Icma.az
close
up
RU
Müslüm Maqomayevi xatırlarkən...

Müslüm Maqomayevi xatırlarkən...

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizim nəsil Müslüm Maqomayevin səsini kəşf edəndə gənclik çağına yenicə qədəm qoymuşdu. Uşaqlıq, yeniyetməliyin yəqin ki, başımızı qatan oyunları, əyləncələri bu tanışlıqda bir qədər bizi ləngitmişdi. O zamanadək dinləməmiş deyildik Müslüm bəyi. Çünki o, hər an evlərimizdə idi. Lakin gözümüz gənclikdə daha çox açıldığından biz Müslüm Maqomayevin kim olduğunu elə o dövrdən anlamağa başlamışdıq. Çünki hər şeydən əvvəl televiziya ekranlarında yaraşıqlı bir adam görürdük. Bənzərsiz bir səsin fonunda isə fəqli bir insanı yaxından tanımış olurduq. Açığı bu insan bizə möcüzə kimi gəlirdi, desəm, daha çox yerinə düşər. Çünki onu həmişə səliqəli geyimdə, şux qamətdə, əzəmətli duruşda və heyranedici bariton səsinin sehri ilə qarşılayırdıq.

Bakılı gənc dünyanı fəth edir

Doğum günündə Müslüm Maqomayevin keçdiyi ömür yoluna nəzər salmaq elə onu anmaq, xatırlamaqdır. Bu səbəbdən də xatırlayaq ki, kiçik yaşlarından istedadı kəşf edilən bu gözəl bəstəkar-müğənni 1950-ci illərin axırlarında, yeniyetməlik və ilk gənclik illərində Bakı məhəllələrindən birindəki həyətlərində, dostlarının arasında oxuyardı.

Bakıda tayı-bərabəri olmayan bu bariton səsi eşidən hər kəs istər-istəməz ona diqqət kəsilər, bu səsin sehrindən çıxa bilməzdi. Artıq 15-16 yaşında tanınırdı, öz pərəstişkarları vardı. Onu klublarda, məktəblərdə, institutlarda, hətta Bakı bulvarında oxumağa dəvət edirdilər. O isə bu dəvətlərin heç birini cavabsız qoymazdı.

Gənc Müslümün nadir səsi, qeyri-adi istedadı təbii ki, Azərbaycanın musiqi ictimaiyyətinin diqqətini də cəlb etmişdi. Məşhur dirijor və bəstəkar Niyazi onu çox sevir, sənətdəki hər addımına göz qoyur, qayğısına qalırdı. Oxumaqdan yorulmayan Müslüm təcrübəli pedaqoqlardan dərs aldıqca səsi daha da cilalanır və gözəlləşir, tembri zənginləşirdi.

O, ilk rəsmi uğurunu 1962-ci ildə qazanır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına göndərilən Müslüm Bakıya medalla qayıdır. Populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc edir.

Qeyri-adi həyat yolu

Qeyri-adi uğurlara imza atan Müslüm Maqomayevin həyat və sənət yolu da qeyri-adi olmuşdur. 19 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlamışdı.

1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, İtaliyanın Milan şəhərindəki “La Skala” teatrında təcrübə keçmiş, Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlamışdır.

1966-cı ildə Parisin “Olimpiya” konsert salonunda ilk konsertini vermiş, 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmiş, 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını almışdır.

1975-ci ildə “Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri”nin bədii rəhbəri təyin edilmişdir. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı, Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər vermiş, 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanmışdır.

Keçmiş SSRİ-nin hər yerində çıxışlar etmiş, stadionlarda konsertlər vermiş, televiziya onun konsertlərinə geniş yer ayırmış, qrammofon valları böyük tirajla buraxılmışdır. Repertuarı hərtərəfli və olduqca genişdir. Populyar mahnılarla yanaşı, dünya hitlərini, klassik əsərləri, kinolara yazılmış mahnıları məharətlə səsləndirmişdir.

Azərbaycan Ali Sovetinin deputatı olmuş, bir sıra orden və medallarla təltif edilmişdir.

Ən böyük arzu və əsl Flqaro

Müslüm Maqomayevin ən böyük arzularından biri İtaliyada təhsil almaq olub. Nəhayət, həmin gün də gəlib yetişmiş və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən “La skala” teatrına təcrübə toplamağa göndərilmişdir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanmış, onlardan qiyabi olaraq vokal dərsləri almışdır. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.

Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıtmış və “Seviliya bərbəri” tamaşasında səhnəyə çıxmışdır. Görkəmli pianoçu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açmışdır. “Seviliya bərbəri” operasının hər tamaşası anşlaqla keçmiş və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılamışdır.

Müslüm Maqomayev Eldar Quliyevin filmlərinə musiqi yazmış, daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirmişdir. Belə ki, o, “İqor polku haqqında dastan” əsərinin motivləri əsasında hazırlanmış “Yaroslavna” tamaşasına musiqi bəstələmişdir. Özü həmin tamaşada knyaz İqor, Tamara Sinyavskaya isə Yaroslavna rolunu ifa etmişdir.

Tamara Sinyavskaya-Müslümün “Melodiya”sı

Nə qədər bacarıqlı, istedadlı, qabiliyyətli olursan, ol, istər kişi, istərsə də qadın olsun, gözəl həyatı ailə tamamlayır. Ailəsiz insan özünü həyatda tapa bilmir, sanki yarımçıq qalmış bir işin öhdəsindən gələ bilmir. Lakin ailə sanki uğurların da davamıdır. Həzin bir musiqidir, qulaq asdıqca doymadığını hiss etdiyin musiqi. Elə buna görə deyildimi Müslüm “Melodiya” mahnısını Tamara Sinyavskaya əsl sevgi nəğməsi olaraq həsr etmişdi.

Bir ömür bir-birini sevən, çətin gündə də, xoşbəxt günlərdə də sevinc və kədəri bölüşən bu iki insan həm də gözəl bir ailədə birləşib, onu 35 ilə çatdıra, ülvi hisslərini yaşada bilmişdilər. Bu insanları sevgi ilə yanaşı, həm də hörmət hissi bir-birinə bağlayırdı. Tamara xanımın dediyi kimi: Sevgidən, bağlılıqdan başqa, daha bir hiss var – dərin hörmət. Bax, əgər biz bir-birimizlə mübahisə etsək də, bu çox emosional, ucadan olur – amma 3 dəqiqəlik. Biz ayrı-ayrı otaqlara çəkilirik...və sonra çıxırıq: söhbət nədən gedirdi, yağışmı keçdi? Vəssalam. Mən Müslümə kişi mənşəyinə görə çox hörmət edirəm. O müdrikdir...Ümumi maraqlarımız çox idi. Xüsusən söhbət musiqidən, oxumadan gedəndə. Müslüm televizorla onda güclü emosiyalar yaradan kiminsə çıxışını görən kimi dərhal mənə deyirdi: “Sən bunu eşitdin?!”. Və “suallar və cavablar”, heyranlıq və ya hiddətlə dolu axşam başlayırdı. Müslüm çox emosional insan idi, lakin buna baxmayaraq bizim zövqlərimiz və rəylərimiz demək olar ki, hər zaman üst-üstə düşürdü. İndi bu əyləncəli dialoqları aparmaq üçün heç kim yoxdu...

Azərbaycan Mülüm Maqomayevi yaşadır, yaşadacaq

Bizim xalq qədirbilən xalqdır. Həm Müslüm Maqomayev, həm də onun kimi yüzlərlə istedad sahibi bu xalqın həm qəlbində, həm də maddi-mənəvi irsində yaşayır, yaşadılır, yaşadılacaq da.

Müslüm Maqomayev xalqımız tərəfindən də, dövlətimiz tərəfindən də lazımi dəyərini alıb. Onun haqqında filmlər çəkilib, yubileyləri təntənəli şəkildə, dövlət səviyyəsində qeyd olunub. Mükafatlarını isə saymaqla bitməz.

Müslüm Maqomayev Bakıda dəfn olunub. Ömrünün sonunadək Azərbaycanla birlikdə dünyanı gəzən bu bənzərsiz istedad sahibi ömrün son günü Vətəninin torpağında uyudu. Çünki xalqımızın belə bir qədim deyimi də var: gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı.

Və son-əlvida, ey Bakı…

Müslüm Maqomayevin Sergey Yeseninin sözlərinə bəstələdiyi və yalnız evindəki studiyada yazdırmağa macal tapdığı “Əlvida, ey Bakı” mahnısı onun sonuncu əsəri olub. Maraqlıdır, bu, bir təsadüf idimi, yoxsa həyatın gərdişimi?.. Nə üçün onun son əsəri məhz “Əlvida, ey Bakı” olub?

Həyat bəzən bizə elə töhfələr bəxş edir ki, onun nə olduğunu zamanla anlayırıq. Elə “Əlvida, ey Bakı” da həyatın Müslüm Maqomayevə töhfəsi olub. Bir ömür həyata töhfəsini verən sənətkara həyatın son töhfəsi. Bu töhfənin düşündürən cəhəti onun Bakı ilə, həm də vidalaşmaq kimi incə hisslərlə bağlı olmasıdır. Müslüm Maqomayev nə üçün musiqi bəstələmək üçün bu şeiri seçmişdi? Nə üçün “Əziz Bakı, əlvida! Son görüşdür, əlvida. Bir həyəcan, bir kədər könlümü etmiş Vətən. Ürəyim narahatdır bu ayrılıq çağında...” ifadələrinə musiqili nəfəs vermişdi? Bəlkə bu ifadələri elə ömrün son günü, son gün deyəcəyi söz kimi düşünürdü?..

Bu doğum günündə Müslüm Maqomayevi dəruni hisslərə anır, onu dərin hörmət və sayğı ilə xatırlayırıq. Çünki onu Bakıya əsla “əlvida” demiş sanmırıq. O, Bakıdadır, paytaxtdan bütün Azərbaycana yayılan nəğmələrindədir. Bu nəğmələr susmayacaq ki, Müslüm Maqomayev də unudula...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Avqust 2026 04:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri