Icma.az
close
up
RU
Tarixə qadınla düşən sindrom

Tarixə qadınla düşən sindrom

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şahanə MÜŞFİQ

Tarixin səhifələrində qadın sözünün necə dəyərsizləşdirildiyini görmək üçün uzağa getməyə ehtiyac yoxdur. Troyanın məşhur şahzadəsi Kassandra buna ən güclü sübutdur. İnsanlığın yaddaşına qədim yunan mifologiyası ilə daxil olmuş Kassandra obrazı təkcə bir mif qəhrəmanı deyil, həm də qadın intuisiyasının tarix boyu necə dəyərsizləşdirildiyinin simvoludur.

Kassandraya aşiq olan Apollon ona gələcəyi görmə vergisini bəxş edir. Ancaq Kassandra onun məhəbbətinə qarşılıq verməyəndə qəzəblənmiş Apollon onu lənətləyir. Belə ki, bu qızın söylədiklərinə heç kim inanmırdı. Kassandra gözünün qabağında gələcək faciələri görürdü, amma dili qandalda idi, çünki onun sözünə qulaq asan yox idi. Gördüyü fəlakətləri öncədən desə də, səsi ya lağa qoyulur, ya da qulaq ardına vurulurdu. Onun söylədiyi həqiqətlər başqalarının gülüş obyektinə, tənə yerinə çevrilmişdi. Elə bütün fəlakətlər də bununla başlayır. Kassandra Troyanın məhv olmasını öncədən bilirdi və bu barədə insanlara dəfələrlə xəbərdarlıq etmişdi. Ancaq heç kim ona inanmır, bunun mümkünlüyünü ağlına belə gətirmir. Nəticə isə hamımıza məlumdur...

Bu, sadəcə mif deyil; qadının intuisiyasına, qadının söylədiyi gerçəklərə tarix boyunca göstərilən münasibətin metaforası, bəşərin qadına münasibətinin güzgüsüdür. Qadın həqiqəti görür, hiss edir, xəbərdar edir, amma onun intuisiyası ya zarafata salınır, ya da "emosional həssaslıq" adı ilə gözdən salınır. Kassandra sindromu qadının səsinin eşidilməməsi, həqiqətin qadın dili ilə deyildiyi üçün kiçildilməsidir.

Psixologiyada "Kassandra sindromu" adətən bir insanın, xüsusilə də qadının, öncəgörmələrinə, sezgilərinə və xəbərdarlıqlarına inanılmaması halını ifadə edir. Bu, yalnız şəxsi münasibətlərdə deyil, həm də sosial-mədəni miqyasda təkrarlanan bir mənzərədir: qadın danışır, amma onun səsi eşidilmir; qadın hiss edir, amma onun hissləri "emosional həssaslıq" adı ilə gözdən salınır; qadın bilir, amma onun bildikləri "cəfəngiyyat" adı ilə lağa qoyulur. Qadının gücü də, bildikləri də, söylədikləri də ciddiyə alınmır. Hətta o dərəcədə ki, zamanla qadın özü də öz bildiklərinə, özünün hiss etdiklərinə şübhə ilə yanaşmağa, inamsızlıq göstərməyə başlayır. Belə bir cəmiyyətə, belə bir dünyaya nəzər salarkən, insan istər-istəməz düşünür ki, tək lənətlənən Kassandra idi, ya onun timsalında bu yer üzünə gəlmiş, gələcək bütün qadınlar?!

Bu sindromun mahiyyətində "doğru söyləyənin təcridi" dayanır. Kassandra gələcəyi dəqiq gördüyü üçün deyil, qadın olduğu üçün susdurulurdu. Bu, tarix boyu qadınların intuisiyasına qarşı olan skeptisizmin davamıdır.

İntuisiya qadın təfəkkürünün ən incə qatlarından biridir. Qadın intuisiyası çox vaxt gözlə görünməyən, lakin gerçəyi işarə edən dərin bir zəka kimi işləyir. Bəzən ağılın, məntiqin hələ izah edə bilmədiyi məqamları qadın hiss edir, duyur. Ana bir övladına baxaraq onun xəstələnəcəyini hiss edə bilər. Bir qadın sevgilisinin yalanını, dostunun xəyanətini sözsüz də anlaya bilər. Bu, bioloji və psixoloji kodların qadında daha həssas işləməsinin nəticəsidir.

Lakin ənənəvi patriarxal düşüncə tarix boyu qadın intuisiyasını "emosional həddindən artıq reaksiya" kimi təqdim edib, ya "xəyalpərəstlik", ya da "histeriya" adı ilə damğalayıb. Bu isə Kassandra sindromunun təkrar-təkrar yaşanmasına səbəb olub.

Niyə bu sindrom məhz qadınla tarixə düşdü? Heç bir mif kişi qəhrəmanla belə bir lənəti bağlamadı; çünki kişi dediyi zaman "doğru" sayılırdı, qadın dediyi zaman isə "şübhəli". Elə buna görə də Kassandra obrazı bütün qadınların susdurulmuş səsinin təcəssümünə çevrildi. Bu təfəkkürün mirasıdır bəlkə də bizə "kişi sözü"nə bunca etimadımız, inamımız. Halbuki nə yalanlara yuva olub, nə fırıldaqlıqları pərdələyib o "kişi sözü"... Maraqlıdır, sözü cinslə assosiasiya etmək ilk kimin ağlına gəlib, görəsən?

Kassandra obrazı tarixin səssiz şahididir: qadınlar gördükləri, hiss etdikləri həqiqəti söyləyib, lakin çox vaxt onlara inanılmayıb. Əslində, bu mif təkcə keçmişin deyil, həm də bu günün həqiqətidir. Bu gün belə bir çox qadın iş həyatında, ailədə və ictimai aləmdə öz intuisiyasına əsaslanaraq xəbərdarlıqlar edir, amma səsi ya kiçildilir, ya da lağ obyektinə çevrilir.

Müasir psixologiya göstərir ki, Kassandra sindromu yalnız mifoloji deyil, real sosial-psixoloji problemdir. Qadınların intuisiya və sezgilərinə məhəl qoyulmaması təkcə fərdi münasibətlərin deyil, bəzən böyük ictimai fəlakətlərin də səbəbi ola bilir.

Əgər tarixi götürsək, qadınların dediklərinə qulaq asılmadığı üçün çox şey itirilib: başda Troya müsibəti olmaqla, müharibələr, ailə faciələri, ictimai böhranlar. Halbuki qadın intuisiyası bir çox hallarda həm fərdi, həm də kollektiv həyatın xilası ola bilərdi.

Kassandra sindromu qadının səsinin necə susdurulduğunun rəmzidir. Bu sindromun tarixi qadının intuisiyasının tarixidir. Qadın sezgisi gələcəyi duyan, təhlükəni hiss edən, həqiqəti öncədən söyləyən gücdür. Onun dəyərsizləşdirilməsi isə bəşəriyyətin özünü həqiqətdən məhrum etməsidir.

Ona görə də Kassandra sindromunu anlamaq qadının intuisiya səsinə qulaq asmaqla mümkündür. Çünki tarix boyu dəfələrlə sübut olunub ki, qadın intuisiyası susdurulanda, əslində, gələcək lal edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayın istisində yeməli və uzaq durulmalı qidalar

09 İyul 2026 04:04see601

Sovetski də yeni söküntü başlanacaq İcra başçısı kompensasiyanın məbləğindən danışdı

09 İyul 2026 05:46see584

Zeytun aptekləri cərimələndi DƏRMANI QİYMƏTİNDƏN BAHA SATIRMIŞ

09 İyul 2026 03:49see557

Qatlanan “iPhone”u gözləyənlərə pis xəbər: Satışa məhdud sayda çıxacaq

09 İyul 2026 05:23see400

Üçüncü Dünya müharibəsinin olacağı ehtimalı yüksəkdir

09 İyul 2026 08:18see348

ABŞ li həkimdən eşitmənin yaxşılaşması ilə bağlı vacib məsləhət (Video)

09 İyul 2026 06:07see336

Vəziyyətin nəzarətdən çıxması daha geniş regional müharibəyə çevrilə bilər

10 İyul 2026 12:58see247

Avropa Liqası: Qarabağ qalib gəlir (YENİLƏNİR)

09 İyul 2026 20:33see246

Bruno Gimarayeş “Arsenal”a keçmək istədiyini bildirib

09 İyul 2026 03:12see239

AZAL ın yarımillik uğurları

10 İyul 2026 00:35see217

Məşhur türk aktrisanın ölüm səbəbi açıqlandı alkoqol zəhərlənməsi...

09 İyul 2026 03:04see192

Yamal Ronaldodan danışdı “Uşaqlığımıza damğa vurub”

09 İyul 2026 03:33see178

Manatın gələcəyi: Devalvasiya ehtimalı hələlik böyük deyil

09 İyul 2026 15:38see170

“Xalq Bank”ın Xankəndi filialı fəaliyyətə başladı Fotolar

09 İyul 2026 11:40see157

“Çelsi” Kamavinqanın transferi üçün təklif göndərib

09 İyul 2026 04:13see152

NATO nun Ankara Zirvəsi Bakıya nə qazandırdı? General

09 İyul 2026 07:18see150

NASA könüllü astronavtlar axtarır

10 İyul 2026 04:45see150

Məktəbli formalarının qiyməti bahalaşacaq? Açıqlama

09 İyul 2026 13:46see149

Azərbaycanda turizm niyə geriləyir? Ekspert açıqladı

09 İyul 2026 04:16see146

Bakının prinsipial mövqeyi nəticə verdi: İsrail qərarını dəyişdi

10 İyul 2026 00:35see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri