Icma.az
close
up
RU
Azərbaycanda rusdilli təhsil ləğv edilməlidirmi? ŞƏRHLƏR

Azərbaycanda rusdilli təhsil ləğv edilməlidirmi? ŞƏRHLƏR

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, tanınmış müğənni Murad Arif Elm və Təhsil Nazirliyini tənqid edib. 

O, paylaşımında rus bölməsinin bağlanmasının tərəfdarı olduğunu dilə gətirib: 

"Əgər hörmətli Elm və Təhsil Nazirliyi şagirdlərə Azərbaycan dilini öyrətmək istəyirsə, rus bölməsində Azərbaycan dili fənn olaraq gücləndirilməlidir və bu fənn həftədə 4 dəfə keçirilməlidir. İbtidai siniflər üçün rus bölməsi bağlanmalıdır və 4-cü sinifə qədər hamı ölkənin dilinə yiyələnməli, 4-cu sinifdən sonra istəyən rusca, istəyən yaponca oxumağı seçməlidir. Amma rus bölməsinə Azərbaycan tarixini Azərbaycan dilində tədris etmək yalnız bir nəticə verəcək - uşaqlar tariximizi bilməyəcəklər. Bu qədər bəsitdir. Balalarımız təcrübə dovşanı deyil". 

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında rus dilində təhsil almağa kütləvi meylin yaxşı hal olmadığını bildirib: 

"Bu məsələ ilə bağlı mütəxəssislər danışmalı, Elm və Təhsil Nazirliyi münasibət bildirməlidir. İlk olaraq onu qeyd edim ki, ana dilində təhsil almaq konstitusiyamızda təsbit olunub. Yəni konstitusiyaya görə, ölkədə təhsil alan hər bir vətəndaşın öz ana dilində təhsil alması təmin olunmalıdır. Ancaq xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə 100 mindən çox rus dilli əhali yaşayır. Bu mənada məktəblərdə rus bölməsinin fəaliyyət göstərməsi qanunvericilik və qanunla tənzimlənir”.

Deputat həmçinin qeyd edib ki, bu məsələni qabartmaqla kimlərisə qızışdırmağa çalışırlar: 

"Düşünürəm ki, son günlər bu məsələlələri məqsədli şəkildə qaldırıb, kimlərisə qızışdırmağa çalışırlar. Biz nəzərə almalıyıq ki, Rusiya bizim qonşumuzdur. Eyni zamanda Rusiya tarixdə bizə qarşı hansı addımları atıb, son olaraq təyyarə qəzası bunlar hamısı aydındır. Bunlar münasibətlərimizə xələl gətirən məsələdi. Amma biz Rusiya ilə qonşu olduğumuz üçün bu münasibətləri qorumalıyıq. Digər mühüm məqam isə bu gün dünyada informasiya müharibəsi gedir. Baxsaq görərik ki, ermənilər Rusiyada rus dilində bizə qarşı kampaniyalar aparır. Ona görə də insanlarımızın rus dilini bilməsi, dil haqqında məlumatlı olması bizə lazımdır. Burada heç kim, heç kimi övladını rus bölməsinə qoymağa məcbur etmir. Ailə var ki, ata, ana rus dilində danışdığı üçün övladının da rus dilində təhsil almasını istəyir". 

Rus dilində təhsilə kütəvi meylliliyin yaxşı olmadığını deyən Ceyhun Məmmədov daha sonra əlavə edib: 

"Əlbəttə ki, rus dilində təhsilə kütləvi meyil yaxşı deyil. Düşünürəm ki, biz öz ana dilimizdə təhsil almalıyıq. Ancaq rus dilində təhsil alan, yaxud almaq istəyənlərə mane olmaq qeyri-mümküdür. Ona görə də bu məsələdə hər kəs açıqlaması ilə yanaşı, mövzuya münasibət bildirərkən qanunvericilik və qanunları bilməlidir". 

Parlamentari ingilis dilli məktəblər haqda da fikrini söyləyib:

"Bu məntiqlə yanaşsaq, o zaman rus dilində olan məktəblərin bağlanmasını deyiriksə deyək ki, Azərbaycanda fəaliyyət göstərən ingilis dilli məktəblər də bağlanmalıdır. İngilis dilində də Azərbaycanda kifayət qədər məktəb var. Niyə bu məsələ ilə bağlı heç kəs danışmır? Ancaq hamı rus dilli məktəblərin bağlanmasını istəyir. Ona görə də bu məslələrdə diqqətli olmaq lazımdır. Biz diqqəti üzərimizə çəkib, münasibətləri korlamamalıyıq. Onsuzda bu məsələ zamanla həllini taparaq tənzimlənəcək". 

Millət vəkili rus bölməsində təhsil alan şagirdlərə tarix fənninin Azərbaycan dilində tədris olunmasına da münasibət bildirib:

"Rus bölməsində təhsil alan şagirdlərə Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris olunması Elm və Təhsil Nazirliyinin qərarıdır. Onlar düşünürlər ki, rus bölməsində təhsil alan şagirdlər tariximizi Azərbaycan dilində öyrənməlidirlər. Ancaq burada bir reallıq da var ki, rus dilində təhsil alan şagirdlərin çoxu Azərbaycan dilini bilimirlər. Ola bilsin ki, Azərbaycan dilini bilməmələri onlara tarixi başa düşməkdə çətinlik yaratsın. Bu bir qərardır və səbəbini Elm və Təhsil Nazirliyi bilir".

Məsələyə münasibət bildirən siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət AZXEBER.COM-a açıqlamasında rus dilində təhsilin ləğv olunması ilə bağlı bunları deyib: 

"İbtidai sinifdə təhsil almaq müddəti gələcəkdə uşağın formalaşmasında mühüm rol oynayır. Əlbəttə ki, həmin dövrdə uşaqlara aşılanan istənilən bilik, bacarıq, tərbiyə, əxlaq onun sabahını müəyyənləşdirir. Uşağa nəyin, nə zaman öyrədilməsinə diqqət edilməlidir. Yəni uşaqlara ibtidai təhsil dövründən başlayaraq xarici dil öyrədilməyə başlanılırsa, demək olar ki, həmin uşaqların öz milli kökündən məsafəli davranması üçün təməl qoyulur. Uşaq nə qədər gec xarici dil oyrənməyə başlayarsa, bir o qədər öz milli kimliyinə bağlı qalmış olar. Uşaq ailəsində, məktəbdə öz ana dilində danışmalı və təhsil almalıdır. Bu ardıcıllığı 4-cü sinifi bitirənə qədər belə saxlamaq vacibdir. Bundan sonra uşaqlara xarici dilləri öyrətmək olar". 

Azər Həsrət həmçinin uşaqların xarici dildə təhsil almasında valideynləri də günahlandırıb:

"Bu gün elə valideynlər var ki, ailənin içində körpə uşağı ilə rus dilində danışmaqla yanaşı, uşağını rus məktəbinə qoyur. Nəticədə uşaq böyüdükcə Azərbaycan dilindən uzaqlaşır və mənəvi cəhətdən şikəst olaraq böyüyür. Daha sonra uşaqlarının cəmiyyətdə özünü realizə edə bilməmələrindən şikayətlənirlər. Kimdir günahkar? Əlbəttə ki, övladını öz dövlətinin, millətinin deyil əcnəbi bir millətin dilinə alışdıranlardır. Buna görə də dövlət qərar qəbul etməli, ibtidai təhslilin xarici dillərdə olması qadağan edilməlidir. Yalnız rus millətindən olan, milli azlıq və etnik qrupların övladları öz ana dilində tədris almalıdırlar. Rus dili heç də düşünülən qədər üstün dil deyil. Bəzən deyirlər ki, dünyaya çıxmaq üçün rus dili bilmək lazımdır. Sual yaranır, belə qayda harda var? Rus dili Rusiya bazarlarından başqa heç bir yerdə işə yaramır". 

Əməkdar jurnalist hesab edir ki, rusların özləri belə rus dilinin qayğısına bizim qədər qalmırlar:

"Əgər vətəndaşlarımız uşaqlarını gələcəkdə Rusiya bazarları üçün hazırlayırsa, o zaman övladlarını rus dilində oxutsunlar. Onların gedə biləcəyi ən yüksək yer oradır. Dünyaya çıxmaq üçün yalnız ingilis dili bilmək kifayət edir. Etiraf edək ki, bu gün rus dili lazımsız dilə çevrilib. Lazımsız dilin yaşadılmasında Azərbaycanlılar niyə iştirak edir? Niyə ölüyə nəfəsi biz veririk? Rusların özləri belə rus dilinin qayğısına bizim qədər qalmırlar. Öz qatilinə bu qədər bağlı olan bir millət yer üzündə bəlkə də yoxdur. Rusiya bizi işğal edib, bizə soyqırımlar yaşadıb. Düşünürəm ki, artıq millət özünə dönməlidir, ağıllanmaq lazımdır. Bu elə bir millətin dilidir ki, havada uçan sərnişin təyyarəmizi amansızcasına vurub, yerə salan bir millətin dilidir. Biz özümüzü tarixi bizim tariximizin 10 faizi qədər olmayan millətin ayağına verməyək". 

Günel Hüseynli

Yazı Medianın İnkişafı Agentliyinin "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda dərc edilib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 28 Yanvar 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see379

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see289

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see278

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see257

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see242

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see235

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see232

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see197

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see183

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see183

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see179

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see170

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see167

Təqaüd yaşını yox, təqaüdlərin kəskin artırılmasını müzakirə etməliyik Natiq Cəfərli

22 Avqust 2026 12:28see167

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see165

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see163

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see162

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see161

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see159

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri