orhan Pamukun Nobel almasından sonra avropalı ədəbiyyatşünasların onun haqqında dedikləri "Orhan Pamuk bizə roman yazmağı yenidən öyrətdi" ifadələri yadıma düşür. Roman, əlbəttə, Qərb ədəbiyyatının hadisəsidir. Ancaq macərapərəstlik şərqlilərə xas düşüncə tərzidir. Roman sənəti də, bir növ, düşüncə tərzi ilə düşüncə texnikasının ahəngindən yaranan ortaq mədəniyyətdir. "Yenidən öyrətdi", yəni "təkrar etdirdi" deyəndə də onlar məhz bunu nəzərdə tuturdu.

Hazırda Amerikada və Avropada ən çox satılan poetik nümunə Ruminin "Məsnəvi"sidir. Dünyanın bestsellerlərinin mövzularına baxanda da yenə irfani izlər tapırıq. Məsələn, bir zamanların ən dəbdə olan kitabı "Sekret" ("Sirr") və Paulo Koelyonun "Kimyagər" romanı. "Məsnəvi"nin və sufiliyin hekayələri ilə dolu iki əsər. Və ya günümüzdə xərçəng xəstəliyi kimi yayılan şəxsi inkişaf və biznes kitablarının mahiyyətində də şərq təriqətlərinin motivativ söhbətləri dayanır. Misal üçün, yaxın tarixin fenomeni olan Oşo bir vaxt Tibet rahiblərinin monastırlarından "oğurladıqları" ilə yeni fəlsəfə məktəbi qurub. Ölənə yaxın bunu etiraf etmişdi. XXI əsrin dəbdə olan fəlsəfi cərəyanı - ekzistensializm. Sufiliyin yolsuzluq anlayışı ilə (sufilikdə arzuolunmayan hal kimi qiymətləndirilir) birəbir eyni mahiyyəti daşıyır. "Bunların hansı o birindən əvvəl yaranıb?" sualını vermək, təbii ki, gülməli olar. Sufilik və irfan məktəbləri, nəinki Qərbin fəlsəfi düşüncə tərzindən, hətta Şərqin səmavi dinlərindən də qocadır. Bu gün biz necə gün batan tərəfə boylanıb nəsə öyrənmək istəyirik, eynisini vaxtında onlar gün doğan tərəflərə baxıb öyrəniblər. Biz tapdıqlarımızı sandıqlara yığarkən, onlar tapdıqlarından, öyrəndiklərindən məktəblər yaradırdı. İki böyük cahan müharibəsi də qərblilərə dərs oldu. Başa düşdülər ki, kilsənin qanunları, Şərqin irfan dərsləri onları müsibətlərdən qurtara bilməyəcək. Ona görə də, səhərlər laboratoriyada atom parçalamaqla, gecələr də fəlsəfə danışmaqla keçirdilər. Əllərində olan şüşəni güzgüyə çevirməyi bacardılar. Şərq insanı isə müharibəyə tez uduzur; özünə gəlməyi üçün əməlli-başlı vaxt lazım olur.

Əslində, yuxarıdakı misallar Şərqlə Qərb fəlsəfəsinin əsas fərqləridir. Bilinməli olanı gül zənn edək. Şərqli o gülə baxar, böyüdər, qoxlayar, açmasını, solmasını, şehlənməsini gözləyər. Çürüyüb torpağa qarışana kimi gülün ətrindən, budağının tikanından dəm vurar. Ləçəyini gah yağışda, gah qarda çimizdirər. Bir gün dərib yarına versə onu, zülm-zülm ağlayar - gah yarı üçün, gah gül üçün. Qərbli isə həmin gülü qoxlayıb qurtarandan sonra onu qırar, sapına, yarpağına, ləçəyinə mikroskop altında baxar. Böyüməsini, solmasını diqqətlə izləyər. Nə vaxt qırsa, pencəyinin cibinə yaxşı görünmək üçün taxar. Baxın, fərqimiz budur. Qərblinin eksperimental istəkləri bitmir, şərqlinin isə duyğuları.

Bugünkü gündəmimizi zəbt edən süni intellektin ədəbiyyatı yox etməsi cəfəngiyyatları da qərblilərin şərqli duyğularına "xor baxması"dır, əslində. Ədəbiyyatın, fəlsəfənin mərkəzində insan dayanır. Nə gəlirsə, onun başına gəlir. Komediya, faciə, mizah insanın yaradılışından ölümünə qədər olan proseslərin cəmidir. İlk insan Yer üzünə endiriləndə necə hekayələr başladısa, son insan Yer üzündən səmaya buxarlananda da eləcə bitəcək. Yol varsa, ədəbiyyat da, onun təməlindəki bütün suallar da canlı qalacaq. Onu canlı qılansa, duyğulardır. Maşınların erasında nə qədər sönük və tənəzzüldə görünsələr də, hələ də adamlar gülür və ağlayır. Deməli, ədəbiyyat da yaşayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://525.az
archiveBu xəbər 27 May 2025 05:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see281

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see230

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see165

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see151

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see140

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see128

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see128

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see128

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see127

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see127

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri