Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Tarixin qurtuluş zirvəsi TƏHLİL

Tarixin qurtuluş zirvəsi TƏHLİL

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Azərbaycan xalqı tarixin müxtəlif dönəmlərində ziddiyyətli hadisələrlə, fəlakətli vəziyyətlərlə, ölüm-qalım sınaqları ilə üz-üzə qalıb, lakin heç zaman işıqlı sabaha, böyük Azərbaycan qurmağa olan mübarizəsindən əl çəkməyib. Əksinə, xalqımız üzləşdiyi sınaqlarla daha da mətnləşib, iradəli və qətiyyətli olub. Təəssüf hissi ilə onu vurğulamaq lazımdır ki, bəzən üzləşdiyimiz bəşəri faciələrin başlıca çatışmayan məqamı xalqın önündə getməyi və haqq mübarizəsində qalibiyyət yaşatmağı bacaran liderinin olmaması olub. Məhz lider problemi səbəbində 1918-ci il də qazanılan müstəqilliyin ömrü cəmi 23 ay çəkdi. Xalqımız müstəqilliyini itirsə də, yenidən toparlanmağı və dövlətçiliyini qurmaq mübarizəsini davam etdirməyə nail oldu. Nəhayət çətin, ağır mübarizə öz nəticəsini verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan xalqı yenidən müstəqil dövlətçiliyini qura bildi. Bu dəfə də xarici dövlətlərin kəşfiyyat orqanları AXC-Müsavat iqtidarının zəifliyindən, bacarıqsızlığından istifadə edərək qazanılan dövlət müstəqilliyini məhv etməyə cəhdlər göstərdilər. AXC-Müsavat iqtidarı mövcud ağır problemləri aradan qaldırmaq üçün xalqla birləşmək, xalqın çağırışlarını eşitmək əvəzinə küçələrə çıxıb etiraz səslərini qaldıran əhalinin üstünə güc strukturlarını göndərib, insanları əzməyə, döyməyə, həbsxanalara salmaq yolunu tutdular. Bu da xalqla hakimiyyət arasında uçurumu daha da dərinləşdirdi. Bu kimi ağır fəlakətli vəziyyətin fonunda ermənilər ardıcıl olaraq torpaqlarımızı işğal edirdi. Ölkədə xaos və anarxiya hökm sürürdü, müxtəlif silahlı qruplaşmaların evlərə daxil olub, soyğunçuluq etməli əhalinin sabaha olan inamını daha da sarsıtmışdır. Digər tərəfdən “sadvalçılar” “əlikramçılar” meydana çıxıb, ölkəni bölməyə cəhdlər göstərirdilər.

Ziyalılar Ulu Öndərə müraciət edərək, ondan dövləti məhv olmaqdan xilas etməyi xahiş etdi

Gəncədə törədilən qardaş qırğını hadisələrin kulminasiya nöqtəsi oldu. 1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr aparıldı. Gəncədə baş verən faciəvi vəziyyətə görə, məsuliyyət daşıyan AXC-müsavat iqtidarının əsas şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Məsuliyyətdən qaçmaq üçün digər hökumət və dövlət nümayəndələri də ardıcıl olaraq istefa verdilər. Ölkə başsız, xalq ümidsiz vəziyyətə düşmüşdür. Belə ağır dönəmdə xalq üzünü dahi oğlu, o zaman Naxçıvan Ali Məclisin Sədri olan Heydər Əliyevə tutdu, Ondan dövləti məhv olmaqdan xilas etməyi xahiş etdi. Xalqın adından çıxış edən böyük fəlakətlərin qarşısını almaq üçün 91 ziyalı 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Tarixi qəzet olan, daim Ulu Öndərimiz Heydər Əliyevin xalq və dövlət maraqlarına söykənən siyasətinin əsas təbliğatçısı və təqdimatçısı olan “Səs” qəzeti vasitəsi edilən müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.

Milli Qurtuluş tariximiz - 15 iyun

Ümummilli Lider Heydər Əliyev ziyalıların Ona ünvanlanan müraciətinə hörmət və rəğbət göstərdi. Çünki xalq və dövlətimiz çətin və ağır dövr yaşayırdı. Ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Ulu Öndərimiz Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.

Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi. Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Ulu Öndərin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Xalqın istəyinə və ozamankı Elçibəy hakimiyyətin israrlı xahişləri əsasında Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı və Azərbaycanı gözləyən dəhşətli hadisələrdən, faciələrdən xilas etdi. Ulu Öndərimiz Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

Ulu Öndər: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür”

Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı və qısa müddətdə sosial-iqtisadi sahədə inkişafa nail olması, silahlı birləşmələri ləğv etməsi, beynəlxalq aləmlə əlaqələrini inkişaf etdirməsi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə imkanlar yaratdı. Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə öz sevgisini, yüksək hörmət və etimadını 1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkilərində nümayiş etdirdi. Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi olan prezident seçkilərində Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildi. Dahi Öndərimiz Heydər Əliyevin seçkilərdə böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, Onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamından qaynaqlanırdı. Ulu Öndər 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki nitqində demişdir: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.

Verilən vədlər, qarşıya qoyulan vəzifələr layiqincə həyata keçirildi

1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış "Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına neftin daşınması həyata keçirildi. Ümummilli Lider Heydər Əliyevin müəllifliyi və rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açmışdır. Ümummilli Lider Heydər Əliyev 1999-cu ilin dekabrında Dövlət Neft Fondunu yaratmaqla əldə olunan gəlirin şəffaf və ədalətli bölünməsini təmin etdi. Bu gün Neft Fondunun aktivlərinin həcmi 50 milyard dollardan artıqdır. 1996-2003-cü illərdə ölkəmizdə bütün makroiqtisadi göstəricilər 2-3 dəfə artdı. Ölkədə 3000 yeni sənaye müəssisəsi yaradıldı. 1993-2003-cü illərdə Azərbaycan iqtisadiyyatına 20 milyard dollar investisiya qoyuldu. Həmin dövrdə ümumi daxili məhsul 22,3 dəfə artdı. Bütün sahələrdə islahatlar geniş miqyas aldı, ölkəmizin beynəlxalq nüfuzu durmadan artmağa başladı. Ulu Öndərin müdrik siyasəti sayəsində düşmənlərin aramsız təxribatlarına, pozuculuq əməllərinə baxmayaraq, Azərbaycandakı müxtəlif mədəniyyətlərin, fərqli dünyagörüşlərinin toqquşması baş vermədi, ölkəmizdə tolerantlıq başlıca meyar olaraq qaldı.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır

Ulu Öndər Heydər Əliyev iqtisadi inkişafı təmin etməklə yanaşı digər sahələrdə mühüm addımlar atdı, qərarlar imzaladı. Ulu Öndər dünya azərbaycanlılarını müstəqil Azərbaycan Respublikası ətrafında sıx birləşməsinə nail olmaq üçün Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdi və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında sərəncam imzaladı. 2001-ci ilin mayın 23-də imzalanan sərəncama əsasən həmin ilin noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının I qurultayı keçirilməsi diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan dövlətinə və xalqına qələbələr bəxş etməkdədir. 2003-cü ildən Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanı Dahi Öndərimiz Heydər Əliyev yolu ilə apararaq regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirib. Bu gün ölkəmiz sürətlə inkişaf edən iqtisadiyyatı, əlverişli geostrateji mövqeyi olan, həm də 30 il işğal altında olmuş torpaqlarını 44 günlük Vətən Müharibəsi ilə azad edən güclü və qüdrətli Azərbaycan dövlətidir. Qazanılan uğurlar, əldə olunan nailiyyətlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin çox böyük müdrikliklə apardığı siyasətinin bəhrəsidir. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

İLHAM ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 İyun 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri