Icma.az
close
up
RU
Tbilisidə ilk: prezident bəyan etdi Ağrılı hadisələr olacaq

Tbilisidə ilk: prezident bəyan etdi Ağrılı hadisələr olacaq

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Gürcüstanda hakim partiyanın irəli sürdüyü namizəd Mixail Kavelaşvili prezident seçildi. Bununla belə, müxalifət üçün prezident hələ də Salome Zurabişvilidir və seçkilərin legitimliyini tanımır.  Hərçənd vəziyyəti dəyişdirmək imkanları məhduddur”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Gürcüstanda keçirilən prezident seçkilərinin nəticəsini dəyərləndirəkən deyib:

O bildirib ki, bu seçkilər ilklərlə yadda qaldı:

“Misal üçün də ilk dəfə Gürcüstan prezidentini xalq yox, Seçicilər Kollegiyası (SK) seçdi. Müxalifət isə prosesdə iştirak etmədi. Bununla belə, hakim partiya SK-də kvotanı təmin edə bilir.

300 nəfərdən ibarət olan SK-nin tərkibini parlament üzvləri (150 deputat), Acarıstan Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər), Abxaziya Muxtar Respublikasının Ali Şurasının üzvləri (21 nəfər) və yerli idarəetmə orqanlarının məclis üzvləri (109) təşkil edir.

Müxalifət parlamenti boykot etdir. Lakin kollegiyada yetərsay təmin olunur və bu, seçkini legitimləşdirir. Kollegiya üzvləri tam tərkibdə iştirak edirsə, prezidetin seçilməsi üçün 150+ tam, iştirak etmirsə, üçdə ikinin səsi yetərlidir. Buna görə də hakim partiyanın namizədi Mixail Kavelaşvili seçkilərdə qalib oldu”.

Ekspert deyib ki, indiki məqamda əsas məsələ seçkidən sonrakı prosesdir:

“Zurabişvili seçkini tanımır və postunu tərk etmək fikrində olmadığını deyir. “Gürcü Arzusu” isə Zurabişviliyə dekabrın 29-na, yeni prezidentin inaqurasiyasına qədər iqamətgahı tərk etmək çağırışı edib, əks təqdirdə, “zorla çıxarmaq”dan bəhs edirlər.

Mixail Kavelaşvili

Zurabişvilinin önündə seçim çox deyil. O, seçkinin legitim olmadığını qanunla əsaslandırmalıdır, lakin  bu mümkün görünmür. Çünki mövcud qaydalar hakim partiyanın xeyrinədir.

Bundan başqa, o, Qərbin hakimiyyətə təzyiqini təmin etməlidir. “Gürcü Arzusu”nun təzyiqlər və çağırışlar qarşısında immunitent qazandığı görünür”.

A.Nərimanlı deyib ki, Zurabişvili etirazçıları prezident iqamətgahına cəlb edə və küçə mübarizəsi apara bilər:

“İndiyə qədər keçirilən aksiyaların nəticə verməməsi bu ssenarinin də uğurlu olacağına inamı azaldır. Bununla belə, Zurabişvilinin qaçılmaz görünən gedişinin ağrılı proseslə baş verəcəyi görünür”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri