Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Tarixi ədalət və lider qətiyyəti

Tarixi ədalət və lider qətiyyəti

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın suverenliyinin tam bərpasının hərbi-siyasi və hüquqi əsasları

19–20 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi lokal antiterror əməliyyatı ölkəmizin müasir tarixində dönüş nöqtəsidir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası qaçılmaz zərurət idi və bu, həm hüquqi, həm də geosiyasi müstəvidə Bakının ardıcıl strategiyasının nəticəsidir.

1990-cı illərdən etibarən beynəlxalq hüququn fundamental prinsipləri – ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qüvvə tətbiqi yolu ilə ərazi əldəetmənin yolverilməzliyi – Ermənistanın işğalçı siyasəti qarşısında kağız üzərində təsdiqlənmiş, lakin icra mexanizmindən məhrum qalmışdı. Ermənistan 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini – 822, 853, 874 və 884 nömrəli sənədləri – yerinə yetirməmişdi. Həmin qətnamələr işğalı pisləmiş, Azərbaycanın ərazi bütövlüyünü təsdiqləmiş və erməni qüvvələrinin bütün işğal edilmiş rayonlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etmişdi. 2008-ci ildə BMT Baş Assambleyasının 62/243 saylı qətnaməsi də Azərbaycanın suverenliyinə dəstəyi bir daha təsdiqləmişdi. Azərbaycan 2020-ci il iyulun 22-də BMT Baş katibinə müraciət edərək ərazi bütövlüyünün beynəlxalq sənədlərlə müdafiəsi məsələsini bir daha qaldırdı.

30 il ərzində bu hüquqi təməlin tətbiq olunmaması Azərbaycanı öz ərazi bütövlüyünü əvvəlcə hərbi, sonra isə siyasi yolla bərpa etmək yoluna sövq etdi. 44 günlük Vətən müharibəsi (27 sentyabr – 10 noyabr 2020) hərbi mərhələni tamamladı; 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat isə prosesin hüquqi-hərbi əsasını qoydu. Bəyanata əsasən bütün hərbi əməliyyatlar dayandırıldı, erməni qüvvələrinin mərhələli çıxarılması nəzərdə tutuldu, Ağdam, Kəlbəcər və Laçın rayonlarının qaytarılması təqvimə bağlandı. Sənədin ən mühüm siyasi əhəmiyyəti ondan ibarət idi ki, o, Dağlıq Qarabağın heç bir statusunu qeyd etmirdi və bununla da Azərbaycanın ərazi bütövlüyünü birbaşa təsdiqləyirdi. Digər tərəfdən, bu Bəyanat bölgədə müvəqqəti xarici hərbi mövcudluq kimi qeyri-təbii bir elementi də sisteme daxil etmişdi — bu, sonradan tam aradan qaldırılmalı idi.

* * *

2020–2023-cü illər aralığında üçtərəfli Bəyanatın icrası qeyri-simmetrik şəkildə baş verdi. Bir tərəfdən Azərbaycan öz öhdəliklərini ardıcıl və dəqiq yerinə yetirdi: Kəlbəcər 25 noyabr 2020-ci ildə, Laçın isə 1 dekabr 2020-ci ildə Azərbaycana qaytarıldı. Digər tərəfdən isə bölgədə qeyri-qanuni erməni silahlı birləşmələri qalmaqda davam etdi. Həmin qüvvələr imzalanmış razılaşmanı pozaraq Azərbaycan Ordusunun üzvlərinə qarşı təxribat xarakterli hərəkətlər törətmiş, mülki əhalinin təhlükəsizliyini təhdid etmişdi.

Bu illərdə bölgədə infrastruktur blokadası və humanitar maneələr də yaradıldı. 2022-ci il dekabrın 12-də Laçın dəhlizində blokada baş verdi; 2023-cü ilin iyununda isə Laçın yolu beton maneələrlə bağlandı. Bu addımlar Azərbaycanın hərbi-siyasi təzyiq vasitələrindən biri kimi qiymətləndirilir və regionda gərginliyin artmasına bilavasitə təsir etmişdi. Məhz bu kontekstdə, 10 noyabr Bəyanatının şərtlərinin tam yerinə yetirilməməsi və bölgədə qeyri-qanuni silahlı qüvvələrin qalması şəraitində 19 sentyabr 2023-cü ildə antiterror əməliyyatı başlandı.

* * *

19–20 sentyabr 2023-cü il tədbirlərinin əsas konseptual çərçivəsi onun antiterror xarakteridir. Beynəlxalq təcrübədə antiterror əməliyyatları həm hüquq-mühafizə, həm də hərbi vəzifələri birləşdirən xüsusi hüquqi rejim kimi formalaşır və bu rejim insan hüquqlarının təminatını da özündə ehtiva edir. Bu amil əməliyyatı müharibə vəziyyətindən fərqləndirən hüquqi incəlikdir: dövlətin silahlı qüvvələrinin terrorizmlə mübarizəyə cəlb edilməsi avtomatik olaraq hərbi vəziyyət rejiminin tətbiqi demək deyil.

İkinci konseptual element əməliyyatın prinsiplər bazasıdır. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ regionunda qeyri-qanuni silahlı qruplara qarşı həyata keçirilən əməliyyat lokal xarakterli nümunəvi antiterror əməliyyatı kimi qiymətləndirilir və antiterror əməliyyatlarının bütün prinsiplərinə əməl olunmuşdur. Üçüncü element əməliyyatın regional-energetik təhlükəsizliklə bağlılığıdır. 23 saatlıq lokal antiterror tədbirləri Cənubi Qafqazı Avropa ilə birləşdirən beynəlxalq neft-qaz layihələrinin təhlükəsizliyinin təmin olunmasına xidmət edirdi.

* * *

Azərbaycanın rəsmi mövqeyi əməliyyatın humanizm prinsipinə əsaslandığını, lokal antiterror tədbirinin beynəlxalq hüquqa və müharibə qanunlarına tam uyğun həyata keçirildiyini, antiterror əməliyyatlarının prinsiplərinin – o cümlədən dağıdıcı yan təsirlərin minimuma endirilməsi və insan hüquqlarının qorunması prinsipinin – təmin olunduğunu əsas götürür. Əməliyyat tədbirləri zamanı mülki əhaliyə və mülki infrastruktura zərər vurulmaması, humanitar dəhlizlərin açıq saxlanılması və əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsi Bakının rəsmi mövqeyinin əsas elementləridir.

Bu siyasətin ən mühüm göstəricisi mülki əhalinin reinteqrasiyası sahəsində atılan addımlar oldu. Azərbaycan hökuməti bəyan edirdi ki, Qarabağ erməniləri Azərbaycanın vətəndaşlarıdır və ölkənin hər hansı digər vətəndaşı ilə eyni hüquq və müdafiə imkanlarından istifadə edəcəklər.

Azərbaycanın dövlət siyasətində Qarabağın erməni sakinlərinin cəmiyyətə inteqrasiyası mərkəzi yer tuturdu. Bu siyasətin institusional ifadəsi kimi Yevlax şəhərində reinteqrasiya ilə məşğul olan xüsusi qərargah – işçi qrup yaradıldı. Sentyabrın 21-də isə Qarabağ ermənilərinin nümayəndələri ilə danışıqlar aparıldı.

Hüquqi bazadan baxdıqda, Azərbaycanın 1995-ci il Konstitusiyası ölkəni demokratik, dünyəvi və unitar respublika kimi müəyyən edir, xalqın suveren hüququnun referendum və seçilmiş nümayəndələr vasitəsilə həyata keçirildiyini təsbit edir. Yerli özünüidarəetmə isə bələdiyyələr vasitəsilə həyata keçirilir. Bu konstitusiya çərçivəsi Qarabağ üçün hər hansı xüsusi statusun deyil, ümumi vətəndaşlıq və yerli özünüidarəetmə modelinin əsasını təşkil edir.

Rəsmi yanaşma ondan ibarətdir ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlığının verdiyi bütün hüquqlardan – təhsil, səhiyyə, məşğulluq, sosial təminat və mədəni inkişaf hüquqlarından – bərabər şəkildə istifadə edəcəklər.

* * *

2023-cü il əməliyyatının ən mühüm strateji nəticələrindən biri onun uzunmüddətli yanaşma prinsipi çərçivəsində ərazidə xarici qoşunların – sözdə rus sülhməramlılarının – qalmasına heç bir hüquqi və siyasi əsas qalmaması idi. Bu da 2020-ci il Bəyanatının ən həssas elementlərinin – Rusiya sülhməramlı kontingentinin bölgədə yerləşdirilməsinin və Laçın dəhlizinin xüsusi rejiminin – 2023-cü ildən sonra siyasi cəhətdən mənasızlaşması demək idi. Xatırladaq ki, 2020-ci ildə Rusiya Laçın dəhlizində formal olaraq beşillik mandatla mövqelənmişdi, sülhməramlı kontingent isə təxminən 1960 nəfər, 90 zirehli texnika və 380 avtomobil və xüsusi texnika ilə yerləşdirilmişdi.

2023-cü ildən sonra bu kontingentin regiondaki rolu faktiki olaraq bitdi və Azərbaycan öz ərazisində tam nəzarəti bərpa etdi. Paralel olaraq, Cənubi Qafqazda güc balansı Türkiyə–Azərbaycan oxunun güclənməsi istiqamətində dəyişdi. 15 iyun 2021-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri və imzalanan Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında yüksək səviyyəli müttəfiqlik münasibətlərinin növbəti təsdiqi kimi qiymətləndirilir.

Suverenliyin bərpasının simvolik və institusional təsdiqi də ardıcıl oldu. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Ağdərə, Əsgəran, Xocavənd, Xocalı və Xankəndidə Azərbaycan bayrağını qaldırdı. 21 dekabr 2023-cü ildə isə Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində Ağdamın “Qarabağ” və Bakının “MOIK” komandaları işğaldan azad edilmiş Xankəndi stadionunda ilk dəfə qarşılaşdı. Siyasi təhlil baxımından bu hadisələr suverenliyin mülki və idari müstəvidə bərpasının göstəriciləridir.

Beləliklə, 44 günlük müharibədə qazanılmış hərbi üstünlük 2023-cü ildə tam suverenliyə çevrildi və Azərbaycan Respublikası öz ərazi bütövlüyünü tamamilə bərpa etdi. Bu nəticə uzun illər ərzində ardıcıl aparılan dövlət siyasətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyin və strateji sabitliyin məntiqi təntənəsidir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Sentyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see776

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see315

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see312

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see281

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see268

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see266

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see263

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see258

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see256

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see253

Vətəndaşların evindəki kompüterlər niyə qeydiyyata alınır? Səbəblər bəlli oldu

06 Noyabr 2026 16:14see247

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see244

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see233

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see229

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see224

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see212

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see211

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see209

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see204

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri