Icma.az
close
up
RU
Tbilisinin hər yerində etirazlar yatırılıb FOTOLAR YENİLƏNİB

Tbilisinin hər yerində etirazlar yatırılıb FOTOLAR YENİLƏNİB

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.

Gununsesi.info xəbər verir ki, nümayişçiləri dağıtmaq üçün polis yenidən gözyaşardıcı qazdan istifadə edib.

Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.

Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.

Su şırnaqı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı tamamilə yatırmağa müvəffəqolub.

***

3:33

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçıları mühasirəyə alaraq onları parlament binasının əks istiqamətinə aparan bir keçidlə qovurlar.

Polis davamlı olaraq su şırnaqı və və gözyaşardıcı qazdan istifadə edir.

***

02:28

Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıblar.

Gununsesi.info xəbər verir ki, bu haqda TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Etirazçılar dağılışmağa başlasa da, onların bir qismi geri qayıdıb. Zaman-zaman polislə həbslərlə bitən çəkişmələr olur.

Xüsusi təyinatlılar su şırnaqlarından əlavə gözyaşardıcı qazdan da istifadə edirlər.

Xatırladaq ki, bundan əvvəl polislə etirazçılar arasında yaranmış qarşıdurma nəticəsində bir neçə polis əməkdaşının xəsarət aldığı haqda məlumat yayılmışdı.

***

00:28

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında toplaşan nümayişçilərə qoşulub.

Gununsesi.info xəbər verir ki, aksiya iştirakçılarına qoşulan Zurabişvili onlara dəstək verdiyini bildirib.

“Mən burada bu insanların yanındayam. Bacardığım yerdə olacağam. Yeni seçkilər olmayana qədər bitməyəcək olan müqavimət başlayır”. – deyə o mitinqdə onu alqışlarla qarşılayan kütləyə müraciət edib.

Bundan sonra o, nümayişçilərin dağıdılması zərurəti yaranarsa, xüsusi texnikanın yerləşdiyi Azadlıq meydanına keçib. Zurabişvili təhlükəsizlik qüvvələri ilə danışmaq istəyib, lakin heç kim onunla dialoqa girməyib.

Bundan əvvəl Tbilisidə parlament binası yaxınlığında etirazçılarla polis arasında toqquşmanın olduğuna dair məlumat yayılmışdı. Məlumatda polisin aksiya iştirakçılarını dağırmaq üçün hərəkətə keçdiyi və bibər qazından istifadə etdiyi bildirilirdi.

***

21:59

Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.

Gununsesi.info xəbər verir ki, parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.

Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.

***

21:08

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.

Gununsesi.info xəbər verir ki, “Gürcü Arzusu”nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar “qullar”, “ruslar”, “get” şüarları səsləndirirlər.

Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.

Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.

Müxalifət liderləri əhalini mübarizəyə çağırıb. (APA)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Noyabr 2024 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri