Bakının mərkəzində hoteldə ölən VƏZİFƏLİ ŞƏXS İMİŞ FOTO
Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakının mərkəzində yerləşən hotellərin birində meyit aşkarlanıb. Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, ölən şəxs Rusiyanın Krasnodar vilayətinin diaspor rəhbəri, həmçinin, orada fəaliyyət göstərən Soçi Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Cəmil Əliyevdir.
Diaspor sədri Dünya Azərbaycanlılarının II, III, IV, V Qurultaylarında iştirak edib. Krasnodar rəhbərliyi tərəfindən cəmiyyətin həyatında fəal iştirakına görə dövlət mükafatları ilə təltif olunub. Həmçinin 2022-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalla təltif edilib.
Ailə üzvləri saytımıza bildirilib ki, mərhum Krasnodar Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyət göstərib:
“Son vaxtlar işlə bağlı tez-tez Azərbaycana səfər edirdi. Sonuncu səfəri zamanı isə Bakının “Tarqovu” ərazisindəki hotellərdən birində ürək çatışmazlığından vəfat edib”.
Xatırladaq ki, Rusiya vətəndaşı 1968-ci il təvəllüdlü Cəmil Paşa oğlu Əliyevin meyiti “Tarqovu” məhəllə adlanan ərazidə Tərlan Əliyarbəyov küçəsində yerləşən hoteldəki otaqda tapılıb. Onun üzərində hər hansı xəsarət aşkarlanmayıb.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub 52
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 Yanvar 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















