“Tarqovu”da hoteldə ölən şəxs diaspor rəhbəri imiş Foto
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi, Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ölən şəxs Rusiyanın Krasnodar əyalətində fəaliyyət göstərən diaspor rəhbəri Cəmil Əliyevdir.
Ailə üzvlərindən saytımıza bildirilib ki, mərhum həmin bölgədə vəkillik fəaliyyəti ilə də məşğul olub:
“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.
Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 28 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















