“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc 4 sutkalıq həbs olundu
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakının mərkəzində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonunun Nigar Rəfibəyli küçəsində - Fəvvarələr Meydanının yaxınlığında müvafiq icazəsi və sənədləri olmadan küçədə fotoqraflıq edən 2001-ci il təvəllüdlü F.Kərimov (şərti) saxlanılıb. Bu zaman onun aqressiv reaksiyalar verərək müqavimət göstərdiyi, uca səslə söyüş söyərək tabesizlik etdiyi bildirilib.
İctimai asayişi pozan şəxs barəsində Səbail RPİ-nin 9-cu Polis Bölməsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Səbail Rayon Məhkəməsində keçirilən iclasda 24 yaşlı fotoqraf küçə ticarəti üçün müvafiq icazə alınmalı olduğunu bilmədiyini deyib və ictimai asayişi pozduğuna görə peşman olduğunu bildirib.
Məhkəmə onu xırda xuliqanlıq əməlində təqsirli bilərək 4 sutkalıq inzibati həbs verib.
Aslan Vəliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 14 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















