Icma.az
close
up
RU
Tarixdə əbədi qalacaq zəfərlərimiz

Tarixdə əbədi qalacaq zəfərlərimiz

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son iki yüz illik tariximizdə çoxlu faciələrlə üzləşmişik. Ən böyük faciəmiz isə amansız istilalar nəticəsində tarixi ərazilərimizin itirilməsi olub. 2020-ci ildə baş verən 44 günlük müharibədə və 2023-cü ilin sentyabr ayında keçirilən 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazanılan şanlı zəfərlər isə tariximizin dönüş nöqtələridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin memarı olduğu bu qələbələr sayəsində xalqımız son 200 ildə ilk dəfə olaraq torpaq itkilərinə məruz qamadı, əksinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi hərbi-siyasi yolla təmin edildi. İllər ötəcək, bu qələbələr isə həmişə xalqımızın sonsuz qürur mənbəyi olaraq tariximizdə əbədi qalacaq. 

Qələbəyə aparan yol

Ötən əsrin əvvəllərində Ermənistanın havadarlarının dəstəyi ilə başladığı işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycan ərazilərinin 20 faizini itirmiş, bir milyondan artıq soydaşımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmışdı. Mənfur düşmən hələ bununla da kifayətlənmirdi. 2019-cu ildən etibarən Ermənistanın hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdu.

Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası və hərbi doktrina, işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə, qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.

Belə bir kədərli reallıq fonunda ölkəmizin Zəfərə gedən yolu heç də asan olmayıb. Azərbaycan xalqı və dövləti İkinci Qarabağ müharibəsindən əvvəlki mərhələdə heç vaxt ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması faktı ilə barışmayıb. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində işğal faktına son qoyulması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi daim ölkə gündəminin mərkəzində saxlanılıb. Bu strateji xəttə uyğun olaraq Azərbaycan danışıqlar prosesində fəallıq göstərməklə yanaşı, həm də iqtisadiyyatını gücləndirməklə milli gücünü artırıb, müasir ordu quruculuğunu diqqət mərkəzində saxlayıb. Prezident İlham Əliyevin hər bir qərarı, təşəbbüsü və addımı Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Dövlətimizin başçısı yüksək tribunalardan qətiyyətlə bildirirdi ki, Azərbaycan istənilən yolla ərazi bütövlüyünü təmin etməyə nail olacaq. Oldu da!

Ərazi bütövlüyümüz və suverenliyimiz hərbi-siyasi yolla təmin edilib

Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan xalqı torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinə başladı. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və həmrəy oldu.

Vətən müharibəsində əldə olunan Qələbənin miqyası çox böyükdür.  Ordumuz cəmi 44 gün ərzində düşməni kapitulyasiyaya məruz qoydu. Xatırladaq ki, uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun  3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik işğaldan azad olunub. Bunun ardınca üçtərəfli bəyanatın şərtlərinə uyğun oaraq  noyabrın 10-dan sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın bir güllə də atılmadan Azərbaycana təhvil verilib. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürülüb. Bununla da ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla təmin edilib.

44 günlük müharibədən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifə Qarabağda separatizm yuvasını dağıtmaq və ölkənin bütün ərazisində suverenliyimizin tam təmin edilməsinə nail olmaq idi. Bu ümummilli ideyanı isə Müzəffər Azərbaycan Ordusu 2023-cü il sentyabrın 19-20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində reallaşdırmağa nail oldu. Ordumuz bu əməlliyyatları yüksək peşəkarlıqla həyata keçirdi. Qarabağda separatizm yuvasını dağıtmaq üçün cəmi 23 saat kifayət etdi. 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər növbəti parlaq Qələbə idi. Qarabağda suverenliyi bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu.

Qarşı tərəfin çoxsaylı müharibə cinayətləri

Azərbaycanın apardığı 44 günlük müharibə ədalətli müharibə idi. Xalqımız ölkənin ərazi bütövlüyü uğrunda ölüm-qalım mübarizəsi aparırdı. Döyüş meydanında əsgər və zabitlərimiz “Arxada Vətəndir” deyib misilsiz şücaətlər göstərirdilər. Ermənistan üçün isə müharibə işğalçılıq xarakteri daşıyırdı. Erməni əsgərləri üçün döyüşlərə qatılmağa hansısa bir motivasiya yox idi. Buna görə də onlar döyüş mövqelərini, silah-sursatlarını qoyub qaçırdılar. Cəmi 44 gün ərzində Ermənistan ordusunda 10 minbdən çox fərarinin qeydə alınması bunun əyani təsdiqidir.

Üzbəüz döyüşlərdə aciz durumda qalan erməni silahlı birləşmələri məğlubiyyətlərinin qisasını coxsayı müharibə cinayətləri törətməklə, o cümlədən də keçmiş təmas xəttindən uzaqda yerləşən şəhər və kəndlərimizi uzaqmənzilli raket atəşinə tutmaqla çıxmağa çalışırdılar. İkinci Qarabağ müharibəsi günlərində Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizə 30 minə yaxın mərmi və 227 raket atılıb. 2020-ci ilin 11 oktyabr tarixində döyüş bölgəsindən uzaqda yerləşən Gəncə şəhəri xain hücuma məruz qalıb. Şəhərin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarına endirilən raket zərbələri nəticəsində 10 nəfər həlak olub, 35-dən çox şəxs yaralanıb, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib. Bu hadisədən bir neçə gün sonra, oktyabrın 17-də baş verən terror aktı zamanı 15 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb. Ümumilikdə isə Gəncə 2020-ci ilin oktyabrında 5 gün - 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində ardıcıl raket atəşlərinə tutulub. Nəticədə 26 şəxs həlak olub, 120-dən artıq dinc sakin yaralanıb, irimiqyaslı dağıntılar baş verib.

Dinc əhalinin “Toçka-U”, “Smerç”, “Skad” və digər dağıdıcı raketlərlə atəşə tutulması ağır müharibə cinayətidir. Ermənistan silahlı qüvvələrinin törətdiyi digər müharibə cinayəti isə amansız mina terrorudur. Təəssüf doğuran haldır ki, mina terroru hazırda da davam edir.

YEGANƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see270

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see253

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see247

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see231

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see230

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see228

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see200

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see200

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see191

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see184

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see181

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see181

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see180

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see180

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see178

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see176

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see175

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see174

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see172

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri