TDT ilə TÜRKSOY un bu il üçün nəzərdə tutulan birgə layihələri müzakirə olunub
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbul, 4 fevral, Günel Karatepe, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti (TÜRKSOY) və Türk Dövlətləri (TDT) təşkilatlarının Baş katibləri Sultan Raev ilə Kubanıçbek Ömüraliyev bu il üçün nəzərdə tutulan birgə layihələri müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə iki qurumun rəhbəri arasında TDT-nin İstanbuldakı Baş ofisində görüş olub.
TÜRKSOY və TDT-nin birgə məqsədləri istiqamətində keçirilən görüşdə 2025-ci il üçün nəzərdə tutulan mədəni və sənət fəaliyyətləri, birgə layihələr və digər əməkdaşlıq imkanları ətrafında fikir mübadilələri aparılıb.
Baş katib Sultan Raev TÜRKSOY-un Türk Dünyasının ortaq mədəni irsini qoruma, tanıtma və gələcək nəsillərə çatdırma missiyasını vurğulayaraq, TDT ilə olan güclü əlaqələrin bu prosesdə böyük əhəmiyyət daşıdığını ifadə edib. Kubanıçbek Ömüraliyev isə TÜRKSOY-un fəaliyyətlərini yüksək qiymətləndirərək, iki təşkilat arasındakı əməkdaşlığın artaraq davam edəcəyinə əminliyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 04 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















