Icma.az
close
up
RU
“Taqanroq diviziyası”nın döyüşçüsü həm 100 illik yubileyini, həm də Qələbənin 80 illiyini qeyd edir

“Taqanroq diviziyası”nın döyüşçüsü həm 100 illik yubileyini, həm də Qələbənin 80 illiyini qeyd edir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qəbələ, 9 may, AZƏRTAC

İkinci Dünya müharibəsinin iştirakçısı, Qəbələnin Bum qəsəbə sakini Fətullah Əliməmmədovun bu gün 100 yaşı tamam olur. Bu gün həm də İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi qeyd edilir.

Azərbaycan SSR-in hər beş vətəndaşından biri müharibədə iştirak edib, xüsusi fədakarlıq və cəsarət göstərib. 1941-ci ildə Azərbaycan SSR-in əhalisi cəmi 3 milyon 400 min nəfər olduğu halda, İkinci Dünya müharibəsində 700 minə yaxın azərbaycanlı iştirak edib. Qəbələnin Bum qəsəbə sakini Fətullah Əliməmmədov da onlardan biridir.

AZƏRTAC xəbər verir ki, bu gün Fətullah baba üçün ikiqat bayramdır. Qələbə günü ərəfəsində əməkdaşımız Fətullah babanı evində ziyarət edib, onunla və ailə üzvləri ilə həmsöhbət olub.

Bizi Bum qəsəbəsində Fətullah Əliməmmədovun oğlu Xalis qarşılayır. Mənzilə daxil olanda Fətullah baba da çöldən gəlirdi. Oğlu Xalisin köməyi ilə o, həmişəki kimi yuxarı başda yerini alır. Ailə üzvləri də stolun ətrafına toplaşır. Öyrənirik ki, İkinci Dünya müharibəsinin iştirakçısı 8 övlad böyüdüb, boya-başa çatdrırıb. Hazırda 16 nəvəsi, 12 nəticəsi var.

Fətullah Əliməmmədovu qardaşları müharibənin ilk günlərindən döyüşə yollanıb. 1942-ci ilin əvvəllərində o da azyaşlı olmasına baxmayaraq, hərbi komissarlığa gedərək adını yazdırsa da, geri göndəriblər. Lakin yenidən hərbi komissarlığa müraciət edib və beləcə döyüş yolu başlayıb. İlk döyüşlərə isə Mozdok ətrafında qatılıb.

"1942-ci ildə əsgər getmişəm. Əvvəlcə o vaxtkı Şamxor, indiki Şəmkirdə 4 ay hərbi təlim keçdik. Daha sonra bizi Xasavyurda apardılar, 3 ay da orada ciddi təlimlərdən keçdik və beləcə müharibəyə yollanmışıq”, - deyən Fətullah baba əlavə edir ki, həmin ilin noyabr ayının əvvəlindən qızğın döyüşlərə qatılıb. Döyüşlərdən birində bədəninin 12 yerindən qəlpə yarası alan F.Əliməmmədovun yaralarından 4-ü yüngül, qalanları ağır olub. Tiflisdə müalicə aldığı hospitalda onun ayağının kəsiləcəyini bildirsələr də, etiraz edib və bütün ağrılara dözərək sağalmağı bacarıb.

Azərbaycanlılardan təşkil edilən “416-cı Taqanroq diviziyası”nın döyüşçüsü olan Fətullah baba pulomyotçu olub. Dəfələrlə sərras atışları ilə düşmən hədəflərini susdurub.

“Azərbaycanlılardan ibarət 416-cı diviziyanın tərkibində döyüşmüşük. Mən pulomyotçu olmuşam. “Starkov” pulomyotları vardı, 66 kiloqram ağırlığında. Təlimlərdə sərraf atışlarımla birinci olduğuma görə, onu mənə verdilər. Atdığım güllələr heç vaxt hədəfdən yayınmayıb. Bir neçə dəfə hətta düşmənin yüksək rütbəli komandirini məhv edə bilmişdim. Lakin məni də hədəf almağı bacardılar.. Döyüşlərdən birində “güllə yağışı”na tutuldum. Demək olar ki, bir gün səngərdə ölü vəziyyətdə qaldım. Şəkidən olan Mahmudov soyadlı döyüş yoldaşım vardı, o, məni xilas etmişdi”, - deyir və o günləri xatırladıqca səsi kövrəlir, zəif görən gözləri yaşarır.

Oğlu Xalis atasının son illər bütün tibbi müdaxiləyə rəğmən gözlərinin nurunun azaldığını, zəif eşitdiyini bildirir. Atasının uzun illər kolxozda müxtəlif vəzifələrdə çalışdığını deyən Xalis, əlavə edir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra atasına avtomobil hədiyyə olunub, dəfələrlə dövlət tədbirlərinə çağırılıb.

Fətullah babanın bütün qayğıları ilə maraqlanan gəlini Alimə xanımın onun sağ əli, eşidən qulağı, görən gözü olduğunu hiss edirik. Artıq uzun illərdir ki, Alimə xanım Fətullah babanın qayğısını çəkir.

“25 ildir Fətullah babanın gəliniyəm. Mən onun qulluğunda dayanmaqdan qürur duyuram. Öz atamı tez itirmişəm. Qayınatamı atam bilmişəm. Həqiqətən də mənə hər zaman atalıq qayğısı göstərib. Allah canını sağ eləsin, əskik olmasın. Onun qayğısında durmağı özümə borc bilirəm”, - deyən Alimə Ağasıyeva Fətullah babanın 100 illik yubleyinin də keçirilməsinin təşəbbüskarı olduğunu bildirir.

Bildirir ki, ailəsi, qohumları hər il mayın 9-da babanın başına toplaşır. Bu il isə 100 yaşı tamam olur. Ona görə daha geniş qeyd edilir.

Reportajımızın əvvəlində qeyd etmişdik ki, bu gün, yəni 9 May - Qələbə günü Fətullah baba üçün ikiqat bayramdır. Çünki artıq uzun ilərdir ki, övladları bu günü həm də atalarının ad günü kimi qeyd edir. Onun şəxsiyyət vəsiqəsində doğum tarixi bəlli olsa da, ay və gün məlum olmadığından övladları belə qərara gəlib ki, hər il 9 may tarixini atalarının iki bayramını birlikdə qeyd etsinlər. Beləliklə, bu gün həm də Fətullah kişinin 100 yaşı tamam olur.

Fətullah babanı yubileyi və Qələbə günü münasibəti ilə təbrik edib sağollaşarkən, əlimizdən tutur, yeniyetmə və gənclərə səslənərək bildirir ki, qəhrəman Azərbaycan övladlarının 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı qələbənin qürurunu heç bir qələbə ilə müqayisə etmək olmaz. Bu səbəbdən o, gənclərə dövlətimizi sevərək, onun suverenliyini sonadək qorumağı tövsiyə edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri