Icma.az
close
up
RU
Tarixi qədim özü gəncləşən Gəncə

Tarixi qədim özü gəncləşən Gəncə

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə son 8 ildə həm ağır sınaqlardan keçib, həm də ciddi dəyişikliklər yaşayıb. Şəhərin küçələrindən tutmuş parklarına, yollarından sosial həyatına qədər bir çox sahədə yeniliklər baş verib.

…2018-ci il avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Niyazi Bayramov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı təyin olundu. Bu gün həmin təyinatın üzərindən səkkiz il keçir.

Bu yazıda məqsəd kimisə tərifləmək və ya tənqid etmək deyil. Sadəcə, 2018-ci ilin Gəncəsi ilə 2026-cı ilin Gəncəsini müqayisə edib bu səkkiz ilin şəhərə nə qazandırdığına nəzər salmaqdır.

2018-ci ilin Gəncəsini xatırlayanlar yəqin nə demək istədiyimi yaxşı bilərlər. O vaxt şəhərin öz qayğıları, müəyyən problemləri, yenilənməyə ehtiyacı olan küçələri, binaları, parkları vardı. Əslində, bu qədim şəhərdə buna qədər də az iş görülməmişdi. Amma Gəncə Azərbaycanın ikinci böyük şəhəri olsa da, onun böyüklüyünə və tarixi çəkisinə uyğun görüləsi işlər də az deyildi.

Bu səkkiz ildə təkcə Gəncə yox, bütün Azərbaycan böyük sınaqlardan keçdi. Dünyanı qəfil yaxalayan pandemiya şəhərin də adi həyatını dəyişdi. Ardınca 44 günlük Vətən müharibəsi başladı. Gəncə cəbhə bölgəsindən uzaqda olsa da, müharibənin ən ağır üzünü görən şəhərlərdən birinə çevrildi. Gecənin bir vaxtında dinc insanların yaşadığı evlər raket atəşinə tutuldu, ailələr dağıldı, günahsız insanlar həyatını itirdi. Şəhər o ağır gecələri yaşadı, şəhidlərini son mənzilə yola saldı, yaralarını sarıdı və sonra bütün Azərbaycanla birlikdə böyük Zəfərin sevincini yaşadı.

Yəni bu səkkiz ilə adi təqvim illəri kimi baxmaq olmur. Bu müddətdə Gəncə həm ağrı gördü, həm sevinc. Həm dağıntı gördü, həm quruculuq. Bir tərəfdən şəhər müharibənin yaralarını sağaltdı, digər tərəfdən yenilənməyə başladı.

Təbii ki, bütün bunları bir nəfərin adına yazmaq nə doğru olar, nə də ədalətli. Gəncədə həyata keçirilən böyük layihələrin, şəhərin yenilənməsinin arxasında, ilk növbədə, Prezident İlham Əliyevin Gəncəyə xüsusi diqqəti, dövlətin ayırdığı vəsaitlər və müxtəlif dövlət qurumlarının gördüyü işlər dayanır.

Amma şəhərin səkkiz ilinə baxırıqsa, həmin səkkiz ildə ona rəhbərlik edən adamın fəaliyyətindən də yan keçmək olmaz. Ona görə nə tərif üçün tərif yazaq, nə də irad xatirinə irad bildirək. Sadəcə 2018-ci ilin Gəncəsini yada salaq və 2026-cı ilin Gəncəsinə baxaq. Bu səkkiz ildə şəhər nə qazandı? Nə dəyişdi? Nəyi dəyişə bilmədik? Və Niyazi Bayramovun fəaliyyəti bu səkkiz ildə necə görünür?

Əvvəlcə ilk baxışda gözə dəyən, yəni gözlə görünən işlərdən söz salaq. Əslində, Gəncədə yaşayan adam üçün şəhərin dəyişib-dəyişmədiyini anlamaq çətin deyil. Bunun üçün statistik rəqəmləri əzbərləməyə də ehtiyac yoxdur. Hər gün keçdiyin küçəyə, yaşadığın məhəlləyə, şəhərin mərkəzinə, parklarına baxmaq kifayətdir.

Son illərdə Gəncənin xeyli küçə və prospektində yollar yenilənib. Binaların fasadları təmir olunub, dam örtükləri dəyişdirilib, işıqlandırma sistemi genişləndirilib, park və istirahət məkanları abadlaşdırılıb. Bir vaxtlar baxımsız görünən ayrı-ayrı ərazilər şəhərin ümumi görkəminə uyğunlaşdırılıb.

Amma Gəncənin yenilənməsində ayrıca bir mərhələni xüsusilə qeyd etmək lazımdır. III MDB Oyunları ərəfəsini. Bəlkə də həmin qısa müddətdə Gəncədə əvvəlki 15-20 ilə sığacaq qədər iş görüldü. Şəhəri illərdir tanıyan adamlar yaxşı xatırlayırlar: Gəncənin tarixində eyni vaxtda bu qədər küçə və prospektin asfaltlandığı, bu qədər geniş ərazidə abadlıq və yenidənqurma işlərinin paralel aparıldığı dövrü yada salmaq çətindir.

İş təkcə şəhərin mərkəzi küçələrində aparılmadı. İllərlə asfalt üzü görməyən məhəllədaxili yolların bir hissəsi yeniləndi, küçələrdə asfalt örtüyü salındı, səkilər və bordürlər dəyişdirildi, işıqlandırma yeniləndi. Bir çox binaların fasadları təmir edildi, dam örtükləri dəyişdirildi, yaşıllıq sahələrinə əl gəzdirildi. Şəhərin girişindən mərkəzinədək, əsas prospektlərindən yaşayış məhəllələrinədək böyük bir ərazi eyni vaxtda tikinti və abadlıq meydanına çevrilmişdi.

Bununla yanaşı, Gəncənin böyük idman tədbirinə ev sahibliyi etməsi üçün idman infrastrukturu yeniləndi, yarışların keçiriləcəyi obyektlər müasir tələblərə uyğunlaşdırıldı, şəhərin qonaqları qarşılayacaq əsas istiqamətlərində abadlıq işləri aparıldı. Yol, işıqlandırma, yaşıllaşdırma və şəhər təsərrüfatının digər sahələrində görülən işlər bir-birini tamamladı. Ən əsası isə MDB Oyunları gəlib keçdi, görülən işlər Gəncəyə qaldı.

Bəlkə belə böyük beynəlxalq tədbirin keçirilməsi həmin işlərin sürətlənməsinə səbəb oldu. Bunun özü də təbiidir. Dünyanın böyük şəhərləri də beynəlxalq yarışlara, forumlara, festivallara hazırlaşarkən yenilənir. Əsas məsələ odur ki, tədbir bir neçə gün davam edir, yaradılan infrastrukturdan isə illərlə şəhər sakinləri istifadə edirlər. Bu baxımdan III MDB Oyunları Gəncə üçün təkcə idman hadisəsi olmadı. O, şəhərin uzun illər gözlədiyi böyük yenilənmənin də səbəblərindən birinə çevrildi.

Bunların hər biri görünən tərəfdir. Amma şəhəri yalnız asfaltla ölçmək olmaz. Ən yaxşı asfaltın üstündə də narazı insan yaşaya bilər. Ən gözəl parkın yanında da həll olunmamış problem qala bilər. Şəhər rəhbərliyinin işi ona görə təkcə tikmək, təmir etmək, abadlaşdırmaq deyil. İnsanla işləmək də bu vəzifənin bəlkə ən çətin tərəfidir.

Niyazi Bayramovun səkkiz illik fəaliyyətində diqqətçəkən cəhətlərdən biri də məhz insanlarla birbaşa ünsiyyətdən qaçmamasıdır. Səyyar görüşlər, fərdi qəbullar, məhəllələrdə sakinlərlə görüşmək, şikayəti kabinetdən deyil, yerində dinləmək bu illərdə onun iş üslubunun bir hissəsinə çevrilib. Bu, bütün problemlərin həll edilməsi deməkdirmi? Əlbəttə, yox.

Gəncə böyük şəhərdir. Problemi də var. Hələ təmir gözləyən küçəsi də, abadlaşmalı məhəlləsi də, kommunal çətinlikləri də. Bəzən görülən işin keyfiyyəti ilə bağlı haqlı iradlar səslənir, bəzən hansısa problem illərlə həllini gözləyir. Bunları deməmək şəhəri sevmək deyil. Əksinə, şəhəri sevən onun yaxşısını da deməlidir, çatışmayanını da. Elə Niyazi Bayramovun fəaliyyətinə münasibətdə də eyni ölçü olmalıdır. Kiminsə ondan xoşu gələ bilər, kiminsə yox. Bu, təbiidir. Söhbət vəzifəli şəxsdən gedirsə, şəxsi rəğbət və ya narazılıq heç vaxt əsas meyar ola bilməz. Rəhbərin qiymətini gördüyü iş, insanlarla münasibəti və ona etibar edilmiş şəhərin hansı vəziyyətdə olması müəyyənləşdirir.

Burada bir məqamı da unutmayaq. Gəncədə görülən böyük işlərin hamısını “Niyazi Bayramov etdi” demək nə qədər yanlış olardısa, səkkiz ildə şəhərdə baş verən müsbət dəyişikliklərdə onun və rəhbərlik etdiyi komandanın əməyini görməmək də bir o qədər ədalətsiz olardı. Çünki dövlət imkan yaradır, vəsait ayırır, böyük layihələri müəyyənləşdirir. Yerli rəhbərliyin işi isə həmin imkanlardan şəhərin necə yararlanmasında, gündəlik problemlərin necə idarə edilməsində və ən əsası, dövlətlə vətəndaş arasında münasibətin necə qurulmasında görünür.

8 il az bir vaxt deyil və təbii ki, bu dövrün öz nəticəsi, öz izi olmalıdır. Bunun üçün də ən sadə müqayisəni aparmaq kifayətdir: 2018-ci ilin Gəncəsi və 2026-cı ilin Gəncəsi. Arada fərq varmı? Var. Bəs görüləsi iş qalıbmı? Təbii ki, qalıb, özü də çox. Bəlkə də sağlam münasibət elə budur – görüləni görmək, görülməyəni də demək. Çünki məqsədimiz kimisə kor-koranə tərifləmək deyil. Onsuz da vəzifə əbədi deyil. Bu gün biridir, sabah başqası olacaq. Amma Gəncə qalacaq. Və təbii ki, hər şəhər rəhbərinin qarşısında eyni sual dayanacaq: Bu şəhəri necə qəbul etdin və özündən sonra necə qoyub gedirsən?

Amma səkkiz il artıq geriyə baxmaq, müqayisə etmək və qiymət vermək üçün kifayət qədər uzun zamandır.

Hamlet QASIMOV,
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 Sentyabr 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see355

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see302

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see292

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see272

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see271

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see260

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see246

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see226

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see224

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see222

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see200

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see198

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see197

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see196

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see195

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see188

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see188

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see176

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see176

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri