Icma.az
close
up
RU
Menu

İcra başçısının nümayəndəliyi möhürü itirdi

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Cənubi Qafqazda yeni tarixi dönəm: geostrateji əməkdaşlıq imkanları və sülh perspektivləri

Cənubi Qafqazda yeni tarixi dönəm: geostrateji əməkdaşlıq imkanları və sülh perspektivləri

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə Azərbaycanın strateji hədəflərini, regional təşəbbüslərini və beynəlxalq əməkdaşlıq imkanlarını əhatə edərək beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Dövlətimizin başçısı müsahibədə ölkəmizin prioritet istiqamətlərini, həyata keçirilən layihələri və gələcəyə dair strateji planlarını ətraflı şəkildə təqdim edib.

Postmüharibə dövrünün reallıqları göstərir ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın strateji hədəflərindən biridir. Bu dəhliz təkcə ölkənin iki hissəsini birləşdirmir, həm də qlobal nəqliyyat xəritəsində yeni bir marşrut yaradır. Təxminən beş il ərzində Ermənistan dövlətimizin qanuni tələblərinə konstruktiv yanaşmayıb və buna görə Azərbaycan qarşı tərəfə aydın mesaj göndərib: Zəngəzur dəhlizi fəaliyyətə başlamalı və onun təhlükəsizliyi beynəlxalq zəmanətlərlə təmin olunmalıdır. Bu baxımdan, Tramp administrasiyası Azərbaycanın mövqeyini düzgün qiymətləndirərək nəticədə TRIPP – “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” adlı təşəbbüsü irəli sürüb. Layihənin həyata keçirilməsi yaxın perspektivdə mümkündür.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bizim üçün əsas odur ki, yol tikilsin və beynəlxalq təhlükəsizlik zəmanətləri olsun: “Başqa sözlə desək, azərbaycanlılar Naxçıvandan ölkənin əsas hissəsinə və geri səyahət edərkən narahatlıq hiss etməməlidirlər. Uzunmüddətli mübarizəni və düşmənçiliyi nəzərə alaraq, təhlükəsizlikdən narahat olmamalıdırlar”.
Zəngəzur dəhlizi Ermənistan üçün də faydalıdır. Bu qonşu dövlət indiyədək regional tranzit imkanlarından məhrum olub, çünki işğal siyasəti nəticəsində nəqliyyat xətləri blokadada qalıb. Lakin dəhlizin açılması ilə Ermənistan tranzit ölkəyə çevrilə, yükdaşımadan əlavə gəlir əldə edə bilər. Hazırda Orta Dəhlizin əsas qolu – Asiyadan Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstana, Türkiyəyə və Avropaya uzanan yol artıq fəaliyyət göstərir. Zəngəzur dəhlizi isə bu xəttə alternativ yaradaraq regionun tranzit imkanlarını daha da artıracaq. Azərbaycanın məqsədi yalnız özünü regionun əsas nəqliyyat qovşağına çevirmək deyil, həm də qonşu ölkələr üçün yeni imkanlar açmaqdır.
Müsahibənin mühüm hissələrindən biri də enerji əməkdaşlığına həsr olunub. Azərbaycanın bərpaolunan enerji potensialı olduqca böyükdür və bu sahədə strateji hədəflər müəyyən edilib. İmzalanmış müqavilələrə əsasən, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Çin şirkətlərinin sərmayəsi ilə 2030-cu ilədək 6 giqavat günəş və külək enerjisi istehsal olunacaq. Dövlətimizin başçısı qeyd edib ki, biz birlikdə bir çox yaxşı layihələr həyata keçirə bilərik: “Yeri gəlmişkən, BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub”.
Qarabağ və Şərqi Zəngəzurda su elektrik stansiyalarının tikintisi də sürətlə davam etdirilir və artıq 300 meqavat gücündə enerji istehsalı əldə olunub. Bu layihələr təkcə Azərbaycanın enerji təhlükəsizliyinə deyil, həm də Körfəz ölkələri ilə əməkdaşlığın genişlənməsinə xidmət edir. Ölkəmizlə Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında enerji, turizm, kənd təsərrüfatı və sənaye sahələrində böyük birgə layihələr həyata keçirilir. Məsələn, Səudiyyə Ərəbistanının aparıcı şirkətlərindən biri Xəzər dənizi sahilində suyun duzsuzlaşdırılması zavodunun tikintisində tərəfdaş seçilib. Bu zavod həm kənd təsərrüfatı üçün, həm də əhalinin sosial rifahı baxımından böyük imkanlar yaradacaq. Azərbaycan tərəfi bildirir ki, Körfəz ölkələri ilə əməkdaşlıq xarici siyasətin əsas prioritetlərindən biridir və yaxın illərdə daha çox ortaq layihələrin həyata keçirilməsi planlaşdırılır.
Prezident İlham Əliyevin müsahibəsində toxunduğu digər mühüm istiqamət Türk Dövlətləri Təşkilatı (TDT) ilə bağlı idi. Ölkəmiz hər zaman bu təşkilatın gücləndirilməsi və beynəlxalq nüfuzunun artırılması üçün fəal mövqe sərgiləyib. 2021-ci ildə Şuşada imzalanan müttəfiqlik Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi əməkdaşlığı ən yüksək səviyyəyə qaldırdı və bu sənəd bütün Türk dünyası üçün strateji əhəmiyyət daşıyır. Azərbaycan, həmçinin Özbəkistanla müttəfiqlik münasibətləri haqqında müqavilə imzalayıb, digər türk dövlətləri ilə isə strateji tərəfdaşlıq bəyannamələri mövcuddur. TDT-ni digər beynəlxalq qurumlardan fərqləndirən əsas cəhət ortaq etnik və mədəni köklərə söykənməsidir. Bu isə təşkilatı daha möhkəm və gələcəyə hesablanmış əməkdaşlıq platformasına çevirir. Eyni zamanda, türk dövlətlərinin əhali sayının artması, iqtisadi inkişafın sürətlənməsi və təbii sərvətlərdən səmərəli istifadə imkanları təşkilatın qlobal siyasətdəki çəkisini daha da gücləndirir. Dövlətimiz bu prosesdə fəal iştirak etməklə Türk dünyasının birliyinə, həmrəyliyinə və strateji tərəfdaşlığının dərinləşməsinə töhfə verir.
Beləliklə, Prezident İlham Əliyevin bu müsahibəsi Azərbaycanın dövlətinin gələcəyə dair strateji baxışını və regional siyasətinin əsas istiqamətlərini ətraflı şəkildə nümayiş etdirir. Dövlətimizin başçısı müsahibədə həm milli maraqların qorunmasını, həm də regionda davamlı sabitliyin təmin olunmasını bir daha ön plana çıxarıb.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 29 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see216

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see216

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see216

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see210

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see207

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see177

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see160

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see155

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see151

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see149

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see143

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see142

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see141

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see140

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see139

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see137

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri