Icma.az
close
up
RU
Tarixi sosial ədalət tələbi Deputatlardan səsləniş

Tarixi sosial ədalət tələbi Deputatlardan səsləniş

Icma.az, Ayna portalına istinadən məlumat verir.

Millət vəkillərindən vətəndaşların müraciətinə dəstək: “Problem qanunun tələb etdiyi formada həllini tapmalıdır”

Keçən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları - özəlləşdirmə payları (çeklər) əllərində qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu və problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər və bu yöndə hökumətə çağırışlar ünvanlayırlar.

Qeyd edək ki, dövlətin qiymətli kağızının tədavül müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər. Çek sahiblərinin deputatlara müraciətində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.

Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər: “Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”.

Çek sahibləri vurğulayırlar ki, son illərdə 40-a qədər deputat, yüzlərlə hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, ümumilikdə müxtəlif sahələr üzrə tanınmış şəxslər xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə, qalib Azərbaycanın qalib lideri, cənab Prezident İlham Əliyevə birbaşa çıxışı olan Milli Məclis üzvləri ölkə rəhbərinə məsələ barədə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib”.

“Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”, - deyə müraciətdə bildirilir.

Xatırladaq ki, ötən il özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanmışdı. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı müsbət qərar vermədi.

Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllinə yardımçı olmalarını xahiş edirlər. Müraciətə reaksiya verən millət vəkilləri əhalinin tələbini qanuni sayır və hökumətə, müvafiq qurumlara çağırışlar ünvanlayırlar ki, problem tezliklə və ədalətli şəkildə həll edilsin. Həmçinin, vətəndaşlara məsləhət görürlər ki, dələduzlara aldanaraq, əllərindəki özəlləşdirmə çeklərini dəyər-dəyməzinə “qara bazar”da satmasınlar.

(1-ci MÜRACİƏT, 2-ci MÜRACİƏT, 1-ci YAZI, 2-ci YAZI, 3-cü YAZI, 4-cü YAZI, 5-ci YAZI, 6-cı YAZI)

AYNA.AZ Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlanmış müraciətə deputatların münasibətini öyrənməyə davam edir.

Yeni Azərbaycan Partiyasından deputat İlham Məmmədov:

“Əvvəlcə onu bildirim ki, ötən əsrin sonlarında Ulu Öndər Heydər Əliyev tərəfindən çox mütərəqqi addım atıldı və hər bir vətəndaşın SSRİ-dan miras qalmış əmlakın özəlləşdirilməsində iştirakına şərait yaradıldı. Bu, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün atılan ən böyük addımlardan biri idi ki, Ümummilli Lider bu addımı atdı. Bu, çox ciddi bir fərman idi. Ölkə vətəndaşlarının da qarşısında geniş imkanlar açırdı. Sonrakı dövrdə özəlləşdirmə çeklərinin paylanılması tam şəffaf formada həyata keçirildi.

Amma görünən odur ki, ümumi proses tam da istənilən kimi həyata keçirilmədi. Bunun da müxtəlif səbəbləri var - maariflənmənin olmaması, bəzi işbazların bundan sui-istifadəsi və s.

İndi fakt odur ki, xeyli vətəndaşın əlində dövlətin qiymətli kağızı qiymətsiz halda qalıb. Onlar qiymətli kağızlarından istifadə edə bilmirlər. Hesab edirəm ki, məsələ hüququn tələb etdiyi formada həllini tapmalıdır. Lazımi qurumlar konkret qərar versə, məsələyə birdəfəlik yekun vursalar, yaxşı olardı. Həm iddia olunan hüquq pozuntusu aradan qaldırılardı, həm də illərdir problemi gündəmə gətirən çek sahibləri məsələnin birdəfəlik həllinin şahidi olardılar. Bütün hallarda, hesab edirəm ki, vətəndaşın hüququ bərpa olunmalıdır”.

Yeni Azərbaycan Partiyasından deputat Əziz Ələkbərov:

“Açığını deyim ki, məsələ ilə tam tanış deyiləm. Bizə də müraciətlər edilib və hesab edirəm ki, problem varsa, bu, aradan qaldırılmalıdır. Özəlləşdirmə prosesində iştirak edə bilməyən, dövlətin ona verdiyi qiymətli kağızdan faydalana bilməyən vətəndaşların məsələsinə baxılmalıdır, problemə həssas yanaşma sərgilənməlidir. Çekləri əllərində qalan insanlar hüquqlarının pozulduğunu iddia edirlər və haqlılıq payları da az deyil. Düşünürəm ki, bu haqların bərpası istiqamətində addımın atılması vacibdir.

Məhkəmələr, aidiyyəti dövlət qurumları özəlləşdirmə paylarından istifadə etməyən, yaxud da edə bilməyən insanların tələblərinə biganə qalmamalıdır. Mən belə başa düşürəm ki, qanunda da ziddiyyətli məqamlar mövcdur. Əgər belə məqamlar varsa, buna da aydınlıq gətirilməlidir.

Hesab edirəm ki, məsələ hüquqi şəkildə həllini tapmalı və problemə nöqtə qoyulmalıdır. Çek sahiblərinin narazılığının aradan qaldırılması üçün konkret addımın atılması vacibdir. Mən deyə bilmərəm konkret hansı formada həll edilməlidir, mexanizm nədir. Hər halda hökumətdə mütəxəssislər, ekspertlər var və onlar bunu yoluna qoymağın mexanizmini tapa bilərlər”.

Yeni Azərbaycan Partiyasından deputat Sevinc Fətəliyeva:

“Düzünü deyim ki, məsələ ilə dərindən tanış deyiləm. Qanun çek sahibi olan vətəndaşların tərəfindədirsə, o zaman qanunauyğun addım atılmasını istərdim. Özəlləşdirmə çekləri əlində qalan vətəndaşların taleyinə aydınlıq gətirilməlidir.

Onlar iddia edirlər ki, dövlətin ayırmış olduğu imtiyazdan istifadə hüququndan məhrum olublar. Hökumət isə bildirir ki, bundan istifadə üçün həmin vətəndaşların zamanları olub. Bir qədər ziddiyyətlər var ki, bu ziddiyyətlərə aydınlıq gətirilməsi, problemin yoluna qoyulması lazımdır. Nəhayət, bu məsələ məntiqi yekununa qovuşmalı, çekləri əlində qalan vətəndaşlarla bağlı qərar verilməlidir”.

Vətəndaş Həmrəyliyi Partiyasından deputat Tənzilə Rüstəmxanlı:

“Bilirəm ki, illərdir əllərində çekləri qalmış, dövlətin qiymətli kağızlarından istifadə edə bilməyən, özəlləşdirmədə iştirak edə bilməyən vətəndaşlar hüquqlarının bərpasını tələb edirlər. Məlumdur ki, 2011-ci ildən özəlləşdirmə çeklərinin tədavül müddəti başa çatıb. Dövlət iddia edə bilər ki, “bir neçə dəfə çeklərin tədavül müddəti artırılıb, çek sahibləri bundan istifadə edə bilməyiblərsə, günah özlərindədir”.

Bəli, vətəndaşlar bundan istifadə edə bilərdilər. Amma məsələnin digər tərəfi də var – çeklərin üzərində müddət göstərilməyib. Bəzi vətəndaşlar buna uyğun olaraq çeklərini saxlayıblar. İnanıblar ki, dövlətin verdiyi qiymətli kağız qiymətsiz hala gələ bilməz. Düşünürəm ki, bu uyğunsuzluğa aydınlıq gətirilməsi yaxşı olardı. Yəni çeklərin istifadə müddəti qeyri-məhdud göstəririlibsə, hansı səbəbdən tədavül müddəti başa çatmış elan edilib?

Məncə, illərdir haqlarının bərpasını tələb edən, hökumət idarələrinə müraciətlər edən həmin vətəndaşların haqları pozulubsa, bunun bərpası son dərəcə vacibdir. Qiymətli kağızlarından hansısa səbəbdən istifadə etməyən, edə bilməyən insanlarımızın bundan istifadə edə bilməsinə şərait yaradılmalıdır”.

Bitərəf deputat Rizvan Nəbiyev:

“Zamanında bu çeklərin vətəndaşlara paylanması dövrün tələbi idi. Ulu Öndər Heydər Əliyev o dövr üçün ən doğru qərarlarından birini verdi və bütün vətəndaşların özəlləşdirmədə iştirakına şərait yaratdı. Ölkəmiz yenicə müstəqillik əldə edirdi və SSRİ-dən qalmış dövlət əmlakı vətəndaşlar arasında bərabər bölünməliydi ki, Ümummilli Lider bununla bağlı tarixi fərman verdi.

Özəlləşdirmə prosesi aparıldı, sonradan çeklərin tədavül müddəti bir neçə dəfə artırıldı. Bundan istifadə edə bilməyən vətəndaşlarımız var ki, onlar indi dövlətin qiymətli kağızının qiymətsiz hala gəlməsindən narazıdırlar. Onlar tələb edirlər ki, çeklərindən istifadə etmələrinə şərait yaradılmalıdır.

Hər iki tərəfin haqlı səbəbləri ola bilər – vətəndaşların da, hökumətin də. Mən bu səbəblərə toxunmaq istəmirəm. Sadəcə Azərbaycan inkişaf etməkdə olan ölkədir, vətəndaşlara qayğı göstərilir, vətəndaşların hüquqları qorunur. Bu baxımdan, çeklər məsələsi ilə bağlı da məsələyə aydınlıq gətirilməsi lazımdır. Hansısa şəkildə problemin aradan qaldırılması yaxşı olar. Ya dəymiş zərər kompensasiya edilə bilər, ya da növbəti özəlləşdirmə prosesində pay sahiblərinin iştirakına şərait yaradıla bilər”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://ayna.az
archiveBu xəbər 15 Dekabr 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri