Icma.az
close
up
RU
Tarixdəki ilk Ferrari nin kədərli aqibəti Gözlənilməz son

Tarixdəki ilk Ferrari nin kədərli aqibəti Gözlənilməz son

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

İtaliyanın "Ferrari” şirkəti dünyanın ən məşhur idman avtomobili istehsalçılarından biridir. Lakin şirkətin qurucusu Enço Ferrari tərəfindən hazırlanan ilk avtomobillərin taleyi uğurlu olmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Supercar Blondie" yazıb.

Söhbət "Auto Avio Costruzioni 815” modelindən gedir. Ümumilikdə bu avtomobildən cəmi iki ədəd istehsal olunub.

Tarix 1938-ci ilə gedib çıxır. Enço Ferrari həmin dövrdə "Alfa Romeo” şirkətindən ayrılaraq "Auto Avio Costruzioni” adlı öz şirkətini yaradır. Şirkət ilkin mərhələdə İtaliya hökuməti üçün aviasiya hissələrinin istehsalı ilə məşğul olurdu.

1939-cu ilin dekabrında şirkətə məşhur "Mille Miglia” yarışında iştirak etmək üçün iki yarış avtomobili hazırlamaq sifarişi verilir. Beləliklə "Auto Avio Costruzioni 815” modeli ortaya çıxır.

Avtomobillərdən biri yarışda ümumi hesabda 10-cu yeri tutur və 1,5 litrlik mühərrik kateqoriyasında lider olur. Lakin Enço Ferrari sonradan etiraf edib ki, tələsik istehsal və testlərin kifayət qədər aparılmaması ciddi problemlərə səbəb olub.

Onun sözlərinə görə, çox tələsik yığılan bu avtomobil gözlənilən nəticəni vermədi və layihə uğursuz oldu. 

II Dünya müharibəsinin başlaması ilə layihənin inkişafı dayandırılır və iki avtomobil fərqli talelər yaşayır.

Birinci avtomobil sonradan utilizasiyaya göndərilir və pres altında məhv edilir. İkinci avtomobil isə daha şanslı olur və günümüzə qədər qorunub saxlanılır.

Həmin avtomobil italyan pilot Enriko Beltrakkininin əlinə keçir və o, bu maşınla yarışlarda da iştirak edir. 1946-cı ildə Turin Qran-prisində ikinci yeri qazanır.

Daha sonrakı illərdə avtomobil müxtəlif kolleksionerlərin əlinə keçərək satılıb-alınır. Nəticədə məşhur italyan kolleksiyaçı Mario Riqiniyə məxsus olur və hazırda İtaliyanın Kastelfranko-Emiliya şəhərində saxlanılan kolleksiyada qorunur.

Qeyd edək ki, dünyada ən böyük "Ferrari” kolleksiyası Bruney sultanı Həsənal Bolkiahə məxsusdur. Onun kolleksiyasında təxminən 450 "Ferrari” modeli yer alır. Bu kolleksiyada 250 LM, 365 GTS/4 Daytona Spider və 288 GTO kimi nadir avtomobillər də var.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 İyun 2026 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri