Icma.az
close
up
RU
Tarixi yanlışlıq: Əbu Müslüm məscidi harada və nə zaman inşa edilib?

Tarixi yanlışlıq: Əbu Müslüm məscidi harada və nə zaman inşa edilib?

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Quba rayonunun Qrız kəndində yerləşən Əbu Müslüm məscidi baxımsızlıq ucbatından dağılıb.

Bakıvaxtı.az-ın araşdırmasına görə, adıçəkilən məscidin yerləşdiyi ərazi və tarixi haqqında məlumatlar dövlət reyestrində yanlış göstərilib.

Elnur Nəciyev, tarixçi alim

Bunu tarixçi alim Elnur Nəciyev də saytımıza təsdiqləyib. Onun sözlərinə görə, məscid VIII əsrdə inşa edilsə də, reyestrdə XIX əsr kimi qeyd olunub:

“Əbu Müslüm məscidi (4664 inventar nömrəli) Qubanın Qrız kəndində yerləşir, amma reyestrdə Qıpıt kəndi göstərilir. Qubada “Qıpıt” adlı kənd yoxdur. Qrızı yerli əhali “Qrits” adlandırır. Diqqət etsəniz, görəcəksiniz ki, Baba dilim baba türbəsinin (4663 inventar nömrəli) yerləşdiyi ünvan da səhv göstərilib, “Haput kəndi” əvəzinə “Qıpıt kəndi” yazılıb”.

Fariz Hüseynli, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi

Məsələ ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, Qrız kəndindəki məscid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət reyestrində yer alır.

Onun sözlərinə görə, sözügedən abidənin inşa tarixi 2001-ci ildə təsdiqlənmiş reyestr sənədində mütəxəssislərin rəyinə əsasən XIX əsr olaraq göstərilib. Hazırda qüvvədə olan hüquqi sənəd də həmin reyestr olduğu üçün oradakı məlumatlar əsas götürülür.

F.Hüseynli qeyd edib ki, reyestrdə bəzi abidələrin tarixi və ünvanları ilə bağlı uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən Mədəniyyət Nazirliyi nəzdində Daşınmaz Mədəni Sərvətlərin Müəyyən Edilməsi üzrə Ekspert Şurası yaradılıb və siyahının yenilənməsi prosesi davam etdirilir. Dəyişikliklər zamanı tarix, ad və ünvanlarda olan yanlışlıqlara da düzəliş ediləcək.

"Qrız kəndindəki məscidin memarlıq xüsusiyyətləri - həcmi, quruluşu və istifadə edilən inşaat materialları - onun XIX əsrdə inşa olunduğunu göstərir. Bununla belə, əgər məscidin daha əvvəlki dövrə aid olduğunu təsdiqləyən arxiv sənədləri və elmi araşdırmalar təqdim olunarsa, məsələ yenidən dəyərləndirilə bilər",- deyə Fariz Hüseynli vurğulayıb.

Nuriyyə Musayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 05 May 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri