Icma.az
close
up
RU
Menu

Süni intellektlə bağlı fətva veriləcək?

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

675 nəfər narkotik asılılığından müalicə alır

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

57 yaşlı Ceylodan cazibədar Fotolar

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

Tbilisidə etirazlar, Brüsseldə sanksiyalar

Tbilisidə etirazlar, Brüsseldə sanksiyalar

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Lakin Gürcüstan Avropaya inteqrasiyaya qarşı deyil

Gürcüstanda siyasi gərginlik artıq küçələrdə keçirilən etiraz aksiyaları ilə məhdudlaşmır. Tbilisidə davam edən fasiləsiz aksiyalar, hakimiyyətlə müxalifət arasındakı siyasi qarşıdurma və Avropa İttifaqının yeni qərarları ölkəni həm daxili sabitlik, həm də xarici siyasət istiqaməti baxımından mürəkkəb mərhələyə gətirib.

Son hadisələr göstərir ki, Gürcüstanda baş verən proseslər təkcə hüquqi və ya daxili siyasi mübahisə çərçivəsində qalmayıb. Ölkə daxilindəki qarşıdurma getdikcə daha geniş geosiyasi məna qazanaraq, Gürcüstanın gələcək inkişaf modeli, xarici siyasət seçimi və regional mövqeyi uğrunda mübarizənin bir hissəsinə çevrilir.

Tbilisi Şəhər Şurasının binası qarşısında keçirilən növbəti etiraz aksiyası da daxili gərginliyin növbəti göstəricisidir. Aksiya zamanı 10 nəfər saxlanılıb. Etirazçılar hakim “Gürcü arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin ünvanına sərt məzmunlu banner və plakatlar nümayiş etdirib, müxtəlif şüarlar səsləndiriblər.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılan şəxslər ictimai asayişi pozub, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və müqavimət göstəriblər. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmama maddələri üzrə qərarlar qəbul edilib.

Amma bu hadisə yalnız hüquq-mühafizə tədbiri kimi qiymətləndirilmir. Son saxlanılmalar Gürcüstanda uzun müddətdir davam edən siyasi qarşıdurmanın davam etdiyini göstərir. Hazırkı etiraz dalğası 2024-cü ilin noyabrında Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilin sonuna qədər dayandıracağını açıqlamasından sonra başlayıb. Etirazçıların fikrincə, bu qərar Gürcüstanın Avropa inteqrasiyası yolundan uzaqlaşması deməkdir. Onlar Aİ ilə prosesin bərpasını, növbədənkənar parlament seçkilərinin keçirilməsini və aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Bununla yanaşı, 2024-cü il parlament seçkilərinin nəticələri də ölkədəki siyasi qarşıdurmanın əsas səbəblərindən biri olaraq qalır. Müxalifət və vətəndaş cəmiyyətinin bir hissəsi seçkilərin nəticələrini legitim saymır, seçki prosesində pozuntular olduğunu iddia edir və yeni seçkilərin keçirilməsini tələb edir. İqtidardakı “Gürcü arzusu” partiyası isə ittihamları rədd edir. Rəsmi Tbilisinin mövqeyinə görə, seçkilər qanunvericiliyə uyğun keçirilib və hakimiyyət xalqın iradəsi əsasında formalaşıb. Hakimiyyət hesab edir ki, müxalifətin seçkilərin nəticələrini şübhə altına alması ölkədə siyasi sabitliyə mənfi təsir göstərir və demokratik proseslərə inamı zəiflədir.

Maraqlıdır ki, etiraz aksiyalarında hakim partiyanın fəxri sədri Bidzina İvanişvili əsas tənqid hədəfi olaraq qalır. Müxalifət və etirazçıların bir hissəsi hesab edir ki, ölkədə mühüm siyasi qərarlar onun təsiri altında qəbul edilir. Bu səbəbdən adı aksiyalarda tez-tez səslənir, müxtəlif şüarlar və plakatlarla gündəmə gətirilir. Onların fikrincə, Gürcüstanda siyasi mübarizənin əsas xətlərindən biri ölkənin Avropa İttifaqına inteqrasiyası məsələsidir. Hesab edirlər ki, Avropa kursunun davam etdirilməsi demokratik islahatların və hüququn aliliyinin təmin olunması üçün əsas şərtdir.

Hakimiyyət isə İvanişviliyə ünvanına səslənən bəzi ifadələri siyasi mövqenin ifadəsi kimi deyil, ictimai asayişin pozulması kimi qiymətləndirir. Rəsmi qurumlar bildirirlər ki, etiraz hüququ qorunmalıdır, amma bu hüquq ictimai qaydanın pozulması və hüquq-mühafizə orqanlarının qanuni tələblərinə məhəl qoyulmaması ilə müşayiət oluna bilməz. Hazırda Gürcüstan Avropa istiqamətindən imtina etməyib və ölkənin strateji məqsədi Avropa İttifaqına üzvlük olaraq qalır. Rəsmi Tbilisinin mövqeyinə görə, hökumətin qərarı inteqrasiya prosesindən tam geri çəkilmək deyil, ölkənin milli maraqlarını və daxili sabitliyini nəzərə alan mövqedir. Xarici siyasət qərarları Gürcüstanın təhlükəsizliyi və iqtisadi maraqları əsasında qəbul edilməlidir.

* * *

Qonşu ölkədə gərginlik yalnız daxili siyasətlə məhdudlaşmır. Siyasi qarşıdurmanın fonunda Avropa İttifaqının 21-ci sanksiyalar paketinə Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi neft emalı zavodunun daxil edilməsi münasibətlərdə yeni gərginlik yaradıb. Aİ Şurasının məlumatına görə, müəssisə beynəlxalq məhdudiyyətləri pozaraq Rusiya mənşəli neft və neft məhsullarının ticarəti və emalında iştirak edib. Hakimiyyətə yaxın “Xalqın gücü” partiyasının icraçı katibi Quram Maçaraşvili mümkün sanksiyaları siyasi təzyiq kimi qiymətləndirib. Onun sözlərinə görə, Avropa qurumlarının Gürcüstana münasibəti ölkənin müstəqil qərarlar qəbul etməsi ilə bağlıdır və bu addımlar siyasi xarakter daşıyır.

Maçaraşvili bildirib ki, Gürcüstan Rusiya ilə müharibəyə qoşulmadığı və öz milli maraqlarını əsas götürdüyü üçün təzyiqlərlə üzləşir. Gürcüstanın əsas vəzifəsi ölkəni yeni qarşıdurmalardan qorumaq, iqtisadi sabitliyi saxlamaq və xarici siyasətdə müstəqil qərarlar qəbul etməkdir.

Gürcüstan Xarici İşlər Nazirliyi isə Avropa İttifaqının Kulevi zavodu ilə bağlı qərarına yenidən baxacağına ümid etdiyini açıqlayıb. Zavodun sahibi “Black Sea Petroleum” şirkəti yaxın aylarda Rusiya mənşəli neft idxalından tam imtina etməyi planlaşdırdığını bildirib.

Son hadisələr bir daha göstərir ki, Gürcüstanda siyasi mübarizə təkcə hakimiyyətlə müxalifət arasında rəqabət deyil. Bu mübarizə ölkənin gələcək inkişaf modelinin, xarici siyasət kursunun və geosiyasi istiqamətinin müəyyənləşdirilməsi uğrunda aparılır.

Bir tərəfdə Avropa inteqrasiyasının bərpasını tələb edən etirazçılar, digər tərəfdə isə xarici təzyiqlərə qarşı müqavimət göstərdiyini bildirən hakimiyyət dayanır. Bu qarşıdurma uzandıqca ölkədə siyasi qütbləşmə dərinləşir, iqtisadi və investisiya mühiti üçün risklər artır, Gürcüstanın beynəlxalq tərəfdaşları ilə münasibətləri isə sınaqlarla üzləşir.

Tbilisi etirazları və Avropa İttifaqının yeni sanksiya qərarları göstərir ki, Gürcüstanda böhran hələ yekun mərhələyə çatmayıb. Əksinə, hadisələrin inkişafı onu deməyə əsas verir ki, ölkə qarşıdakı aylarda həm daxildə, həm də beynəlxalq müstəvidə daha mürəkkəb siyasi proseslərlə üz-üzə qala bilər. Bu proseslərin necə nəticələnəcəyi isə ilk növbədə hakimiyyətin dialoqa nə dərəcədə hazır olmasından, müxalifətin etiraz potensialını qoruyub saxlaya bilməsindən və Avropa İttifaqı ilə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq.

Mövzu ilə bağlı gürcüstanlı politoloq Vüqar İsayev XQ-yə bildirdi ki, hazırkı siyasi gərginlik əsasən xarici təzyiqlər və ölkənin milli maraqları arasında yaranan ziddiyyətlərdən qaynaqlanır: “Gürcüstan öz xarici siyasət qərarlarını müstəqil şəkildə verməli, ölkənin sabitliyini və təhlükəsizliyini prioritet kimi saxlamalıdır. Avropa İttifaqının bəzi qərarları və sanksiya mexanizmləri siyasi təzyiq vasitəsinə çevrilir və bu, Gürcüstanın iqtisadiyyatına, biznes mühitinə və cəmiyyətin sosial sabitliyinə mənfi təsir göstərir. Ölkə Avropa istiqamətindən imtina etməyib, lakin inteqrasiya prosesinin qarşılıqlı hörmət və milli maraqlar prinsipləri əsasında davam etdirilməsini istəyir”.

Politoloqun sözlərinə görə, daxili siyasi qarşıdurmanın uzanması ölkənin inkişafına mane olur: “Rəsmi Tbilisinin əsas məqsədi siyasi sabitliyi qorumaq, iqtisadi maraqları müdafiə etmək və ölkənin suveren qərarvermə imkanlarını saxlamaqdır”.

Pünhan ƏFƏNDİYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2026 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see442

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see264

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see255

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see244

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see244

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see241

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see239

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see232

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see229

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see228

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see228

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see227

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see222

57 yaşlı Ceylodan cazibədar Fotolar

14 Sentyabr 2026 16:20see195

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see176

Möminlərə Musa peyğəmbərin əsasının bir parçası göstərilib...

14 Sentyabr 2026 21:09see173

“Sülh Körpüsü”nün Azərbaycan üzrə qrupu diplomatik korpusun Qarabağa səfəri ilə bağlı Ermənistanda ictimai müzakirələrdəki qəbuledilməz tondan məyusluğunu bildirib

14 Sentyabr 2026 20:28see171

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda “Altynken” qızıl mədəni və affinaj zavodu ilə tanış olub FOTO

14 Sentyabr 2026 14:40see171

Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? AÇIQLAMA

14 Sentyabr 2026 19:09see169

Azərbaycanda doğum sayının azalmasının əsas səbəbi nədir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri