Icma.az
close
up
RU
Tarixçi: Müasir ordular içində ilk onluqdayıq

Tarixçi: Müasir ordular içində ilk onluqdayıq

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

"Azərbaycanın ordu quruculuğunda çox qədim ənənələr var. Eramızdan əvvəl III minillikdən etibarən Azərbaycan ərazisində formalaşmış dövlətlərin əksəriyyətində ordu quruculuğu təcrübəsi mövcud olub.

Bu, regionun geostrateji mövqeyi ilə bağlı idi - Azərbaycan daim qonşu güclərin təsiri və təzyiqi altında olduğuna görə təhlükəsizlik və müdafiə anlayışı hər zaman ön planda dayanıb".

Bunu Baku TV-yə açıqlamasında tarixçi Bəxtiyar Məhərrəmov deyib.

Onun sözlərinə görə, ordu quruculuğunun uğurlu nümunələrindən biri Səfəvilər dövründə I Şah Abbas tərəfindən həyata keçirilən islahatlardır: "O, daimi ordu sistemi formalaşdırdı, ordunu strukturlaşdırdı və xalq ordusu prinsipini gücləndirdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu da eyni məntiqə əsaslanırdı. Gəncə dövründə ordu sistemi üzrə doqquz qanun qəbul edildi və könüllü xalq dəstələri əsasında struktur quruldu. Qısa müddətdə dörd süvari diviziyası, üç piyada diviziyası, bir aviasiya briqadası (yeddi təyyarə ilə) və bir motoatıcı diviziya formalaşdırıldı. Təxminən 40 minlik ordu dövrün tələblərinə cavab verən sistem idi və müəyyən uğurlar da əldə etdi".

Tarixçi qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğu konsepsiyası tam şəkildə davam etdirilə bilməsə də, nəzəri baxımdan bu model, xüsusilə, Şərq ölkələri üçün nümunə sayıla biləcək sistemlərdən biri kimi qiymətləndirilir:

"Bu gün Azərbaycanın müasir ordusu da xalq ordu konsepsiyasının üzərində qurulub. Xüsusi təyinatlı bölmələrin döyüş qabiliyyəti, mobil hərbi sistemlərin çevikliyi və texnologiyadan istifadəyə görə Azərbaycan Ordusu müasir hərbi göstəricilər baxımından ön sıralarda yer alan ordular sırasındadır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 İyun 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri