Icma.az
close
up
RU
Ankara konfransı bütün Türk dünyası üçün müsbət örnəkdir

Ankara konfransı bütün Türk dünyası üçün müsbət örnəkdir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Prezident İlham Əliyevin ötən gün Ankarada keçirilən “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda yer alan fikirlər bir daha onu göstərdi ki, bu gün azərbaycanlıların Ermənistanın tərkibində olan Qərbi Azərbaycana - öz tarixi torpaqlarına qayıtması məsələsi həm dövlətimiz, həm də ictimaiyyətimiz üçün prioritet məsələ kimi aktuallığını saxlayır. Qərbi Azərbaycan məsələsi nə unudulub, nədəki arxa plana keçirilib.
Bu məsələ Azərbaycan Respublikası üçün mühüm və siyasi baxımdan olduqca həssas məsələdir. Rəsmi Bakı öz yurd-yuvasından didərgin salınmış yüz minlərlə Qərbi azərbaycanlının vətənə qayıtmaq hüququnun getdikcə daha geniş çərçivədə müdafiəsini təşkil etməyə, bu məsələni bütün dünya birliyinin diqqət mərkəzinə gətirməyə başlayır. Ankarada keçirilən beynəlxalq konfrans da bunun əyani təsdiqidir.
Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi bu konfransa ünvanlanan müraciətində Cənab Prezident bir daha bəyan edib ki, Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir. Lakin eyni zamanda, dövlətimizin başçısı onu da vurğulayıb ki, "Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir və Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir".
Prezidentin müraciətində hazırkı Ermənistan rəhbərliyi tərəfindən Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsinin sülhə mane olması faktı da yer alıb və bildirilib ki, rəsmi İrəvan UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalı, Ermənistan rəhbərliyi İcmanın nümayəndələrini qəbul etməlidir. Bunlar Azərbaycan tərəfinin çağırışları, gözləntiləridir və Cənab Prezident sözügedən müraciətində Qərbi Azərbaycana qayıdışla bağlı gözləntilərini bir daha açıq şəkildə bəyan etdi: "Təəssüf ki, Ermənistan cəmiyyətində türk xalqlarına qarşı dərin kök salmış nifrət, “böyük Ermənistan” xülyası, həmin ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının yer alması, Qərbi azərbaycanlıların qayıdışına imkan verilməməsi sülhə mane olur. Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymalı, azərbaycanlılara məxsus mədəni irsin bərpası və qorunması üçün addımlar atmalı, bu məqsədlə UNESCO-nun monitorinq missiyasına icazə verməli, qayıdış mövzusunda İcma ilə dialoqa başlamalıdır. Ermənistan Qərbi azərbaycanlıların nə vaxt və hansı şərtlərlə öz dədə-baba yurdlarına dönə bilmələri ilə bağlı aydın mövqe ifadə etməlidir. Bu məsələ ilə əlaqədar Ermənistan rəhbərliyinin İcmanın nümayəndələrini qəbul etməsini gözləyirik".
Dövlətimizin başçısı, həmçinin müraciətində Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdacağına və bölgədə davamlı sülhün bərqərar olacağına inamını ifadə edib. Bu inam, bu tələb beynəlxalq hüquqa və ədalətə inamın təzahürüdür. Bəli, didərgin düşmüş, öz daimi yaşayış yerindən zorla köçməyə məcbur edilmiş hər bir insan doğma yurduna qayıtmaq hüququna sahibdir. Bu, beynəlxalq hüququn əsas prinsiplərindən biridir və bu prinsip heç bir şəkildə inkar edilə bilməz.
Qərbi Azərbaycana qayıdış məsələsinin qardaş Türkiyənin paytaxtında bir çox tanınmış siyasi və ictimai xadimlərin, millət vəkillərinin, elm adamlarının iştirakı ilə keçirilən konfransda geniş müzakirəyə çıxarılması Qərbi Azərbaycan həqiqətlərinin Türk dünyası müstəvisinə çıxarılması və dünyaya yayılması, tanıdılması baxımından olduqca vacib hadisədir. Türk dünyası üçün vacib olan bütün sahələr daim gündəmdə olmalıdır. Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bütün aktual mövzular kimi Qərbi Azərbaycana qayıdış məsələsi də gündəmə gətirilməlidir. Ermənilər çar Rusiyası və sovetlər dönəmində təkcə azərbaycanlılara qarşı yox, digər türk xalqlarına qarşı repressiya və soyqırımlarında, deportasiyalarda da fəal iştirak ediblər. Bu gün bütün bu ağrılı həqiqətlərin birlikdə üzə çıxarılmasının məqamı yetişib. Biz tarixi ədalətin bərpası üçün birlik və həmrəylik göstərməliyik. Bu baxımdan, Azərbaycan və Türkiyə nümayəndələrinin bir araya gəldiyi Ankara konfransı bütün Türk dünyası üçün müsbət örnəkdir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 May 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri