Tarixlərində ilk dəfə DÇ 2026 ya vəsiqə qazandılar Heç kimin tanımadığı Kurasao millisi
Icma.az, Baku.ws saytına istinadən bildirir.
Kurasao milli futbol komandası ilk dəfə olaraq dünya çempionatına vəsiqə qazanaraq futbol tarixində önəmli hadisəyə imza atıb.
BAKU.WS-in məlumatına görə, Karib dənizində yerləşən ada dövləti olan Kurasao bu uğuru ilə əhalisinə görə mundialda iştirak edəcək ən kiçik ölkələrdən biri kimi tarixə düşüb.
Məlumata görə, komanda 2011-ci ildən etibarən FIFA tərəfindən müstəqil şəkildə tanınır. Bundan əvvəl futbol yığması Niderland Antilları adı altında çıxış edirdi.
Komandanın uğurunda Avropa klublarında yetişmiş legionerlərin də böyük rolu var. Yığmanın heyətində Hollandiya məktəbinin yetirmələri çoxluq təşkil edir. Məşqçi korpusuna vaxtilə dünya futbolunda tanınmış mütəxəssislərdən olan Dik Advokat kimi adların rəhbərlik etməsi də komandanın güclənməsinə səbəb olub.
Son illərdə Kurasao CONCACAF zonasında stabil çıxışı ilə diqqət çəkib, o cümlədən "Gold Cup" turnirində uğurlu nəticələr əldə edib. Futbol infrastrukturunun inkişafı da sürətlənib – ölkədə yeni turnirlər və liqalar təsis olunur. "Willemstad" şəhərindəki Ergilio Hato stadionu isə milli komandanın oyunlarına ev sahibliyi edir.
Kurasao yığmasının dünya çempionatına yüksəlməsi "balaca ölkənin böyük uğuru" kimi dəyərləndirilir və futbol dairələrində sensasiya hesab olunur. Mütəxəssislər komandanın sürətli yüksəlişinin davam edəcəyi təqdirdə mundialda da maraqlı çıxış edə biləcəyini istisna etmirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 19 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















