Icma.az
close
up
RU
Tbilisiyə qatar bileti ucuzlaşdı Bu tarixdən

Tbilisiyə qatar bileti ucuzlaşdı Bu tarixdən

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dəmir Yolları (ADY) beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir.

Bu barədə ADY-dən bildirilib.

1 noyabr 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək.

Reyslərin artırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə çatdırılacaq. Bu isə 50 faizə yaxın artım deməkdir.

Yeni reyslərin istifadəyə verilməsi sayəsində sərnişinlər üçün daha aşağı büdcəli səyahət imkanları təqdim ediləcək. Belə ki, əlavə reyslərdə standart sinif (əvvəlki plaskart vaqonlar) üzrə biletlərin qiyməti 36 AZN-dən başlayır. Yeni aşağı büdcəli səyahət seçimi ilə sərnişinlər 30 faiz daha ucuz qiymətə səyahət edə biləcəklər. Marşrut üzrə bir istiqamətə Bakıdan Tbilisiyə minimum gediş haqqı 54 AZN, Yevlaxdan 44 AZN, Gəncədən 41 AZN, Ağstafadan 38 AZN, Böyük Kəsikdən Tbilisiyə isə 36 AZN təşkil edir.

Müqayisə üçün qeyd edək ki, hazırda Bakıdan Tbilisiyə "Stadler" vaqonlarında komfort sinif üzrə minimum gediş haqqı 77,50 AZN, Gəncədən isə 56.80 AZN-dir.

Əlavə reyslərə bilet satışına oktyabrın 2-dən başlanılacaq.

Əlavə reyslərlə sərnişinlərə gecə səfərləri ilə yanaşı, gündüz səyahəti imkanı da təqdim ediləcək. Bununla da sərnişinlər Bakı-Tbilisi-Bakı marşrutu üzrə öz planlarına uyğun səfər vaxtını seçə biləcəklər.

Yeni qrafikə əsasən, hazırda istismarda olan Bakı-Tbilisi-Bakı qatarı paytaxtdan saat 23:00-da yola düşməklə növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq. Qatar Tbilisidən saat 11:00-da yola düşərək saat 20:26-da Bakı Dəmiryol Vağzalında olacaq.

Yeni reys üzrə qatar isə Bakıdan hər gün saat 09:10-da yola düşəcək və saat 19:11-də Gürcüstan paytaxtına çatacaq. Əks istiqamətdə qatar saat 22:00-da hərəkətə başlayacaq və növbəti gün saat 07:57-də Bakıda olacaq.

Bakı-Tbilisi-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesinin daha da təkmilləşdirilməsi, eləcə də mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə bir sıra yeniliklər edilib. Belə ki, ADY-nin veb-saytı və "ADY Mobile" tətbiqində qeydiyyatdan keçmiş sərnişinlər şəxsi kabinet məlumatlarını MyGov ID-dən istifadə etməklə verifikasiya etməlidirlər. Bu addım sərnişinlərin maraqlarının qorunmasına və onlayn bilet alışının daha etibarlı təşkilinə xidmət edir. Şəxsi kabinet sahibləri müvafiq bölməyə FİN kodu daxil etdikdən sonra bütün zəruri məlumatlar əks olunacaq. Bilet alışı üçün şəxsi kabinetin verifikasiyası mütləq tamamlanmalıdır.

Xarici ölkə vətəndaşları isə vətəndaşı olduğu ölkənin adını və həmin ölkəyə aid telefon nömrəsini müvafiq bölməyə daxil etməlidirlər. Telefon nömrəsi SMS vasitəsilə göndərilən OTP kodu ilə təsdiqləndikdən sonra şəxsi məlumatları dəyişdirmək olar. Bundan əvvəl qeydiyyatdan keçmiş istifadəçilər də bilet almaq üçün telefon nömrəsini OTP vasitəsilə təsdiqlətməlidirlər.

Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsi tərəflərin uzun müddət davam edən birgə zəruri hazırlıq, texniki və təşkilati işləri başa çatdırmasından sonra mümkün olub.

ADY beynəlxalq sərnişin daşımalarında xidmət keyfiyyətinin artırılması, sərnişinlərin rahat və təhlükəsiz səfərlərinin təmin olunması, eləcə də artan tələbatın qarşılanması istiqamətində tədbirləri davam etdirəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 Oktyabr 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see256

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see171

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see165

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see163

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see162

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see160

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see160

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see159

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see159

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see157

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see157

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see156

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see156

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see155

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see154

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see154

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see152

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see151

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see150

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri