Icma.az
close
up
RU
Qərbin “Qafqaz kartı” oyunu Şərh

Qərbin “Qafqaz kartı” oyunu Şərh

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Üçüncü Dünya müharibəsinin astanasındayıq. Ancaq bu dəfə müharibə tək silahla olmayacaq, ən müasir texnologiyalar, insan intellekti, hətta iqlim problemləri bəşəriyyəti Üçüncü Dünya savaşına yaxınlaşdırır. Hazırda böyük güclər geostrateji maraqlarını təmin etməkdən ötrü bu faktorların hər birindən faydalanaraq rəqiblərinə “əzələ nümayişi” göstərirlər. Rusiya-Ukrayna müharibəsinin ən ağır dövründə, faktiki nüvə mərhələsinə daxil olmağa başladığı bir zaman inkişaf etmiş dövlətlər hərbi qarşıdurmalardan heç də az təhlükə daşımayan iqlim dəyişiklikləri məsələsində də konstruktiv addımlar ata bilmir”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat Əlibala Məhərrəmzadə deyib.

Deputat bildirib ki, Bakıda keçirilən COP29 konfransı iqlim maliyyələşməsi ilə bağlı gərgin keçən müzakirələr nəticəsində irəliyə doğru qəti addımlar atdı: “İqlim maliyyələşməsi üçün inkişaf etməkdə olan ölkələrə 2035-ci ilə qədər hər il 300 milyard dollar vəsaitin ayrılmasında Azərbaycan ən böyük təşəbbüskar rolunda çıxış etdi. Lakin qabaqcıl ölkələr, xüsusilə də, ətraf mühitin çirkləndirilməsində 80 faizə qədər pay sahibi olan G-20 dövlətlərinin heç də hamısı, xüsusilə də, Avropa İttifaqına üzv ölkələr iqlim kataklizmlərinə qarşı mübarizədə məsuliyyətdən kənar qalmağa çalışırlar. Avropa Komissiyasının prezidenti Ursula Fon Der Lyayenin, Almaniyanın federal kansleri Olaf Şoltsun COP29 zirvəsinə qatılmamaq üçün bəhanə gətirdilər, ancaq onlar Braziliyaya keçirilən G-20-nin sammitində fəal iştirak etdilər. Burada görünən 2 səbəb var: 

1. Qərb dövlətləri və onların yaratdıqları təşkilatlar iqlim maliyyələşməsi ilə bağlı inkişaf etməkdə olan və kiçik ada dövlətləri üçün nəzərdə tutulan maliyyə kvotasını ödəmək istəmədilər, 

2. Fransanın COP29-u boykot etmək tələbinə Brüssel və Berlindən ciddi əks-arqument gətirə bilmədilər.

Hər bir halda, 2022-ci ilin iyul ayında Bakıda Azərbaycanla Avropaya qaz ixracının artırılması ilə bağlı Anlaşma Memorandumu imzalayan Avropa İttifaqı rəsmilərinin ölkəmizə bəzi iradlar ünvanlaması bu qurumda ikili standartların tərəfdaşlıq kriteriyalarını üstələdiyindən xəbər verir. Almaniya isə COP29-a olan münasibətini Bakıya ezam etdiyi xarici işlər nazirinin bəyanatları ilə göstərdi. Annalena Berbok iqlim kataklizmlərinin artmasında birbaşa günahkar olan inkişaf etmiş ölkələrin iqlim maliyyələşməsinə dair “yol xəritəsi”ni ortaya qoymaq əvəzinə Çin, Səudiyyə Ərəbistanı kimi dövlətləri hədəf alaraq Azərbaycanın onlara lobbiçilik etdiyini bildirdi. Xanım nazir COP-un əsas məqsədlərini də kənara qoyaraq ölkəmizi insan haqları və demokratiya məsələlərində ittiham etdi. Beləliklə, almaniyalı diplomatın Bakı tribunasından verdiyi mesajlar “Qoca qitə”nin açıq möhtəkirlik yolu tutaraq diqqəti başqa istiqamətlərə yönəltməyə çalışdığının praktik ifadəsidir”.

O əlavə edib ki, ancaq tək Avropa da deyil: “Ötən həftə paytaxtımıza səfər edən və guya COP-a müəyyən töhfələr verməyə çalışan ABŞ Konqresinin demokrat üzvü Frenk Peloninin sosial şəbəkə hesabında yaydığı dezinformasiyalar uzun illər qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə avanqard olduğunu deyən Birləşmiş Ştatların Bakı konfransı fonunda hədəfi dəyişdiyi, COP29 faktorundan Azərbaycana təzyiqlər etmək, dolayısı isə, Cənubi Qafqaz proseslərinə müdaxilə etmək planları qurduğu ortaya çıxır. Amerika administrasiyalarının 2015-ci ilin Paris iqlim sazişi ətrafında davamlı manipulyasiyalara əl atdığını hər kəs bilir. Lakin Bakıya səfər edən parlamentarilərin daha çox regional sülh üzərində fokuslanmaları, özü də sülhə dair tezislərin qatı ermənipərəst, Azərbaycan əleyhinə çoxsaylı qanun layihələrinin müəlliflərindən olan Frenk Peloninin dilindən səslənməsi əsas məqsədin Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmaq, eləcə də, Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində Qərbin açıq hədəfi halına gətirməkdən ibarət olduğu aydınlaşır.

İnkişaf etmiş ölkələrin yaxın gələcək üçün cızdıqları geosiyasi planlar üçüncü dünya savaşı ətrafında daha çox merkantil maraqların önə sürüldüyünü göstərir. Ukraynanı ən müasir silahlarla silahlandırıb Rusiyanın dərinliklərinə zərbə vurmağa stimullaşdıranlar bu siyasətin cavabının masştabını və təsir gücünü hesablamamış deyillər. Nüvə müharibəsində qalib olmayacaq, ancaq ABŞ, Fransa, Almaniya və onların komanda ortaqları sonunu kəsdirmək mümkün olmayan təhlükəli qərarlar verir, qlobal iqlim üçün fəlakətli ssenariləri israrla icra etməyə çalışırlar. Yaxın Şərqdə insanlıq dramı yaşanır, beynəlxalq məhkəmələr İsrail liderləri barədə axtarış elan edir, iki slavyan xalqı arasında münasibətlərin uzun illər bərpa olunmayacağına kimsə şübhə etmir, ancaq kollektiv Qərb beynəlxalq hüquq normalarını bir kənara ataraq dünya boyu mümkün konfrontasiyaları alovlandırmağa, 10-15 il bundan öncə uğursuzluqla üzləşən “Ərəb baharı” planını yeni versiyada və yeni subyektlər üzərindən reallaşdırmağa göstərir.    

Bu planın bir hissəsi Cənubi Qafqazla bağlıdır. ABŞ və Avropa İttifaqı Çindən Avropaya gedən nəqliyyat dəhlizlərinə nəzarəti ələ keçirmək üçün ən absurd ideyaları ortaya qoyur və həmin ideyalara uymayan dövlətləri təhdid etməyə çalışır. Azərbaycanın 44 günlük müharibədə qazandığı zəfər Qərbin 100 illik planlarına zərbə oldu və bəlli mərkəzlər regionla bağlı proqramlarında məcburi dəyişikliklərə getdilər. Rusiyanı bölgədən sıxışdıran ABŞ və Fransanın Ermənistanı silahlandırması Cənubi Qafqaz üçün daha ağır perspektivlər vəd edir. Ermənistanın COP-un Bakı konfransında iştirakına imkan verməyən Qərb dövlətləri 30 illik işğal zamanı regionun flora və faunasına dəyən zərbələri gözardı etdilər. Üstəlik, ABŞ, Almaniya, Fransa, İran və digər ölkələrə məxsus şirkətlər Azərbaycanla sərhəddə və Qarabağda biznes fəaliyyəti ilə məşğul olaraq iqlim normativlərini alt-üst etdilər. 

Ancaq Azərbaycan COP29 nümunəsində göstərdi ki, o, özü ən ağır iqlim fəsadları ilə üzləşsə də, qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öncül yer almaqda israrlıdır və bu məqsədlər üçün maliyyə ayırmağa, tədricən ənənəvi-qazıntı yanacağından yaşıl enerjiyə keçməyə hazırdır. Prezident İlham Əliyevin liderliyi ilə COP29 timsalında Azərbaycan dövləti bir daha sübut etdi ki, Bakı bəşəriyyəti narahat edən məsələlərin müzakirəsi üçün əlverişli məkandır. Bu, respublikamızın gücü və liderlik keyfiyyətlərinə sahib olduğunun, həmçinin, qlobal iqlim problemlərinin həllində hamıdan çox maraqlı olanlar sırasında yer aldığının sübutudur. Bakı konfransının xarakteri, 72 mindən çox nümayəndənin paytaxtımıza gəlişi və üstəlik, Bakıda veriln qərarların bəşəriyyətin sabahı üçün müsbət rol oynayacağına bəslənilən inam təsdiq edir ki, 

1 - Azərbaycan sürətlə dünya siyasətinin ön cərgələrinə çıxır. 
2 - Qlobal təşəbbüsləri ilə beynəlxalq arenada öz sözünü deyir. 
3 - Qlobal aktor imicini get-gedə möhkəmləndirir. 
4 - Onun paytaxtı isə planetar məsələlərin müzakirə olunduğu strateji və etibarlı mərkəzə çevrilir. 

Bəli, COP29 sessiyası Azərbaycanın yeni dövr missiyasını uğurla həyata keçirməyə başladığını göstərir. Suverenliyimizin təmini ilə start götürən yeni dövr hədəfləri şübhəsiz, ölkəmizin qlobal arenadakı çəkisini artıracaq, yeni imicimizin formalaşmasını şərtləndirəcək. Çünki, Prezident İlham Əliyev COP kimi nüfuzlu tribunalardan verdiyi mesajlarla Azərbaycanın yaxın gələcək üçün siyasi, iqtisadi və sosial inkişaf modelini təqdim edir, Ermənistanın 30 illik işğalının fəsadlarına dünya birliyinin yanaşma tərzini dəyişir, çirkin dezinformasiya kampaniyalarının əsl mahiyyətini ifşa edərək Azərbaycanın ideoloji təhlükəsizliyini möhkəmləndirir”.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2024 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri