Tbilisidə IMMAF dünya çempionatı başlayır Azərbaycan 7 idmançı ilə təmsil olunur
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə IMMAF dünya çempionatına start veriləcək.
Moderator.az xəbər verir ki, Beynəlxalq Qarışıq Döyüş Sənətləri Federasiyasının (IMMAF) təşkilatçılığı ilə keçirilən dünya çempionatı noyabrın 1-dən 7-dək davam edəcək.
Çempionata 60-dan çox ölkədən 820-dən artıq idmançı qatılacaq. İştirakçılar qadınlar və kişilər üzrə müxtəlif çəki dərəcələrində mübarizə aparacaqlar.
İlk gün komandaların qeydiyyatı, qaydalar üzrə brifinq və püşkatma keçiriləcək. Döyüşlər noyabrın 2-də başlayacaq. Noyabrın 3-də 1/16 final, noyabrın 4-də 1/4 final, noyabrın 5-də yarımfinal qarşılaşmalarının keçirilməsi nəzərdə tutulub. Noyabrın 6-da 18–20 yaşlı idmançılar arasında, noyabrın 7-də isə böyüklər arasında final döyüşləri keçiriləcək.
Çempionatda Azərbaycan komandası MMA Federasiyasının prezidenti Rövşən Həsənovun rəhbərliyi altında iştirak edir.
Azərbaycan komandasının tərkibinə Ələkbər Mahmudov, Qabil Əlizadə, Saleh Cəfərov, İsmət Bədəlov, Həsən Muhamqazı, Əli Ataşov və Elmir Allahverdiyev daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:163
Bu xəbər 01 Noyabr 2026 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















