Icma.az
close
up
RU

Tbilisinin hər yerində etirazlar yatırılıb FOTO VİDEO YENİLƏNİB 5

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələri Tbilisinin Rustaveli prospektindən etirazçıları tamamilə dağıdıb.

APA xəbər verir ki, nümayişçiləri dağıtmaq üçün polis yenidən gözyaşardıcı qazdan istifadə edib.

Bir neçə nəfər saxlanılıb. Aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyib.

Rustaveli prospektində etirazçılarla polis arasında qarşıdurma bütün gecə davam edib.

Su şırnaqı və gözyaşardıcı qazdan istifadə edən polis aksiyanı tamamilə yatırmağa müvəffəqolub.

***

3:33

Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə parlament binası yaxınlığında nümayişçiləri dağıtmağa başlayıb.

APA xəbər verir ki, Daxili İşlər Nazirliyinin əməkdaşları etirazçıları mühasirəyə alaraq onları parlament binasının əks istiqamətinə aparan bir keçidlə qovurlar.

Polis davamlı olaraq su şırnaqı və və gözyaşardıcı qazdan istifadə edir.

***

02:28

Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçılara qarşı su şırnaqlarından istifadə etməyə başlayıblar.

APA xəbər verir ki, bu haqda TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Etirazçılar dağılışmağa başlasa da, onların bir qismi geri qayıdıb. Zaman-zaman polislə həbslərlə bitən çəkişmələr olur.

Xüsusi təyinatlılar su şırnaqlarından əlavə gözyaşardıcı qazdan da istifadə edirlər.

Xatırladaq ki, bundan əvvəl polislə etirazçılar arasında yaranmış qarşıdurma nəticəsində bir neçə polis əməkdaşının xəsarət aldığı haqda məlumat yayılmışdı.

***

00:28

Gürcüstan prezidenti Salome Zurabişvili Tbilisidə parlament binası qarşısında toplaşan nümayişçilərə qoşulub.

Apa xəbər verir ki, aksiya iştirakçılarına qoşulan Zurabişvili onlara dəstək verdiyini bildirib.

"Mən burada bu insanların yanındayam. Bacardığım yerdə olacağam. Yeni seçkilər olmayana qədər bitməyəcək olan müqavimət başlayır". - deyə o mitinqdə onu alqışlarla qarşılayan kütləyə müraciət edib.

Bundan sonra o, nümayişçilərin dağıdılması zərurəti yaranarsa, xüsusi texnikanın yerləşdiyi Azadlıq meydanına keçib. Zurabişvili təhlükəsizlik qüvvələri ilə danışmaq istəyib, lakin heç kim onunla dialoqa girməyib.

Bundan əvvəl Tbilisidə parlament binası yaxınlığında etirazçılarla polis arasında toqquşmanın olduğuna dair məlumat yayılmışdı. Məlumatda polisin aksiya iştirakçılarını dağırmaq üçün hərəkətə keçdiyi və bibər qazından istifadə etdiyi bildirilirdi.

***

21:59

Tbilisidə etiraz aksiyasının miqyası genişlənir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının qarşısına toplaşan etirazçılar Rustaveli prospektini bloklayıblar.

Əraziyə çoxlu sayda polis cəlb edilib. Etirazçılar hakim partiya əleyhinə şüarlar səsləndirirlər.

***

21:08

Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarı qəbul edildiyini bəyan etməsindən sonra etirazçılar parlament binasının və hakim partiyanın mərkəzi ofisinin qarşısına toplanırlar.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, "Gürcü Arzusu"nun mərkəzi ofisinin qarşısına gələn erirazçılar “qullar”, "ruslar", "get" şüarları səsləndirirlər.

Binanın ətrafına səfərbər olunan hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara yaxınlaşmağa imkan vermirlər.

Analoji aksiyalar Batumi və Kutaisidə də təşkil olunub. Yerli KİV Kutaisidə aksiya zamanı qarşıdurma olması, polisin bir neçə nəfəri saxlaması barədə məlumat yayıb.

Müxalifət liderləri əhalini mübarizəyə çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Noyabr 2024 07:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see232

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see229

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see217

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see205

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see188

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see186

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see177

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see169

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see169

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see161

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see155

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see150

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see150

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see150

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see145

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri