Icma.az
close
up
RU
Vətən uğrunda yazılan tarix

Vətən uğrunda yazılan tarix

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

27 Sentyabr Azərbaycan xalqının yaddaşında ağır sınaqların, böyük qəhrəmanlığın və tarixi dönüşün günü kimi yaşayır. Bu tarix Vətən müharibəsinin ilk səhifəsinin yazıldığı, şəhidlərimizin müqəddəs xatirəsinin əbədiləşdiyi Anım Günüdür. 27 Sentyabrın tariximizdəki yeri bir təqvim gününün hüdudlarına sığmır. Bu tarixdə illərlə davam edən işğala qarşı xalqımızın səbrinin son həddi, Vətən uğrunda mübarizə əzmi və torpaqlarımızın azadlığı naminə verilən böyük qərar öz ifadəsini tapdı.

Azərbaycan uzun illər Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdı. Ölkəmiz beynəlxalq hüququn prinsiplərinə əsaslanan mövqeyini ardıcıl şəkildə müdafiə etdi, işğal altındakı torpaqların azad olunmasını gözlədi. Lakin qarşı tərəfin hərbi təxribatları, yeni ərazi iddiaları və gərginliyi artıran addımları sülh imkanlarını daha da daraltdı. Azərbaycan üçün artıq söhbət işğal faktının aradan qaldırılması və öz ərazi bütövlüyünün təmin edilməsindən gedirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə genişmiqyaslı hücumu qarşısında Azərbaycan Ordusu əks həmlə ilə cavab verdi. Həmin gün Vətən müharibəsinin 44 günlük döyüş yolu üçün tarixi başlanğıc nöqtəsi oldu. Qarşıdakı günlər Azərbaycan əsgərinin misilsiz şücaəti, zabitlərimizin peşəkarlığı və xalqımızın Vətən ətrafında sıx birliyi ilə yadda qaldı.

Müharibənin ilk günlərindən Azərbaycan Ordusunun qarşısında aydın məqsəd vardı. İşğal altında olan torpaqların azad edilməsi, ərazi bütövlüyünün bərpası və uzun illər doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayan insanların öz torpaqlarına qovuşmasının təmin olunması. Bu məqsəd uğrunda hərbi əməliyyatların hər mərhələsi böyük iradə və fədakarlıq tələb edirdi. Azərbaycan əsgəri qarşısına çıxan bütün çətinlikləri dəf edərək irəlilədi.

Azərbaycan əsgəri ağır döyüşlərdən keçərək Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və digər yaşayış məntəqələrini azad etdi. Şuşanın fəthi isə hərbi tariximizin ən parlaq səhifələrindən birini yazdı. Şuşanın azadlığı Qarabağ savaşının gedişində həlledici hadisələrdən biri kimi tarixə düşdü. Hər qarış torpaq uğrunda aparılan döyüşlərdə göstərilən qəhrəmanlıq illərlə davam edən işğalın sona çatmasına yol açdı.

Bu qələbə böyük bir xalq iradəsinin nəticəsi idi. Cəbhədə əsgər, arxa cəbhədə xalq eyni amal ətrafında birləşdi. Azərbaycanın müxtəlif bölgələrindən olan oğullar Vətənin müdafiəsinə qalxdı, ailələr övladlarını müqəddəs savaş yoluna yola saldı. Şəhid ailələrinin ağrısı, qazilərimizin fədakarlığı və əsgərlərimizin döyüş əzmi Vətən müharibəsinin mənəvi yükünü müəyyənləşdirdi.

Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu qarşısında dayanan tarixi vəzifəni yerinə yetirdi. Qarabağın işğaldan azad olunması xalqımızın uzun illər daşıdığı böyük arzunun gerçəkləşməsi, dövlətimizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nəticə kimi yadda qaldı. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan dövlətinin siyasi iradəsini və ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi.

Bu yolun ən ağır qiymətini isə şəhidlərimiz verdi. Onlar Vətən uğrunda canlarından keçərək adlarını Azərbaycan tarixinin əbədi salnaməsinə yazdılar. Hər bir şəhid adı bir ailənin ağrısı, bir ananın göz yaşı, bir ocağın nisgili, xalqımızın müqəddəs yaddaşıdır. Qələbənin hər anında onların fədakarlığı, qazilərimizin döyüş yolu və əsgərlərimizin qəhrəmanlığı dayanır.

27 Sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərimizin xatirəsinə dövlət və xalq səviyyəsində göstərilən ehtiramın ifadəsidir. Bu gün biz Vətən uğrunda həyatını fəda edən övladlarımızı yad edir, onların müqəddəs əmanətinə sədaqətimizi bir daha ifadə edirik. 27 Sentyabr bizə Zəfərin hansı ağır sınaqlardan keçərək əldə edildiyini xatırladır.

27 Sentyabrı, şəhidlərimizi unutmadıq. Vətən uğrunda verilən qurbanların müqəddəsliyini də yaddaşımızdan silmədik. Bu tarix xalqımızın yaddaşında Qarabağın azadlığına aparan yolun ilk səhifəsi, milli iradənin və qəhrəmanlığın tarix qarşısında təsdiqi kimi yaşayacaq. Hər il 27 Sentyabr gələndə biz həmin günün ağrısını, şəhidlərimizin müqəddəs xatirəsini və Vətən uğrunda verilən mübarizənin qiymətini bir daha xatırlayacağıq. Bu yaddaş yaşadıqca şəhidlərimizin adı da, onların uğrunda can verdiyi Vətən də əbədi yaşayacaq. 

Subut Əsədov 
siyasi şərhçi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri