Icma.az
close
up
RU
Tarixi dəyişən 4 iyul

Tarixi dəyişən 4 iyul

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yaxud Britaniya imperiyasının keçmiş müstəmləkəsi dünya liderinə necə çevrildi?

250 il əvvəl bundan əvvəl – 1776-cı il iyulun 4-də dünyanın siyasi xə­ritəsində yeni dövlət – Amerika Birləşmiş Ştatları yarandı. Həmin tarixdə ABŞ-ın İstiqlal Bəyannaməsi II Kontinental Konqres tərəfindən qəbul edilib.

Hazırda ABŞ-ın federal səviyyədə əsas milli bayramlarından olan 4 iyul ştatlarda Müstəqillik Günü kimi qeyd olunur. Bə­yannamənin əsas müəllifi ABŞ-ın qurucu atalarından olan üçüncü prezidenti Tomas Cefferson olub və sənədlə Britaniyanın 13 müstəmləkə əyaləti (Nyu-Hempşir, Massaçusets, Rod-Aylend, Konnektikut, Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Dela­ver, Merilend, Virciniya, Şimali Karolina, Cənubi Karolina və Corciya) Krallıqdan ayrılaraq müstəqil olduqlarını elan edib. Maraqlıdır ki, cəmi 250 ildən az əvvəl Bri­taniya imperiyasının müstəmləkəsi olmuş 13 koloniya müstəqillik qazanaraq və son­radan genişlənərək bu gün dünyanın siyasi və iqtisadi gündəmini müəyyən edən döv­lətə çevrilib. Bəs bu fenomen, yaxud mö­cüzə necə baş verib? Cavab üçün Birləş­miş Ştatların tarixinə qısaca nəzər salmaq lazımdır.

***

XVIII əsrin ortalarında Britaniya im­periyası dünyanın ən güclü dövləti idi. O, Şərqdə Hindistandan Qərbdə Missisipi ça­yına qədər uzanan nəhəng ərazilərə nəzarət edirdi. Şimali Amerikadakı müstəmləkələr isə Londonun iqtisadi siyasətindən narazı idi. Kral III Corcun vergiləri bir ucdan ar­tırması, lakin koloniyaların Britaniya par­lamentində təmsil olunmaması “təmsilçilik olmadan vergi olmaz” prinsipini ön plana çıxardı. Məhz bu ziddiyyətlər 1775-ci ildə başlayan Amerika İnqilab müharibəsinə yol açdı. Müharibənin gedişində qəbul edilən İstiqlal Bəyannaməsi müstəm­ləkələrin Böyük Britaniyadan ayrıldığını rəsmən elan etdi. 1783-cü il tarixli Paris müqaviləsi ilə Böyük Britaniya ABŞ-ın müstəqilliyini tanıdı. Müstəqillikdən son­ra ölkənin inkişafını sürətləndirən əsas amillərdən biri federal idarəetmə sistemi və 1787-ci ildə qəbul edilən Konstitusiya oldu. 1803-cü ildə nəhəng Luiziana ərazi­sinin Fransadan 15 milyon dollara alınma­sı, Qərbə doğru davamlı genişlənmə, dəmir yollarının tikintisi və sürətli sənayeləşmə ABŞ iqtisadiyyatının əsasını formalaşdır­dı. 1861-1865-ci illər Vətəndaş müharibəsi ölkənin bütövlüyünü qorudu, köləliyi ləğv etdi və vahid bazarın inkişafına şərait ya­ratdı.

1898-ci ildə İspaniya ilə müharibə ABŞ tarixində dönüş nöqtələrindən biri sa­yılır. Müharibənin nəticəsində Puerto-Ri­ko, Quam və Filippin ABŞ-ın nəzarətinə keçdi, Kuba isə faktiki olaraq Vaşinqtonun təsir dairəsinə daxil oldu. Bununla ABŞ re­gional gücdən qlobal oyunçuya çevrilməyə başladı. Tarixçilər haqlı olaraq həmin tarixi “supergücün doğuluşu” ili adlandırırlar.

***

Birinci və İkinci dünya müharibələri Avropa dövlətlərini zəiflətdiyi halda, ABŞ bu müharibələrdən iqtisadi və sənaye baxı­mından daha güclü çıxdı. ABŞ təkcə geniş ərazisinə, hərbi qüdrətinə, dünyaya yayıl­mış hərbi bazalar və müttəfiqlər sisteminə görə güclü deyil. Baxmayaraq ki, bütün bunlar, şübhəsiz, mühüm amillərdir. Ştatlar həm də elmi nailiyyətlərinə görə dünyanın qalan hissəsini xeyli qabaqlayır ki, bu da onun texnoloji və iqtisadi liderliyini daha da möhkəmləndirir. Bu üstünlüyü göstərən əsas göstəricilərdən biri Nobel mükafatla­rının təsis olunduğu 1901-ci ildən 2025-ci ilə qədər amerikalıların qazandığı müka­fatların sayıdır. Nəticədə, dünya əhalisinin cəmi 4,2 faizini təşkil edən ABŞ vətən­daşları ümumilikdə, 428 Nobel mükafatı (425-i ayrı-ayrı laureata təqdim olunub) qazanıblar ki, bu da indiyədək verilmiş bütün Nobel mükafatlarının təxminən 34 faizini təşkil edir.

ABŞ dünyanın mədəniyyət, incəsənət və idman sahəsində də aparıcı dövlətidir. Hollivud dünya kino sənayesinin əsas mərkəzi hesab olunur. Caz, blüz, rok və hip-hop kimi musiqi janrları ABŞ-da for­malaşaraq qlobal populyarlıq qazanıb. Er­nest Heminquey, Uilyam Folkner, Mark Tven, Stiven Kinq, Cerom Devid Selincer, Toni Morrison kimi yazıçılar dünya ədə­biyyatına mühüm töhfələr veriblər.

Ölkənin qlobal təsirində silahlı qüv­vələrin də mühüm payı var. ABŞ dünyanın ən böyük hərbi büdcəsinə malikdir. Ölkə­nin 2025-ci maliyyə ili üzrə hərbi (müda­fiə) büdcəsi 895 milyard dollar həcmində təsdiqlənib.

Birləşmiş Ştatların tarixi göstərir ki, dövlətlərin gücü yalnız ərazinin böyüklü­yünə və təbii sərvətlərinin çoxluğuna görə müəyyən edilmir. Hüquqi institutlar, iqti­sadi azadlıqlar, elmə, təhsilə və texnologi­yaya uzunmüddətli investisiyalar ölkənin inkişaf trayektoriyasını müəyyənləşdirən əsas amillərdir. Britaniya imperiyasının 13 müstəmləkəsinin iki əsrdən bir qədər artıq müddətdə dünyanın superdövlətinə çev­rilməsi bunun ən parlaq nümunələrindən biridir.

Səxavət HƏMİD

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see645

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see354

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see268

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see267

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see248

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see200

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see199

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see198

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see197

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see191

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see188

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see182

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see178

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see169

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see168

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see163

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see160

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see159

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri