TDT nin baş katibi: Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
"Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər bütün türk dünyası üçün mühüm nümunədir".
Bizim.Media xəbər verir ki, bunu "ADEX 2026" sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi, qırğızıstanlı diplomat və səfir Kubanıçbek Omuraliyev deyib.
O bildirib ki, dünyada müharibələrin və müxtəlif geosiyasi proseslərin baş verdiyi hazırkı dövrdə türk dövlətlərinin müdafiə sənayesi sahəsində əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır:
"TDT çərçivəsində 65-dən çox əməkdaşlıq istiqaməti mövcuddur və müdafiə sənayesi də bu sahələrdən biridir. Builki ADEX sərgisi çərçivəsində türk dövlətlərinin bir araya gəlməsi, əməkdaşlığın inkişafı üçün yol xəritəsinin müəyyənləşdirilməsi və qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir".
K.Omuraliyev əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur. (Oxu.az)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 01 Oktyabr 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















