Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tarixi sənəd, strateji hədəf

Tarixi sənəd, strateji hədəf

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

ABŞ Azərbaycanı özünün mühüm tərəfdaşı adlandırır

Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiya ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldən mühüm sənəddir. Dörd bölmədən ibarət sənəd tərəflər arasındakı əlaqələrin çoxşaxəli xarakterini nümayiş etdirir. Xüsusilə üçüncü bölmədə əks olunan təhlükəsizlik sahəsindəki əməkdaşlıq müddəaları regional qüvvələr balansına birbaşa təsir imkanına malikdir.

Eyni zamanda, bu müddəalar qlobal geosiyasi proseslərə birbaşa təsir edə bilər. Sənədin məhz təhlükəsizlik məsələlərinə həsr olunmuş hissəsi Vaşinqtonun Bakıya verdiyi strateji önəmi və Azərbaycanın regiondakı həlledici rolunu təsdiqləyən ən bariz göstəricidir. Xartiyanın üçüncü bölməsi göstərir ki tərəflər arasındakı dialoq artıq dərin strateji müttəfiqlik elementlərini ehtiva edən hərtərəfli təhlükəsizlik platformasına çevrilir. Mətnin mahiyyətinə vardıqda aydın olur ki, Cənubi Qafqazda sülhün bərqərar olması həm Azərbaycanın həm də ABŞ-ın maraq dairəsindədir və iki dövlət arasındakı təhlükəsizlik əməkdaşlığı, eyni zamanda, beynəlxalq və regional miqyasda sülhə, sabitliyə əhəmiyyətli töhfələr verir.

Cənubi Qafqazın geosiyasi relyefində Azərbaycanın tutduğu mövqe hər zaman böyük güclərin diqqət mərkəzində olub. Amma imzalanmış yeni Xartiya ilə Vaşinqtonun Bakıya olan diqqəti daha qlobal miqyas alır. Üçüncü bölmədəki hər cümlə diqqətlə analiz edildikdə görünür ki, Ağ Ev rəsmi Bakını həm də qlobal təhlükəsizlik arxitekturasının vacib sütunu kimi qəbul edir. Mətndə “müdafiə sənayesi məhsullarının satışı” ifadəsinin işlədilməsi, əslində, ABŞ-ın xarici siyasətində nadir hallarda rast gəlinən etimad səviyyəsini göstərir. Adətən Pentaqon və Dövlət Departamenti müasir silahların satışında çox ehtiyatlı davranır. Lakin Azərbaycanla əlaqələrdə mövcud baryerlərin aşılması və ya yumşaldılması niyyəti siyasi iradənin möhkəmliyini sübut edir. Həmin yanaşma onu deməyə əsas verir ki, yaxın gələcəkdə tərəflər arasında konkret hərbi-texniki müqavilələrin imzalanmasına şahidi ola bilərik. Vaşinqton yaxşı anlayır ki Bakının sabitliyi və terrorizmə qarşı effektiv mübarizəsi Qərb dünyasının təhlükəsizliyi üçün də vacibdir. Ona görə mövcud antiterror əməkdaşlığının genişləndirilməsi qərarı hər iki tərəfin praqmatik maraqlarına xidmət edir. Gələcəkdə sərhəd-nəzarət buraxılış məntəqələrinin müasir skan sistemləri ilə təchiz edilməsi, biometrik məlumatların mübadiləsi, şübhəli şəxslərin izlənməsi sahəsində daha sıx koordinasiya gözlənilir. Bu amillər Azərbaycanın regionun ən güclü və sabit dövləti kimi mövqeyini daha da möhkəmləndirir.

* * *

İmzalanma mərasimindən sonrakı dövrdə diplomatik təmasların artması və iqtisadi layihələrə marağın çoxalması təbii hal olacaq. Beynəlxalq investorlar üçün təhlükəsizlik zəmanəti ən vacib amildir. ABŞ ilə belə yüksək səviyyəli sənədin mövcudluğu xarici kapitalın ölkəyə axınını stimullaşdıracaq. Xartiya həm də Cənubi Qafqazda sülh prosesinə müsbət təsir göstərəcək. Azərbaycanın hərbi və siyasi qüdrətinin artması regionda revanşist qüvvələrin baş qaldırmasına mane olacaq və onları reallıqla barışmağa məcbur edəcək. Beləliklə, Vaşinqton–Bakı tandemi regionda uzunmüddətli sülhün və sabitliyin qarantı kimi çıxış edəcək. Əminliklə demək olar ki, Xartiyanın üçüncü bölməsi, sadəcə, ikitərəfli münasibətləri tənzimləmir, eyni zamanda, qlobal təhlükəsizlik zəncirinin vacib halqasını formalaşdırır.

Xartiyada əksini tapan kibertəhlükəsizlik və mühüm infrastrukturun mühafizəsi məsələsi isə müasir dövrün hibrid təhdidlərinə qarşı birgə immunitet formalaşdırmaq cəhdidir. Xüsusilə, Xəzər hövzəsindən Avropaya uzanan enerji dəhlizlərinin təhlükəsizliyinin təmin olunması həm Vaşinqtonun enerji təhlükəsizliyi strategiyası, həm də Azərbaycanın iqtisadi suverenliyi baxımından həyati əhəmiyyət kəsb edir. Sözügedən sahədə əməkdaşlıq rəqəmsal məkandan gələn hücumların dəf edilməsi üçün mühüm platforma yaradır. Sənədin bəlkə də ən humanitar və eyni zamanda, strateji əhəmiyyətli bəndlərindən biri Azərbaycanın mina, digər partlayıcı maddələrlə çirklənmə səbəbindən üzləşdiyi ciddi çətinliklərin nəzərə alınması və minatəmizləmə sahəsində əməkdaşlığın nəzərdə tutulmasıdır. İşğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesinə ABŞ-ın maliyyə dəstəyi verməsi, texnologiya ötürülməsini təmin etməsi Böyük Qayıdış prosesini sürətləndirməklə bərabər, regionda sülhün və dayanıqlı inkişafın bərqərar olmasına xidmət edəcək. Mina təhlükəsinin aradan qaldırılması iqtisadi dirçəlişin və infrastruktur layihələrinin reallaşdırılmasının ilkin şərtidir. Tərəfdaşların həmin məsələdə həmrəylik nümayiş etdirməsi münasibətlərin səmimiyyətindən xəbər verir.

Xəzər dənizində təhlükəsizlik infrastrukturunun gücləndirilməsi və enerji layihələrinin mühafizəsi üçün yeni texnoloji həllərin tətbiqi də proqnozlaşdırılan addımlar sırasındadır. Digər tərəfdən, Azərbaycanın müdafiə sənayesi kompleksinin inkişafında Amerika şirkətlərinin iştirakı yerli istehsalın keyfiyyətini artıracaq və Azərbaycanın qlobal silah bazarında mövqeyini gücləndirəcək. Həmçinin humanitar minatəmizləmə sahəsində əldə ediləcək təcrübə və texnologiyalar Azərbaycanı gələcəkdə analoji problemlərlə üzləşən digər ölkələr üçün donor ölkəyə çevirə bilər.

* * *

Siyasi müstəvidə Xartiyanın imzalanması Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verilən güclü dəstəkdir. Adıçəkilən amil rəsmi Bakının diplomatik manevr imkanlarını genişləndirərək regional liderlik mövqeyini daha da möhkəmləndirəcək. Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaşlığın dərinləşməsi, eyni zamanda, Azərbaycanın Qərb institutları ilə inteqrasiya prosesinə təkan verəcək və ölkənin investisiya cəlbediciliyini artıracaq. Bütün sadalananlar onu deməyə əsas verir ki, imzalanan sənəd regionun geosiyasi mənzərəsini dəyişdirə biləcək real gücə malik strateji yol xəritəsidir.

Regional kontekstdə Xartiyanın yaratdığı rezonans qonşu dövlətlərin siyasətinə də təsirsiz ötüşməyəcək. Xüsusilə Azərbaycanın hərbi qüdrətinin artması və Qərb texnologiyalarına çıxış əldə etməsi regiondakı qüvvələr nisbətini tamamilə yenidən formalaşdırır. Vaşinqtonun Bakı ilə tərəfdaşlığa verdiyi önəm bəzi qonşu ölkələrin Azərbaycana qarşı təzyiq cəhdlərini neytrallaşdırmaq gücünə malikdir. Sənəd rəsmi Bakının çoxvektorlu xarici siyasətinin uğurunu sübut edir. Azərbaycan milli maraqlarına zərər gətirmədən həm regional qonşuları, həm də qlobal güclərlə balanslaşdırılmış münasibətlər qura bilir. Xartiyanın icrası zamanı tərəflər arasında yaranacaq işçi qrupları və komissiyalar əməkdaşlığın konkret sahələr üzrə detallarını işləyib hazırlayacaqlar.

Strateji Tərəfdaşlıq Xartiyasının üçüncü bölməsində təsbit olunan müddəaların reallaşması nəticəsində Cənubi Qafqazda təhlükəsizlik mühiti daha proqnozlaşdırıla bilən olacaq, kənar müdaxilələrin təsiri minimuma enəcək. Antiterror sahəsindəki əməkdaşlığın genişlənməsi regionun tranzit potensialının təhlükəsizliyini təmin edəcək və Şərq–Qərb nəqliyyat dəhlizinin səmərəliliyini artıracaq. Kibertəhlükəsizlik sahəsindəki tərəfdaşlıq isə dövlət qurumlarının və strateji obyektlərin elektron müdafiə sistemlərini ən müasir standartlara çatdıracaq.

Bu sənədin imzalanması Azərbaycan diplomatiyasının “qızıl dövrü”nün davamıdır. Təhlükəsizlik kimi həssas və strateji sahədə dünyanın supergücü ilə bərabərhüquqlu tərəfdaşlıq etmək hər dövlətə nəsib olmur. Göstərilən uğur İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasətin və ordumuzun qazandığı qələbələrin məntiqi davamıdır. Xartiyanın üçüncü bölməsi Azərbaycanın təhlükəsizlik çətirini genişləndirir və ölkəmizi qlobal təlatümlərdən qoruyan əlavə zireh rolunu oynayır. Gələcək nəsillər imzalanmış sənədi Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifələrindən biri kimi xatırlayacaqlar. Sözügedən tərəfdaşlıq təkcə bu günün tələblərinə cavab vermir, həm də gələcəyin çağırışlarına hazır olmağı təmin edir. Beləliklə, Vaşinqton və Bakı arasındakı strateji bağlar möhkəmləndikcə Cənubi Qafqazın təhlükəsizlik arxitekturası daha dayanıqlı və sarsılmaz olacaq.

Yusif ŞƏRİFZADƏ
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Fevral 2026 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see378

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see257

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see205

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see203

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see201

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see192

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see192

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see190

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see189

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see185

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri