Icma.az
close
up
RU
Tarixi yanlışlıq

Tarixi yanlışlıq

Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


İbrahim ƏLİYEV
Azərbaycanın mədəni irsinin müasir problemlərindən danışarkən bir sıra məqamları xüsusi qeyd etməyə ehtiyac duyuram. Bu günlərdə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndinə məxsus “Nejəfxan” qəbiristanlığında mövcud olan qədim türbənin qarşısında yerləşdirilmiş lövhədə verilmiş məlumat həmin kənd sakinlərinin haqlı narazılığına səbəb olub.

Həmin məlumatı yerləşdirənlərin xoş niyyətinə şübhə etmədən bildirmək istəyirəm ki, orada buraxılmış kobud səhv insanları narahat etməyə bilməzdi. Düşünürəm ki, belə bir məlumatın yerləşdirilməsi zamanı onun yoxlanılmasına, mütəxəssislərlə razılaşdırılmasına ehtiyac var idi. Yoxlanılmamış, həqiqətə uyğun olmayan məlumatların heç bir təsdiqləyici əsası olmadan son nəticə kimi təqdim edilməsi əks-effekt verə bilər.
Qeyd edim ki, həmin lövhədə verilən informasiya reallığı əks etdirmir. Əvvəla, lövhədə qəbiristanlığın məxsus olduğu kəndin adı çəkilmir, hansısa qeyri-müəyyən bir qəbiristanlıq haqqında söhbət gedir. Unutmaq olmaz ki, qəbiristanlıq tarixi və mədəni mənsubluq nöqteyi- nəzərindən məxsus olduğu kəndin, obanın, tayfanın bir növ pasportu funksiyasını daşıyır.
Yuxarı Əbdürrəhmanlı kəndinin yeganə qəbiristanlığı “Nejəfxan”dır və bu fakt şübhə doğurmur. Kəndin öz qəbiristanlığından bir qədər aralı düşməsi isə bir sıra tarixi hadisələrlə bağlıdır, orada yaşayan insanlar bu tarixi yaxşı bilirlər.
Kənd əvvəllər qəbiristanlığın yanında yerləşsə də, sonra orada mövcud olmuş “Nejəfxan” bağı və kəhrizi erməni işğalı dövründə dağıdılıb. Kənd bu ərazidən xeyli kənara köçsə də, sakinlər vəfat etmiş əzizlərini son vaxta qədər burada dəfn ediblər.

Qeyd olunduğu kimi, lövhədə qəbiristanlığın məxsus olduğu kəndin adı çəkilmir. Düzdür, türbənin dövlət tərəfindən qeydiyyat sənədində 4213 inventar kimi Qarğabazar kəndi ərazisində olduğu yazılır. Bunun isə səbəbi Sovet hakimiyyəti dövründə kəndlər arasında inzibati bölgüdə oranın həmin kəndin ərazisinə aid olmasıdır. Lakin bu fakt bu qəbiristanlığın Yuxarı Əbdürrəhmanlı kədinə aid olmaması anlamına gəlmir.
Mədəniyyət nazirliyinin mədəni irs siyahısında türbənin tarixi XVIII əsr göstərilir. Lövhədə isə qəribə bir tarix qeyd edilib - 1886-1990.
Əbdürrənmalı kəndi Qarabağda yaşayan Bayat tayfalarına məxsus nüfuzlu bir nəslin məkanıdır. Haqqında söhbət gedən türbə bu tayfanın nüfuzlu əsilzadələrindən birinə məxsusdur. Əlbəttə, bu faktların bir daha dərindən araşdırılmasına və təsdiqinə ehtiyac vardır. Lakin onun Əbdürrəhman bəyə məxsus olduğu güman edilir.
Türbəni tikənlərin giriş qapısı üstündə onun gələcəkdə təmiri üçün müəyyən miqdarda qızıl vəsait yerləşdirməsi haqqında rəvayət vardır. Onun üzərində isə bu vəsait haqqında gizli və qısa məlumat, orada dəfn edilənlərlə bağlı qeydlər olub. Sonradan həmin yazının uçqunlar nəticəsində üzə çıxdığı və buna görə də qarətə məruz qaldığını söyləyirdilər. Güman olunur ki, gizlədilmiş xəzinənin türbənin üstündə yerləşdirilməsi onun sonradan dağıdılmasında rol oynayıb.
Türbənin adı barədə bir neçə kəlmə:
Türbə, lövhədə “Cəlil türbəsi” kimi təqdim edilir. Aparılan axtarışlarda bu adın olmasına dəlalət edən heç bir mənbəyə rast gəlmədim. Çox güman ki, bu da kiminsə fantaziyasının nəticəsidir. Bu ad vikipediya səhifəsinə düşüb, oradan da yanlışlıqlara yol açılıb. Özünə hörmət edən tədqiqatçı yoxlanmamış, təsdiq edilməmiş məlumatla “həqiqətin son həddi kimi” bu və ya digər abidəyə, yaşayış məkanına ad qoya bilməz. Çox təəssüflər olsun ki, bu sahədə son dövrlərdə boşluqlar müşahidə olunur. Qeyri-peşəkarlar bu və ya digər sahədə diletant fikirlər səsləndirirlər. Xüsusən belə hallar humanitar sahələrdə - tarix, mədəniyyət, ədəbiyyat sahələrində müşahidə olunur. Hesab edirəm ki, həmin lövhədə faktlar dəqiqləşdirilməli, mütəxəssislərlə məsləhətləşmələr yolu ilə təsdiqlənməlidir.
Gəlin tartiximizə, mədəniyyətimizə, mədəni irsimizə məsuliyyətlə yanaşaq.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://reyting.az
archiveBu xəbər 26 İyun 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri