Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Tarixi ədalətin rəmzi də ehtiramlarla yaşadılacaq!

Tarixi ədalətin rəmzi də ehtiramlarla yaşadılacaq!

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Ermənistanın Azərbaycandan ərazi iddiası Azərbaycanda milli-azadlıq hərəkatının genişlənməsini sürətləndirdi. Xalq həm bu iddianın dayandırılmasının, həm də dövlət müstəqilliyinin bərpasının mücahidi oldu. Ermənistan bu iddiasını daha da dərinləşdirdi və elan etmədən Azərbaycana qarşı müharibəyə başladı. Bu müharibədə tərəfdaşlarının da, keçmiş SSRİ-nin də siyasi və hərbi köməyindən böyük miqyasda bəhrələnənən işğalçı dövlət Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün əhalini bu ərazilərdən çıxartmağa qərarlı olduğuna görə müharibə qanunlarına da əməl etmirdi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə dislokasiya yeri Xankəndi olan 366-cı alayın fəal iştirakı ilə Xocalıda soyqırım törətdi. 34 il əvvəl törədilmiş bu faciə unudulmur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı (genosidi) günü haqqında” qərar qəbul etdi. Bu qərarın davamı kimi 1997-ci il fevralın 25-də imzalanan Sərəncama əsasən Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilir...
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təəşəbbüsü ilə 2024-cü ildə Xocalı Soyqırımı Memorial Kompleksinin təməli qoyuldu. Bu, dövlətə, dövlətçiliyə, xalqa sədaqətin abidəsi kimi inşa edildi. Soyqırım gününün 34-cü ilində Memorial Kompleksin açılışı oldu. Kompleksin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak etdi. Memorial Kompleksin açılışında çıxışında Heydər Əliyev Fondu yarandıqdan dərhal sonra “Xocalıya ədalət” genişmiqyaslı hərəkata start verildiyini, bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyini, bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkənin Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıdığını, bu prosesin davam etdirildiyini bildirən dövlət başçımız dedi: “Biz ədalət tələb edirdik. Ancaq əfsuslar olsun ki, beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri bizim bu faciəmizə biganə yanaşırdılar, Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. Biz isə ədalətə addım-addım irəliləyirdik. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması birinci addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular”.
Xalqımızın bir yumruq kimi birləşməsiylə, ədaləti özümüzün – Azərbaycan dövlətinin təmin et diyini, 2020-ci və 2023-cü ildə ordumuzun qəhrəmanlıq göstərdiyini, ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına təmin etdiyini, bu ədalətlə Azərbaycanın ərazi bütövlüyünün tam təmin edildiyini bildirən dövlət başçımız çıxışında bu ədaləti Azərbaycan dövlətinin qazandığını bidirərək dedi ki, “Dünyada nadir halda ölkələr tapılar ki, həm ədalətli müharibədə tam və mütləq qələbə qazansın, həm öz ərazi bütövlüyünü və suverenliyini hər qarış torpağı azad edərək özü təmin etsin və müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti. Bizim iradəmiz, deyə bilərəm ki, əyilməz iradəmiz bunu təmin etdi. İşğal dövründə bizə nə qədər təzyiqlər, təhdidlər olub, bunu Azərbaycan ictimaiyyəti yaxşı bilir. İşğal dövründə bizə tez-tez belə siqnallar ünvanlanırdı ki, reallıqla barışmaq lazımdır, Azərbaycan öz torpaqlarını azad edə bilməyəcək, böyük dövlətlər, Ermənistanın havadarları buna imkan verməyəcək, Azərbaycan Ordusu döyüş meydanında qələbə qazana bilməyəcək. Bu kimi uydurulmuş şayiələr həm geniş informasiya məkanında yayılır, həm də müxtəlif kanallar vasitəsilə Azərbaycan rəhbərliyinə çatdırılırdı. Amma bizim iradəmizə təsir edə biləcək heç bir qüvvə yox idi və bunu biz dəfələrlə bəyan etmişdik. İşğal dövründə həm mötəbər beynəlxalq kürsülərdən, eyni zamanda, o vaxtkı köçkünlərlə keçirdiyim çoxsaylı görüşlər əsnasında bildirirdim ki, biz işğalla barışmayacağıq və məsələ danışıqlar yolu ilə həll olunmazsa, ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik və belə də oldu”.
Memorial Kompleksin açılışının, məhz Xocalıda açılışının ədalətin təntənəsi olduğunu, Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhunu gördüyümüzü də xatırladan dövlət başçımız bildirdi ki, “Bu gün bu Memorial Kompleksin açılışında Xocalı sakinləri iştirak edir. Onların demək olar ki, hər biri öz yaxınlarını, qohumlarını, doğmalarını itirmişlər, uzun illər ərzində bu ağrı ilə, bu kədərlə yaşamışlar. Öz yaxınlarını itirən, öz torpağını itirən, öz doğma diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsinlər və dözdülər də. Çünki onları saxlayan inam idi, ədalətə inam, dövlətə inam, Ordumuza inam. Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir. Son 80 il ərzində bizim qədər tam və mütləq qələbə qazanmış ikinci dövlət olmamışdır dünyada. Bu gün biz sülh içində yaşayırıq və bunun təminatçısı Azərbaycan dövlətidir, bizim siyasətimizdir”.
Xocalıda Xocalı Soyqırımı Memorialının açılışı Azərbaycan gerçəkliklərinin tarix fonunda ehtiramın, Azərbaycan dövlətinin, Azərbaycan dövlətçiliyinin bəşəriliyinin rəmzi kimi tarixləşdi. Xalq tarixi Zəfərdən sonra tarixi ədalətin rəmzini də ehtiramlarla yaşadacaq!..
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 27 Fevral 2026 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri