Icma.az
close
up
RU
Taxıl diplomatiyası: Ermənistan Rusiyanın “qırmızı xətti”ni keçəcək?

Taxıl diplomatiyası: Ermənistan Rusiyanın “qırmızı xətti”ni keçəcək?

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan Rusiyadan taxıl almaqdan heç vaxt imtina etməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan parlamentdə bildirib.

Paşinyan qeyd edib ki, bunu rəsmən bəyan etməkdən çəkinmir. Baş nazir bununla belə, onu da qeyd edib ki, Ermənistan bazarda daha kimin taxıl satdığını görməkdən heç vaxt imtina etməyəcək.

Qeyd edək ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuata açıqlamasında bildirilib ki, Ermənistan hakimiyyəti Rusiyadan "qopmaq" və Rusiya taxılından Ukrayna taxılının xeyrinə imtina etmək istəyir:

"Lakin problem budur: Ukrayna taxılı iki dəfədən çox bahadır".

Açıqlamada iddia olunub ki, Ermənistan əlavə xərcləri Avropa İttifaqına ödəməyi təklif edib. Aİ rəhbərliyi, xüsusən də Fransa Xarici İşlər Nazirliyi təklifə çaşqınlıqla reaksiya verib. Xidmət iddia edib ki, Aİ büdcələri boşdur, çünki birlik "özünü sosial-iqtisadi böhranın astanasına atıb". Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 6 noyabrda Rusiya Ermənistana 1000 ton buğda çatdırıb. Nazirlik bildirib ki, 2026-cı ilin yanvar ayının sonuna qədər Rusiya Gürcüstan və Azərbaycan vasitəsilə Ermənistana daha 132 vaqon buğda göndərməyi planlaşdırır.

Deputat Tural Gəncəliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Rusiya və Ermənistan arasında münasibətlərin gərginləşməsi görüntüsü yaradılır.

Onun sözlərinə görə, taxıl məsələsi tərəflərin iqtisadi-ticarət dövriyyəsinin hansı müstəvidə olmasından xəbər verir:

"Ermənistan indiyə kimi taxılı Rusiyadan alıb. Ancaq indi informasiyalar dolaşır ki, guya Ermənistan Ukrayna taxılını məhz Rusiyanın dondurulmuş aktivləri hesabına əldə etmək istəyir. Digər yandan isə Moskva və İrəvan arasında Zəngəzur dəhlizinə dair mürəkkəb bəyanatlar səsləndirilir ki, bu da Kremlin xeyrinə aparılan kampaniya mahiyyəti daşıyır. Əgər Ermənistan həqiqətən Rusiya ilə qarşıdurmadadırsa, onda nəyə görə, Zəngəzur dəhlizi ilə bağlı Moskvanın əlini gücləndirən açıqlamaları gündəmə gətirir? Çünki dəhliz ətrafında prosesin mürəkkəbləşməsi indiki halda ancaq Rusiyanın faydasınadır".

Tural Gəncəliyev: Moskva və İrəvan arasında Zəngəzur dəhlizinə dair mürəkkəb bəyanatlar səsləndirilir ki, bu da...

Müsahibimiz qeyd edib ki, ola bilər Rusiya və Ermənistan arasında razılaşdırılmış aldadıcı gedişlər, manevrlər var:

"İnanmıram ki, İrəvan dondurulmuş Rusiya aktivləri hesabına Ukrayna taxılını almağa razı olsun. Çünki bu məsələ Rusiyanın "qırmızı xətti"dir. Avropa ölkələri belə Rusiyanın dondurulmuş aktivlərini istifadə etməkdən çəkinirlər”.

“Gələcəkdə Rusiya ilə NATO, yaxud Avropa İttifaqı arasında anlaşma əldə olunarsa, dondurulmuş aktivlərin ödənilməsi onu xərcləyən ölkələrin üzərinə qoyulacaq. Ermənistan buna getməz", - deyə Tural Gəncəliyev vurğulayıb.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 Noyabr 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see199

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see148

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see131

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri