Tbilisidə Mir Cəlalın “Bir gəncin manifesti” romanının gürcü dilində yeni nəşri təqdim olunub
Icma.az, 525.az portalına istinadən məlumat verir.
Gürcüstanın paytaxtı Tbilisidə görkəmli Azərbaycan yazıçısı, elm xadimi və pedaqoq Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” romanının gürcü dilində yeni nəşri təqdim olunub.
525.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə çap olunmuş kitabın təqdimatı XXVII Beynəlxalq Kitab Festivalı çərçivəsində baş tutub.
Əsəri gürcü dilinə Gürcüstanın Dövlət mükafatı laureatı, tanınmış tərcüməçi İmir Məmmədli tərcümə edib.
O, çıxışında kitabın gürcü dilində nəşr edilməsinin Azərbaycan və gürcü xalqları arasında mədəni əlaqələrin inkişafına töhfə verdiyini, bu hadisənin iki xalq arasındakı dostluq münasibətlərinin növbəti göstəricisi olduğunu deyib.
Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu isə qeyd edib ki, Mir Cəlal Azərbaycan ədəbiyyatının rəmzlərindən biridir və o, yaradıcılığında Azərbaycançılıq ideyasını və milli düşüncəni tərənnüm edib.
Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, gürcü və azərbaycanlı ictimai xadimlər, ədəbiyyat və mədəniyyət nümayəndələri, tələbələr iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 31 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















