Icma.az
close
up
RU
Tbilisidə mitinqlərdə iğtişaşlara görə iki nəfər saxlanılıb

Tbilisidə mitinqlərdə iğtişaşlara görə iki nəfər saxlanılıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları daha iki nəfəri Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinqlərdə iğtişaşların təşkilində və iştirakında ittihamı ilə saxlayıblar.

Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən məlumata görə, saxlanılanlardan biri xarici ölkə vətəndaşıdır.

“Rustaveli prospektində keçirilən aksiya zamanı təqsirləndirilən şəxslər bir qrup şəxs qismində zorakılıq hərəkətləri edib, müqavimət göstərib və asayiş keşikçilərinin qanuni tələblərinə tabe olmayıb, onlara müxtəlif əşyalar atıblar”, - deyə idarənin açıqlamasında bildirilir. Tbilisidə mitinqlərdə iğtişaşlar başlayandan indiyədək 28 nəfər cinayətkarlıqda ittiham edilərək saxlanılıb.

Gecə Rustaveli prospektində hökumət əleyhinə növbəti aksiya keçirilib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aksiya uzun müddət dinc keçib, lakin sonda etirazçılar yenidən polisə qarşı pirotexniki vasitələrdən istifadə etməyə başlayıblar, bundan sonra izdihamı parlament binasından uzaqlaşdırmaq qərarı verilib. Nəticədə 48 nəfər inzibati qaydada həbs edilib.

Noyabrın 28-də Gürcüstanda Baş nazir İrakli Kobaxidzenin hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və bütün büdcə qrantlarından imtina etmək qərarına gəldiyi barədə bəyanatından sonra hökumət əleyhinə nümayişlərin növbəti dalğası başlayıb. Bundan əvvəl ölkədə keçirilmiş seçkilərə etiraz əlaməti olaraq mütinqlər keçirilirdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri