Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Tarixi bir dönəm

Tarixi bir dönəm

Newscenter.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


8 Noyabr - Zəfər Günü Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb
Müstəqillikdən bəri ölkənin təhlükəsizliyini və suverenliyini təmin etmək üçün ordu quruculuğunda məqsədyönlü və prinsipial siyasət həyata keçirlib. Ordunun silahlanması, texniki avadanlıqların modernləşdirilməsi və müasir döyüş taktikalarının tətbiqi ilə bağlı ciddi addımlar atılıb. Azərbaycanın ordusu, beynəlxalq standartlara uyğunlaşdırılmaqla yanaşı, ən son texnologiyaları tətbiq edib. Orduda ixtisaslı və peşəkar kadrların hazırlanması prioritetdir. Bu məqsədlə müxtəlif təlimlər, kurslar və beynəlxalq əməkdaşlıq proqramları həyata keçirilib.
Hərbi infrastrukturun inkişafı, o cümlədən bazaların modernləşdirilməsi, logistika sistemlərinin gücləndirilməsi və müvafiq təchizatların təmin edilməsi istiqamətində işlər aparılıb. Azərbaycan, NATO, GUAM və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirərək, beynəlxalq təhlükəsizlik sisteminə inteqrasiya edir. İlham Əliyev, Azərbaycanın beynəlxalq təhlükəsizlik təşkilatları ilə, xüsusilə NATO ilə əməkdaşlığını genişləndirib. Bu, ordunun müasir standartlara uyğunlaşmasına və beynəlxalq təcrübədən faydalanmasına şərait yaradır. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Uzun illər ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, güclü ordu yaradırdı. Ordunun gücləndirilməsi və vətənpərvərlik ruhunun yüksəldilməsi üçün cəmiyyətdə müvafiq maarifləndirmə tədbirləri həyata keçirilir. Vətənpərvərlik ruhunun yüksəldilməsi üçün cəmiyyətdə geniş maarifləndirmə kampaniyaları aparılır. Ordunun əhəmiyyəti və vətənə xidmət anlayışı gənc nəsil arasında təşviq olunur.
Azərbaycanın strateji maraqlarını qorumaq məqsədilə effektiv təhlükəsizlik strategiyaları hazırlanır və icra olunur. Prezident, kadrların hazırlanması üçün müxtəlif proqramlar həyata keçirir və hərbi akademiyaların inkişafına xüsusi diqqət yetirir. Prezident, ordunun döyüş hazırlığını artırmaq üçün müntəzəm təlimlər və manevrlər keçirir. Bu, ordunun praktik döyüş təcrübəsini artırır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Məhz bütün bunlar 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu müasir silahlar, texnologiya və hərbi taktika ilə uğurlarını artırdı. Müharibə zamanı, Azərbaycan ordusu hava və yer hədəflərinə dəqiq zərbələr endirərək, düşmənin müdafiə sistemlərini təsirsiz hala gətirdi. Eyni zamanda, genişmiqyaslı piyada hücumları ilə strateji yüksəkliklər, şəhərlər və kəndlər azad edildi. Prezident İlham Əliyev bu haqda deyib: “Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq. Mən işğal dövründə deyirdim, bir neçə dəfə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq. Düşmənə elə sarsıdıcı zərbə endirdik ki, bu günə qədər özünə gələ bilmir”.
Ordunun təşkilatlanması, yüksək motivasiya və müasir müharibə taktikaları da müvəffəqiyyətin əsas faktorları arasında idi. Həmçinin, informasiya müharibəsi və psixoloji əməliyyatlar da düşmənin əhval-ruhiyyəsinə təsir etdi.
Bu müharibənin nəticələri Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yanaşı, regionda yeni geosiyasi reallıqların yaranmasına səbəb oldu.
44 günlük Vətən müharibəsində Azərbaycan ordusu, göstərdiyi şücaət və fədakarlıqla tarixi bir dönəm yaşatdı. Ordunun müasir silahlarla, taktiki hazırlıqla və yüksək əhval-ruhiyyə ilə mübarizə aparması, onu uğurla irəliləməyə imkan verdi. Müharibənin ilk günlərindən etibarən Azərbaycan ordusu, düşmənin müdafiə xətləri üzərində sürətli hücumlar təşkil etdi. Bir sıra strateji yüksəkliklər və şəhərlər, o cümlədən Şuşa, Hadrut və Füzuli, uğurla azad edildi. Bu uğurlar, ordunun döyüş qabiliyyətinin, planlaşdırmasının və koordinasiyasının göstəricisi oldu.
Eyni zamanda, döyüşçülərin fədakarlığı, onların cəsarəti və vətənpərvərlik ruhu, müharibənin gedişatında əhəmiyyətli rol oynadı. Hərbiçilərin döyüş meydanında göstərdiyi igidlik, həm də xalqın birliyini, milli ruhunu daha da gücləndirdi. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. Bu prinsipial yanaşmalar, Azərbaycanın müstəqil və güclü orduya malik olmasını təmin edir, eyni zamanda regiondakı təhlükəsizlik vəziyyətinin müsbət istiqamətdə inkişafına töhfə verir.
Bu siyasət, Azərbaycan ordusunun güclənməsinə, regionda təhlükəsizliyin təmin olunmasına və müstəqilliyin qorunmasına yönəlib. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən bu yanaşmalar, Azərbaycanın müasir, güclü bir orduya sahib olmasına gətirib çıxarıb.
Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatına əsasən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların 10 noyabrda tam dayandırılması elan olunub. Müharibə xronikasında 8 noyabrda Şuşa işğaldan azad olunub. 8 Noyabr - Zəfər Günü Azərbaycanın tarixində qızıl hərflərlə yazılıb.
Bu, Azərbaycan xalqına, ümumiyyətlə, dünya azərbaycanlılarına ən qürurlu gündür və bu müharibə bir daha Azərbaycan ordusunun gücünü göstərdi. Ali Baş Komandanın apardığı düşünülmüş siyasət, ordunun inkişafı istiqamətində atılan adımların öz müsbət nəticəsini biz Zəfər Günündə gördük. Zəfər Günü Azərbaycan xalqı üçün undulmaz gündür. Bugünkü və gələcək nəsillər hər zaman bu haqda danışanda böyük qürur hissi keçirəcək və torpaqlarımızın azadlığı yolda şəhid olan vətən övladlarını yad edəcəklər.
Paşazadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 05 Noyabr 2024 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see637

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see565

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see443

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see311

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see307

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see306

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see293

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see283

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see250

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see243

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see230

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see229

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see217

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see215

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see213

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see213

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see195

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see188

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see185

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri