Icma.az
close
up
RU
Paytaxtın aynasına çevrilmiş mətbu nəşr

Paytaxtın aynasına çevrilmiş mətbu nəşr

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

“Bakı–Baku” axşam qəzetinin ilk nömrəsinin çapından 67 il ötür
“Bakı” axşam qəzeti fəaliyyətə başlayana qədər görkəmli jurnalist və alim Nəsir İmanquliyev “Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “Döyüşən Krım” qəzetlərində, Bakı Şəhər Soveti İcraiyyə Komitəsində, Azərbaycan KP Mərkəzi Komitədə, Radioinformasiya Baş İdarəsində, Dövlət Radio və Televiziya Verilişləri Komitəsində məsul vəzifələrdə çalışmışdı.   Buna görə də onun rəhbərliyi ilə 1958-ci il yanvarın 10-da işıq üzü görən, 35 min tirajla nəşrə başlayan “Bakı– Baku” milli mətbuat tariximizə özünün səsi, nəfəsi, dəst-xətti ilə yazıldı. 
Az müddətdə hadisələrə münasibəti, ictimai-siyasi və mədəni mühitdə baş verən olayları çevik əks etdirməsi “Bakı”nı təkcə bakılıların deyil, bütün respublikanın sevimlisinə çevirdi. Bu qəzetin səhifələrində ilk dəfə idman şərhləri, beynəlxalq  vəziyyətə münasibət, rəsmi və qeyri-rəsmi tədbirlərdən birbaşa reportajlar yer aldı. Ana dilinin bütün incəlikləri ilə işıq üzü görən, orfoqrafiya və orfoepiya qaydalarına əməl edən, sözü müxtəlif çalarlarda oxucuya təqdim edən, ona baş yazarının redaktə üslubunu gətirən “Bakı” qəzeti davamlı ədəbiyyat səhifələri ilə də tez bir zamanda şöhrətlənməyə başladı. 
“Bakı” dövrünün məşhur qələm sahiblərinin ədəbiyyatda, poeziyada, incəsənətdə, mədəniyyətdə, elmdə öz sözünü deməyə cəhd edən gənclərin  tribunasına çevrildi. Burada Azərbaycan bədii söz sənətinin bütöv nəsli yetişdi. Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Cabir Novruz, Gülhüseyn Hüseynoğlu, Nüsrət Kəsəmənli və onlarca  digər söz ustaları bu sıradadırlar. 
“Bakı” qəzetinin daimi oxucusu kimi, mən də Rəsul Rzanın, Mir Cəlalın, Hüseyn Abbaszadənin, İsmayıl Şıxlının,  Həsən Seyidbəylinin, Balaş Azəroğlunun, Qılman İlkinin, Qabilin, Vidadi Babanlının, Anarın, Elçinin hələ kitab səhifəsinə çıxmamış əsərlərini isti-isti “Bakı” qəzetindən oxumuşam. “Ardı var” sonluğu ilə çap olunan roman və povestlərin baş qəhrəmanlarının taleyini öyrənmək üçün axşama qədər səbirsizlənirdim. Qəzet köşklərinin önündə növbələrə dayanırdım.
Onu da qeyd edək ki, “Bakı”nın məşhur olduğu dövrlərdə 150–200 min tirajla çap olunan, digər mətbu nəşrlərin önündə gedən qəzetlər var idi: “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Bakinski raboçi”, “Vışka”. Amma sovet mətbuatının bütün çalarlarını, qayda-qanunlarını özündə yaşadan bu qəzetlərdən fərqli olaraq, “Bakı” özünün dəst-xətti, hadisələrə münasibəti, sənəti, mədəniyyəti himayə etmək məharəti ilə milli mətbuatımızın populyar nəşrinə çevrilmişdi.
Bu gün Qafqazın mədəni-siyasi mərkəzinə çevrilən, Şərqlə Qərbi TRASEKA, TASİS proqramlarında, İpək Yolu, Orta Dəhliz layihəsində bir-birinə qovuşduran Bakının 1960–70-ci illəri elmi-texniki tərəqqinin, tikinti-quruculuğun yüksəlişi dövrü idi. O zaman Nəsir müəllim radionu “Bakı” qəzetinə dəyişərək, sevgili peşəsinin dalınca getdi. Tale onu jurnalistika, özü də məhz qəzet jurnalistikası üçün xəlq etmişdi.
Düz 30 il dəyişməyən bir ünvanda onu qələmdaşları və oxucuları ilə mənalı  görüşlər, milli mətbuatımızın parlaq səhifələrini yazmaq amalı müşayiət edib. Düz 30 il  sərasər ürəyini sevdiyi işə verib, sinəsini dəftər, əlini qələm edib. Beləcə  axşam görüşlərini səhərlər sözə köçürüb, söz adamlarından ibarət böyük bir komandanın faydalı iş əmsalını artırmağa və qəzeti oxucuların sevimlisinə çevirməyə nail olub.  Görünür, Tanrı Nəsir müəllimin taleyinin bu üzünü də səxavətli, rəğbətli çağlarında xəlq etmişdi...
Yarım əsrdən çox pedaqoji fəaliyyətini üst-üstə yığsaq, Nəsir müəllimdən 5 mindən çox tələbənin dərs aldığı bəlli olar. Eyni zamanda, ömrünün 30 ilini iki dildə nəşr olunan qəzetə həsr edən Nəsir müəllimin, azı, 5 milyon oxucusu olub. Çünki onun ruhunun işığı olan “Bakı”nın auditoriyası Azərbaycan boyda idi. Və bu auditoriya üçün nə rəsmi dairələrin sərəncamı, nə tikinti-quraşdırma işləri, nə də tədris planı lazım idi. Onun ünvanı duyan qəlblər, görən gözlər, qərar çıxaran beyinlər idi.
Nəsir müəllimin “Bakı”sı, sözün gerçək mənasında, paytaxtın güzgüsü idi. O aynada özünü əyri görən də, düz tapan da var idi. Bu, məsələnin zahiri tərəfi idi. Batində isə “Bakı” mənəvi dəyərlərin cilalandığı, arınıb durulduğu, pisin yaxşıdan, kamilin cahildən seçildiyi bir dünya idi. 
Bu səbəbdəndir ki, üstündən 67 il ötəndən sonra belə “Bakı” elektron versiyada, onlayn formada (özü də Azərbaycan, rus və ingilis dillərində) varlığını qoruyur, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi informasiya qurumlarından biri kimi oxucuların görüşünə gəlir, şəhər həyatına yenə ayna tutur.   “Bakı” və “Baku” qəzetlərinin redaksiyasında keçən illər Nəsir müəllimin çoxillik zəngin və şərəfli tərcümeyi-halının parlaq səhifələrini təşkil edib.   
Sonda Nəsir İmanquliyevin Bakıda paytaxt qəzeti yaradılması ilə bağlı xatirəsini oxuculara təqdim edirik. 

Şərəf CƏLİLLİ,
yazıçı-publisist

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Yanvar 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri