Icma.az
close
up
RU
Gəncə çinarları qədim şəhərin “yaşıl” yaddaşıdır

Gəncə çinarları qədim şəhərin “yaşıl” yaddaşıdır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə haqqında nəsə yazmaq istəyəndə çətinlik çəkmirsən, mövzu kifayət qədərdir. Qala divarlarından tutmuş Nizami məqbərəsinədək, kəhrizlərdən başlamış meydanlara, park və xiyabanlara, yeni görkəm alan binalaradək …

Amma bu bir həqiqətdir ki, çinarlardan hətta iki kəlmə nəsə deyəndə bir qədər tərəddüd edir, düşünməli olursan. Çünki bu şəhəri çinarlar olmadan təsəvvür etmək mümkün deyil. Kənardan baxanda Gəncə çinarların kölgəsində yaşayan, nəfəs alan, nəfəsini gələcək nəsillərə ötürən bir şəhər təsiri bağışlayır. Burada hər bir çinar sanki canlı heykəldir. Onların gövdəsində minillərin izi var. Qədim şəhərin şahidi olan çinarlar elə bil ki, tarix yazır, hər yarpağı bir xatirəni pıçıldayır.

Eh, bu çinarlar nələrdən keçməyib... Gəncə xanlığının qürurlu günlərini görən var, müharibələrin, qırğınların, harayların səsini eşidən şahidlər var. Amma hamısı bu şəhərin taleyi ilə birləşib, onunla nəfəs alıb, onunla yaşayıb. Bu gün Gəncənin ən çox sevilən guşələrindən olan Xan bağını təsəvvür edin. Bəlkə də heç kim düşünmür ki, burada ucalan çinarlar təkcə yaşıllıq, kölgə deyil, həm də əsrlərin izini, şəhərin keçmişini daşıyır. İnsanlar ailəsi ilə gəzintiyə çıxanda, uşaqlar oynayanda, gənclər görüşəndə çinarların kölgəsi onları qoruyur. Adama elə gəlir ki, bu ağaclar olub-keçənləri bir daha yada salmamaq üçün belə susqundurlar, ehtiyatlıdırlar. Elə bil yarpaqların pıçıltısı da hər addımda “mən burdayam, əsrlərdir sizi gözləyirəm, sizi qoruyuram” deyir.

Xatırlatmaq yerinə düşər ki, ulu öndər Heydər Əliyev də Gəncədə Xatirə parkında çinar əkmişdi. Elə bilirsiniz bu, dövlət başçısının sadəcə bir ağacı əkmək təntənəsi idi? Xeyr! Bu, gələcək nəsillərə ünvanlanan bir mesaj idi: “Köklərinizə bağlı olun, yaddaşınızı qoruyun, yaşayın və yaşadın” demək idi. Yəqin o da yadınızdadır ki, Ulu öndərə əvvəlcə əkmək üçün ayrı bir ağac gətirmişdilər. Müdrik insan isə onu dərhal geri qaytararaq “mənə çinar gətirin, çinar ucalıq rəmzidir”, demişdi. O çinar bu gün də ucalır, şəhərin simvoluna çevrilən minlərlə çinarın sırasına qoşularaq Gəncənin yaddaşını, ruhunu tamamlayır, yüksəlişi tərənnüm edir...

Yaşlı gəncəlilər danışanda çinarların şəhərin həyatında necə mühüm rol oynadığını daha yaxşı duyursan. Akademik Fuad Əliyev deyir: “Biz uşaqlığımızı çinar kölgəsində keçirmişik. Elə bil ki, həmin kölgə bizi böyüdüb, tərbiyə edib. O ağaclar bizimlə nəfəs alıb, bizimlə danışıb”.

Mütəxəssislər isə çinarların ekoloji dəyərini vurğulayırlar. Onların sözlərinə görə, bir böyük çinar avtomobillərin havaya buraxdığı zərərli qazı udur, şəhərin nəfəsini təmizləyir. Bu səbəbdən çinarlar təkcə tarix və yaddaş deyil, həm də bugünkü həyatımızın sağlamlığı, sabahımızın təminatıdır. Gəncənin sayılıb-seçilən ağsaqqalı, kənd təsərrüfatı elmləri doktoru Zaur Həsənov bütün varlığı ilə təbiətə, çinarlara vurğunudur. Hətta Xan Bağında hansısa bir çinar budağının quruyub yerə düşməsini görən kimi ərkyana tərzdə mənə zəng edir: “ müxbir qardaş, bir çinar da belə getdi...”

“Bir çinar da belə getdi...” deyimi hələ qəzet “Kommunist” qəzetində Gəncədən qələmə aldığım tənqidi yazımın sərlövhəsi idi və professor dostum həm də onu xatırladır.

Gəncə küçələrinı çinarsız təsəvvür etmək sadəcə mümkün deyil. Yazın ilk günlərində tumurcuq açan yarpaqlar sanki yeni həyatın başlanğıcını, gəncliyi, ümidləri xatırladır. Yayda isə günün ən qızmar vaxtında kölgəsinə sığınanlar üçün çinar bir ev, bir ocaq kimi olur. Çinar kölgəsi altında söhbətlərin, görüşlərin, uşaq gülüşlərinin izi qalır.

Bax, elə bu günlərdə, payızda saralan yarpaqlar şəhərin sükutunu daha da poetikləşdirir, qışda isə çılpaq budaqları belə bir rəmzə çevrilir. Bilmirəm, fikir vermisinizmi, çinarlar Gəncə insanının xarakterinə də bənzəyir: uca, köklü, möhkəm. Zamanın tufanlarına sinə gərib əyilməyən, əsrlərdən bəri ucalığını qoruyan bir abidə kimi. Hər çinar Gəncənin yaddaş kitabında bir səhifədir. Gəncəlilər üçün çinar yalnız ağac deyil, qürur, sədaqət, köklərə bağlılıq deməkdir. Görün gəncəli şair, mərhum Rübail bunu necə gözəl ifadə edib:

Çinarın hər şeydən gözləri toxdur,
Əkib becərənlər ondan nə dərdi?
Kim deyir çinarın meyvəsi yoxdur,
Onun meyvələri gəncəlilərdir.

Bu çinarların altından neçə-neçə toy karvanı keçib, neçə-neçə şair onlardan ilham alıb. Əgər bir gün Gəncə çinarsız qalsa, bu şəhər sanki yetim qalar. Küçələrin ruhu, meydanların səsi, bağçaların ləzzəti qaçar. Ona görə də çinarları qorumaq hər birimizin borcudur. Mütəxəssislər bildirirlər ki, yeni salınan park və küçələrdə mütləq çinarlar əkilməli, kök atanlar isə xüsusi qayğı ilə qorunmalıdır. Çünki hər bir çinar əslində bizim gələcək nəsillərə ötürdüyümüz yadigardır. Əgər bu yaddaşı qorusaq, həm özümüz, həm də şəhərimiz əbədi yaşayar.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri
Gəncə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri