Icma.az
close
up
RU
Tarixdən qorxmaq yox, nəticə çıxarmaq lazımdır

Tarixdən qorxmaq yox, nəticə çıxarmaq lazımdır

Icma.az bildirir, Modern.az portalına istinadən.

Tarixi Zəfərimizdən sonra Azərbaycana qarşı təşkil olunan davamlı hücumlar və çirkin qarayaxma kampaniyası göstərir ki, sözdə sülhü və dinc birgəyaşayışı təşviq edən bəzi ölkə və təşkilatların yeganə məqsədi bu cür çağırışlar altında öz geosiyasi və geoiqtisadi maraqlarını təmin etməkdir. İyunun 18-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ədalətsiz qərarı, iyunun 23-də Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Milli Assambleya üzvlərinə rəsmi cavabı, iyunun 24-də isə AŞPA-nın məlum qərəzli qətnaməsi Azərbaycana qarşı məqsədli və ardıcıl siyasi təzyiq planının tərkib hissəsidir.
Necə ola bilər ki, bir tərəfdən, guya ölkələrin ərazi bütövlüyü və suverenliyinə sadiq olduğunu bəyan edəsən, digər tərəfdən isə qərarlarında həmin bəyanatın ziddinə olaraq “Azərbaycan ilə “DQR” arasında təmas xətti” kimi qeyri-qanuni ifadəyə yol verəsən? Hansı arqumenti gətirmələrindən asılı olmayaraq, bu, beynəlxalq hüququn fundamental prinsipinə açıq-aşkar hörmətsizliyin nümayişi deməkdir. Həmin ölkə və  təşkilatlardan hər hansı birinə desək ki, Marsel, Kaliforniya və ya Krasnodar “Ermənistan ilə bu ölkələr arasında “təmas xəttidir””, bunu həzm edərlərmi? Nəinki həzm etməzlər, dərhal təsir və təzyiq rıçaqlarından istifadə etməklə BMT Təhlükəsizlik Şurasının qərarına nail olarlar. 
Elə buna görə də danılmaz həqiqətləri çəkinmədən dilə gətirməli və ictimailəşdirməliyik: islamofobiya və türkofobiya kimi saxta və uydurma iddialar geosiyasi və geoiqtisadi maraqların təmin olunması üçün siyasi anturajdır. Nə qədər xoş olmasa da, onu da unutmamalıyıq ki, Azərbaycanın beynəlxalq hüquq normaları əsasında Cənubi Qafqazda yaratdığı yeni reallıq və Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzlu beynəlxalq faktor kimi təşəkkül tapmasında oynadığı rol məlum bədxahlarımızın ürəyincə deyil. Ona görə də nə Zəngəzur dəhlizini, nə də TRIPP layihəsini həzm edə bilmirlər. Amma anlamırlar ki, Azərbaycanın, qardaş Türkiyənin və bütövlükdə Türk dövlətlərinin strateji maraqlarını nəzərə almadan, Avrasiya məkanında heç bir istəklərinə nail ola bilməzlər. 
Böyük mütəfəkkirlərdən biri, Hegel deyirdi ki, “Gerçək olan hər şey ağlabatandır, ağlabatan hər şey gerçəkdir”. Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıq və Avrasiya məkanında yerinə yetirdiyi strateji missiya həm tarixi gerçəklikdir, həm də bütün aktorların maraqlarına cavab verən reallıqdır. Onilliklər boyu qərəzli bəhanələr altında Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməməsi, yaxud Azərbaycanın ədalətli Qələbəsinin bəziləri tərəfindən həzm olunmaması, nəhayət, TDT-yə qısqanc münasibət bu gerçəkliyi dəyişdirə bilməz! Tarixdən qorxmaq yox, ona hörmət etmək və nəticə çıxarmaq lazımdır. Bu, fobiyalardan qurtulmağın yeganə və ən ədalətli yoludur.
Ülvi Quliyev,
Milli Məclisin deputatı

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyun 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see363

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see335

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see311

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see306

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see304

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see292

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see286

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see281

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see279

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see257

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see235

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see226

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see225

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see225

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see223

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see208

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see207

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see205

Azərbaycan Sarayevoda ənənəvi Diplomatik Qış Bazarı xeyriyyə yarmarkasında təmsil olunub

22 Noyabr 2026 00:05see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri