Icma.az
close
up
RU
Tarix strateji səmtini Azərbaycana yönəldir

Tarix strateji səmtini Azərbaycana yönəldir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

ATƏT Bakının formalaşdırdığı yeni nizamı qəbul edir

Cənubi Qafqazda güc balansının yenidən formalaşdığı bir dövrdə diplomatiyanın dili artıq deklarativ bəyanatlarla məhdudlaşmır, geoanalitik reallıqların açıq etirafına çevrilir. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, İsveçrənin Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassisin Bakıda xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi görüş rəsmi Bakının beynəlxalq diplomatik masada təşəbbüsü müəyyənləşdirən və şərtləri diktə edən tərəfə çevrildiyini aydın şəkildə nümayiş etdirir.

Vaxtilə keçmiş münaqişənin həlli prosesində nəticəsiz Minsk qrupu vasitəsilə illərlə vaxt uzadan təşkilat bu gün Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıqlarla hesablaşmağa məcburdur. Bakıdakı danışıqlar ATƏT-in köhnəlmiş yanaşmalarından uzaqlaşaraq Azərbaycanın formalaşdırdığı yeni regional nizamı faktiki və siyasi reallıq kimi nümayiş etdirir.

Bakıda keçirilən müştərək mətbuat konfransında İqnasio Kassisin səsləndirdiyi bəyanatlar beynəlxalq medianın diqqət mərkəzində yer alıb. İsveçrəli diplomat rəsmi Bakının geostrateji rolunu qiymətləndirərək bildirib ki, Azərbaycanın mövqeyi ölkəni Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqaya çevirir. İ.Kassis Orta Dəhlizin və etibarlı, şaxələndirilmiş ticarət marşrutlarının inkişafının müasir qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Bu proses Avropa təsisatlarının Cənubi Qafqaza praktiki pəncərədən baxmağa başladığını göstərir. Qərb dövlətləri artıq dərk edirlər ki, Şərq ilə Qərb arasında nəqliyyat-logistika təhlükəsizliyi Azərbaycanın suverenliyi və infrastruktur imkanları hesabına zəmanət altına alınır.

İsveçrənin xarici işlər idarəsinin rəhbəri ikitərəfli münasibətlərin gələcəyinə dair həlledici mesaj da verib: "Eyni zamanda, Azərbaycanla əlaqələrimizi mümkün olan bütün istiqamətlər üzrə daha da genişləndirmək niyyətindəyik". Bu ifadə Bern ilə Bakı arasında siyasi dialoqun keyfiyyətcə yeni pilləyə yüksəldiyini təsdiqləyir.

***

ATƏT-in keçmiş fəaliyyətinə nəzər salarkən təşkilatın Cənubi Qafqazda uzun illər fəaliyyətsiz qaldığı aydın görünür. Minsk qrupu çərçivəsində aparılan mənasız danışıqlar münaqişənin dondurulmasına xidmət edirdi. Azərbaycan 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarını işğalçılardan təmizlədi, suverenliyini tam bərpa etdi. Nəticədə köhnəlmiş vasitəçilik formatlarına ehtiyac qalmadı. Hazırda ATƏT-in gündəliyi münaqişənin həlli mövzusundan uzaqlaşaraq, postmünaqişə dövrünün reallıqlarına uyğunlaşır. İqnasio Kassisin Bakı səfəri göstərir ki, təşkilatın yeni rəhbərliyi Azərbaycanın yaratdığı status-kvonu qəbul edir və diqqəti sülhün möhkəmləndirilməsi, minatəmizləmə, nəqliyyat yollarının açılması kimi praktiki məsələlərə yönəldir.

Postmünaqişə mərhələsində Azərbaycanın qarşısında duran ən kəskin humanitar və iqtisadi bəla minadır. İşğal dövründə Ermənistan tərəfindən basdırılmış yüz minlərlə mina mülki vətəndaşların həyatına təhlükə törədir, azad olunmuş torpaqlara böyük qayıdış prosesini ləngidir. Nazir Ceyhun Bayramov İqnasio Kassis ilə görüşdə minatəmizləmə sahəsində ATƏT-in texniki və ekspertiza imkanlarının səfərbər olunmasının vacibliyini diqqətə çatdırıb.

Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması bilavasitə Azərbaycan ilə Ermənistan arasında ikitərəfli danışıqlar müstəvisində mümkündür. Rəsmi Bakı kənar güclərin Cənubi Qafqazı geopolitik mübarizə meydanına çevirmək cəhdlərini qətiyyətlə rədd edir. İkitərəfli formatda aparılan delimitasiya və demarkasiya prosesləri göstərir ki, vasitəsiz təmaslar ən yüksək səmərəni verir. İsveçrənin ATƏT sədrliyi dövründə neytrallıq prinsiplərinə sadiq qalması, tərəflər arasında etimad mühitinin yaradılmasına kömək etməsi müsbət qiymətləndirilir. İqnasio Kassis Azərbaycanın sülh prosesinə verdiyi töhfələri yüksək qiymətləndirdiyini bəyan edərək, regional sabitliyin bərpası üçün konstruktiv dialoqun davam etdirilməsini dəstəkləyir.

Qlobal iqlim dəyişikliyi və enerji transformasiyası şəraitində ATƏT-in İsveçrə sədrliyinin müəyyənləşdirdiyi prioritetlər Azərbaycanın milli inkişaf strategiyası ilə üst-üstə düşür. İsveçrə sədrliyi elm, rəqəmsal təhlükəsizlik, su ehtiyatlarının səmərəli idarə olunması və “yaşıl enerji” sahələrini əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirib. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru “yaşıl enerji zonası” elan etməsi, Xəzərin külək enerjisi potensialının Avropaya çatdırılmasına yönəlmiş layihələri də bu prioritetlərlə tam uyğunluq təşkil edir. Mərkəzi Asiya dövlətləri ilə enerji sahəsində qurulan strateji tərəfdaşlıq və yaşıl elektrik enerjisinin Xəzərin dibi ilə çəkiləcək kabel vasitəsilə Qara dəniz üzərindən Avropaya ötürülməsi təşəbbüsü qitənin enerji xəritəsini yenidən formalaşdırır.

Mərkəzi Asiya regionunun qlobal iqtisadiyyata inteqrasiyası Cənubi Qafqazın nəqliyyat dəhlizi kimi rolunu misli görünməmiş dərəcədə artırır. Qazaxıstan, Özbəkistan, Türkmənistan ticarət marşrutlarını şaxələndirmək üçün Azərbaycanın infrastruktur imkanlarına arxalanırlar. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azad İqtisadi Zonasının imkanları, modernləşdirilmiş dəniz donanması Mərkəzi Asiya yüklərinin Avropaya rəvan daşınmasını zəmanət altına alır. İqnasio Kassisin Azərbaycanı Mərkəzi Asiya, Cənubi Qafqaz və Avropa arasında mühüm əlaqələndirici halqa adlandırması Orta Dəhlizin strateji əhəmiyyətinin təsbitidir. İsveçrə diplomatiyası Avropanın təchizat təhlükəsizliyini qorumaq üçün sözügedən dəhlizin rəvan fəaliyyətində maraqlıdır. Həmin faktor Azərbaycanın beynəlxalq arenada geoiqtisadi nüfuzunu daha da yüksəldir.

Çağdaş beynəlxalq münasibətlər sistemində böhran yaşandığı halda, Azərbaycanın yürütdüyü müstəqil siyasət suveren diplomatiya nümunəsinə çevrilir. BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında fəal mövqe tutan rəsmi Bakı ATƏT ilə münasibətlərdə də bərabərhüquqlu tərəfdaşlıq prinsipinə söykənir. Azərbaycan heç zaman xarici təzyiqlərə güzəştə getmir, milli maraqlarını qətiyyətlə müdafiə edir. ATƏT-in yeni rəhbərliyinin Bakı ilə dialoqda kənar diktatdan vaz keçərək qarşılıqlı hörmət modelinə üstünlük verməsi təşkilatın gələcək nüfuzunu bərpa edir. Rəsmi Bakı regional təhlükəsizlik sisteminin kənar müdaxilələr olmadan, region dövlətlərinin iştirakı ilə qurulmasını tələb edir. İsveçrənin balanslaşdırılmış xətt izləməsi ziddiyyətlərin yumşaldılmasına və praktiki əməkdaşlığın inkişafına imkan yaradır.

Xarici İşlər Nazirliyində keçirilən görüşün yekunlarına nəzər salarkən aydın görünür ki, Azərbaycan ilə ATƏT arasında qarşılıqlı faydalı əməkdaşlığın yeni mərhələsi başlanır. Əvvəlki dövrlərdən fərqli olaraq, hazırda tərəflər arasında münasibətlər nəticəyönümlü layihələr və real geoiqtisadi reallıqlar üzərində bərqərar olur. ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin bəyanatları təşkilatın Azərbaycanın geostrateji çəkisini tam anladığını və regional sabitliyin təminatında Bakının liderliyini qəbul etdiyini nümayış etdirir. Mərkəzi Asiyanın, Cənubi Qafqazın və Avropanın iqtisadi zəncirlərlə bağlanması, Orta Dəhlizin ötürücülük qabiliyyətinin yüksəldilməsi və minatəmizləmə sahəsində dəstəyin göstərilməsi tərəfdaşlığın əsas prioritetləri kimi təsbit olunur. Azərbaycan dövlətinin yürütdüyü müstəqil, milli maraqlara söykənən siyasət ölkəni qlobal məkanda əvəzolunmaz tərəfdaşa çevirir, regional sülhün və tərəqqinin etibarlı sütununa çevirir.

Yusif ŞƏRİFZADƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2026 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see451

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see261

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see257

Milli Musiqi Günündə fərqli müsabiqə: tələbələrin bəstələri AZAL ın təyyarələrində səsləndiriləcək

18 Sentyabr 2026 17:49see244

Antibiotiklərin özbaşına qəbulu ciddi fəsadlara səbəb ola bilər PULMONOLOQ

18 Sentyabr 2026 12:46see241

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see240

Maliyyə sektorunda nəzarətin genişləndirilməsi vətəndaşın bank hesablarına necə təsir edəcək?

18 Sentyabr 2026 16:47see240

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see237

Araqdan beyində degenerasiya baş verir

18 Sentyabr 2026 22:57see236

Evdə ayaqyalın gəzmək faydalıdır? Həkimdən cavab

18 Sentyabr 2026 14:03see236

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see229

Türk dövlətləri ailəsi dünyada yeni güc mərkəzidir

18 Sentyabr 2026 17:19see224

Paşinyan Almaniyaya biznes jetlə uçdu Təyyarə hakimiyyətə yaxın iş adamına bağlıdır

18 Sentyabr 2026 23:14see221

Əməkdar artist Sevda Məmmədzadə vəfat edib

18 Sentyabr 2026 21:00see220

Ayağı sınan idmançı bir il sonra çempion oldu Reablitasiya möcüzəsi VİDEO

18 Sentyabr 2026 18:11see218

Ürək xəstəliyi olanlara kartof makaron qadağandır Kardioloq

18 Sentyabr 2026 18:20see211

Alzheimer özünü belə göstərir: Yaddaş itkisindən əvvəl 4 siqnal

18 Sentyabr 2026 17:51see204

Ağız qoxusuna səbəb olan əsas amil AÇIQLANDI

18 Sentyabr 2026 12:36see199

Miqrenin inteqrativ müalicəsi: Baş ağrısını yox, səbəbini müalicə etmək lazımdır!

18 Sentyabr 2026 17:25see188

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri