Icma.az
close
up
RU
Tarixi qayıdışın işığında

Tarixi qayıdışın işığında

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

15 iyun müstəqil Azərbaycanın tarixində unudulmaz, çox böyük əhəmiyyətə malik bir gündür. Bu gün tarixə Milli Qurtuluş Günü olaraq düşüb və 1997-ci ildən Milli Məclis tərəfindən bayram günü elan edilib.

Müstəqilliyinin ilk illərində xalqımız səriştəsiz və naşı rəhbərlər üzündən çox ciddi problemlərlə üz-üzə qalmışdı. Ölkədə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. AXC-Müsavat cütlüyü həm hakimiyyətə gəlmək üçün, həm də hakimiyyətə gəldikdən sonra ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Düzgün olamayan xarici siyasət isə Azərbaycanın təklənməsi ilə nəticələnmiş, Ermənistanın hərbi hücumları daha geniş vüsət almışdı. Ölkə daxilində ayrı-ayrı silahlı dəstələr öz bildiklərini edir, talançılıq baş alıb gedirdi. Ölkənin və xalqın parçalanması qaçılmaz olmuşdu. Bəzi separatçılar ölkədə ayrı-ayrı “respublikalar” yaratdıqlarını elan edirdilər.             AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi və xəyanəti ölkəni olmazın problemlərlə üz-üzə qoymuş, xalq çörək və ərzaq qıtlığından əziyyət çəkrdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Bir sözlə, xalq və ölkə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə idi.

Belə bir çətin vaxtda xalqımız öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Məhz bu tarix Azərbaycan xalqının həyatında bir dönüş nöqtəsi oldu. Ulu Öndər öz iradəsi və düşünülmüş siyasəti ilə qısa zaman ərzində ölkəni öz axarına qaytardı. Ölkədə daxili sabitlik təmin edildi, Ermənistanla atəşkəs müqaviləsi imzalandı, ölkə iqtisadiyyatında yaşanan tənəzzül aradan qaldırıldı və Azərbaycan özünün davamlı inkişaf yoluna qədəm qoydu. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb.

Əgər Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Bakıya qayıtmasaydı, ölkəni Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələr gözləyirdi. Məhz Ulu Öndərin cəsarətli addımları, xalqa, ölkəyə olan sonsuz məhəbbəti müstəqil Azərbaycanın qurtuluşunun əsası oldu. Xalq qarşısında misilsiz xidmətləri əminliklə deməyə əsas verir ki, müstəqil Azərbaycanın memarı məhz Ümummlili Lider Heydər Əliyevdir.  Dahi şəxsiyyətin ən böyük arzusu isə müstəqil Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi idi. Ulu Öndər bunun üçün yorulmadan çalışır, siyasətinin qayəsini ərazi bütövlüyümüzü təmin etmək təşkil edirdi.

Müstəqil Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib. Cənab Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu hər bir sahədə uğurla həyata keçirməsi ölkəmizin davamlı inkişafına, iqtisadi cəhətdən güclü dövlətə çevrilməsinə xidmət edib. Həyata keçirilən düşünülmüş siyasət və düzgün strategiya nəticəsində torpaqlarımız düşmən tapdağından azad edilərək ərazi bütövlüyümüz təmin edilib.  Bir zamanlar məcburi köçkünlərlə görüş zamanı Ulu Öndərin səsləndirdiyi və getmək arzusunda olduğu Şuşa, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Ağdam bu gün öz azadlığına qovuşub və bu əzəli torpaqlarımızda sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Təbii ki, Azərbaycanın möhtəşəm Zəfərinin və bütün bu böyük işlərin təməlində Ulu Öndər Heydər Əliyevin siyasi dəst-xətti dayanır. Bu siyasi dəst-xətti müasir dövrün tələbləri çərçivəsində həyata keçirən cənab Prezident İlham Əliyev isə Azərbaycanın gələcək təhlükəsizliyi və tərəqqisinin qarantıdır.  Xalqımız da əmindir ki,  qurtuluşdan başlanan yol Azərbaycanı tərəqqiyə, Zəfərə və yüksək zirvələrə aparır.

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 İyun 2026 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri