Icma.az
close
up
RU
Azərbaycanın təcrübəsi örnəkdir...

Azərbaycanın təcrübəsi örnəkdir...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Ölkəmizdə müxtəlif dinlərin nümayəndələri qarşılıqlı dialoq və anlaşma şəraitində yaşayır

Bakıda islamofobiyaya qarşı mübarizə çağırışları

Bakıda “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda ikigünlük beynəlxalq konfransın keçirilməsi Azərbaycanın son illərdə dünyada  milli-dini-irqi zəmində güclənən mənfi tendensiyalara  həssas yanaşmasının növbəti təcəssümüdür. Ölkəmiz davamlı olaraq o mövqedən çıxış edir ki, milli-dini-irqi fərqlilik insanlar və ölkələr arasında ayrıcı xətlər yaratmamalı və islamofobiyaya qarşı mübarizədə qlobal həmrəylik gücləndirilməlidir. Prezident İlham Əliyev konfrans iştirakçılarına ünvanladığı müraciətində dünya ictimaiyyətinin diqqətini böyük narahatçılıq yaradan islamofobiya ilə bağlı aktual məsələlərə yönəldib. Müraciətdə vurğulandığı kimi, ölkəmizdə artıq ənənəvi olaraq təşkil edilən bu vacib tədbir bəşəriyyəti narahat edən islamofobiya probleminə diqqətin artırılmasına xidmət edir.

İslamofobiya dövlət siyasətinə çevriləndə...

Bütün səmavi dinlər kimi, İslam da bəşəriyyəti bərabərliyə və humanizmə çağırır. Ancaq təəssüf doğuran haldır ki, bugünkü dünyada hətta dini dəyərlərdən belə manipulyasiya predmeti kimi istifadə olunur. Bunun nəticəsidir ki, islamofobiya son dövrdə qlobal müstəvidə daha qabarıq və sistematik şəkildə özünü büruzə verir. İslama qarşı düşmənçilik, müsəlmanlara qarşı nifrət və dözümsüzlük, anti-İslam əhvali-ruhiyyəsi getdikcə böyük vüsət almağa başlayır və daha da kəskinləşir. Son illərdə Yaxın Şərqdə əsasən İslam dininə sitayiş edən insanların yaşadıqları coğrafiyalarda kədərli münaqişələr yaşanır, qanlı müharibələr səngimək bilmir. Bu münaqişələrin və müharibələrin ssenariləri isə bir qayda olaraq kənar güclər, islamofob dairələr tərəfindən hazırlanır. Sadə, günahsız insanlar aclıqdan, səfalətdən, dağıntılardan xilas olamaq naminə Qərbə üz tuturlar. Burada isə onların üzünə qapılar bağlanır.

Dünyada islamofobiyanın coğrafiyası genişləndiyi kimi, onun forma və məzmunu da dəyişir. Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən hərəkətlər, müqəddəs Qurani-Kərimin yandırılması, məscidlərə və ibadət yerlərinə qarşı hücumlar, müsəlman qəbiristanlıqlarının vandalizmə məruz qalması və digər belə hərəkətlər İslam dininə etiqad bəsləyən insanların hisslərini təhqir etməyə yönəlib. Bir sıra hallarda İslam dininə hücumlara “söz azadlığı”, “demokratiya” pərdəsi altında haqq qazandırlmasına cəhdlər göstərilir. Bəzi ölkələrdə İslam dininin müqəddəs simalarının karikaturalarının qəzet və jurnallarda yerləşdirlməsi, sosial şəbəkələrdə paylaşılması, ictimai yerlərdə anti-İslam tədbirlərinin keçirlməsinə dövlət qurumları tərəfindən rəsmi qaydada icazə verilməsi qəbuledilməzdir. Bu cür ədalətsiz və qərəzli münasibət müsəlmanların cəmiyyətə inteqrasiya olunmalarına və özlərini onun bərabərhüquqlu üzvü kimi hiss etmələrinə böyük maneə yaradır. Bildirildiyi kimi, vaxtilə qul ticarəti ilə məşğul olan, işğalçılıq və müstəmləkəçilik siyasəti yürüdən, soyqırımları törədən, indi isə özlərini insan hüquqlarının keşiyində duran demokratik ölkələr qismində təqdim edən bəzi ölkələrdə bu gün islamofobiya bir növ dövlət siyasətinə çevrilmişdir. Bu ölkələrdə dünyəvi dəyərlərin müdafiəsi adı altında müsəlmanların hüquqlarını və etiqad azadlığını məhdudlaşdıran qanunlar qəbul edilir, onların təhsil almaq, mənzilə sahib olmaq, işlə təmin olunmaq və digər hüquqları tapdalanır. “Məyusedici haldır ki, islamofobiya kimi ümumbəşəri bəlaya və təhlükəyə qarşı nəinki mübarizə aparılmır, hətta bir sıra ölkələrdə onun yayılması təşviq edilir. İslam dinini və müsəlmanları Qərb kimliyinə və dəyərlərinə təhdid kimi göstərərək insanların hisslərini və düşüncələrini yönəltməyə çalışan radikal cərəyanların və ifrat sağçı partiyaların pərəstişkarlarının sayı getdikcə artır, onların nümayəndələri parlamentlərdə daha çox yer qazanmağa başlayırlar. Eyni zamanda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi təsisatlar qərəz və ikili standartlara üstünlük verərək anti-müsəlman əhvali-ruhiyyəsini təlqin edirlər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Erməni vandalizmi...

Müraciətində Prezident İlham Əliyev ölkəmizin reallıqlarına da diqqət çəkib. Vurğulandığı kimi, Azərbaycan islamofobiya ilə üzləşmiş və bu gün də ondan əziyyət çəkən ölkələrdən biridir. Ermənistan tərəfindən torpaqlarımızın 30 illik işğalının ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv olunmasıdır. İlkin araşdırmalara görə işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə daha da artır və İslam irsinə qarşı erməni vandalizminin çoxsaylı yeni nümunələri ortaya çıxır. Bundan əlavə, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı faktları aşkar edilir. Bu cür həqarət aktları yalnız bizim deyil, bütün dünya müsəlmanlarının hisslərini təhqir edir. Bu kimi faktlara həyəcansız yanaşmaq mümkün deyil. Torpaqlarımızın otuzillik işğalı dövründə xalqımıza qarşı Xocalı soyqırımı törədilmiş, etnik təmizləmə aparılmış və bunun nəticəsi olaraq bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə salınmışdır. Ərazilərimizdə milyona yaxın mina basdırılmış, urbisid, kultursid və ekosid cinayətləri törədilmişdir. Ancaq, əfsuslar olsun ki, Qərbdə bəzi dairələr sırf dini təəssübkeşlik və islamofob mövqedən çıxış edərək Ermənistan tərəfindən torpaqlarımızın işğalına göz yummuş, münaqişənin əsl mahiyyətini təhrif etmiş, onu dini zəmində münaqişə kimi təqdim etməyə çalışmışlar.

Dünyada ayrı-seçkiçilik siyasətinin qarşısı alınmalıdır...

Əfsuslar olsun ki, soydaşlarımızın qovulduğu və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda da xalqımızın zəngin maddi-mənəvi irsini şüurlu və planlı şəkildə tamamilə məhv etmək və ya saxtalaşdırmaq, azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini yox etmək siyasəti bu gün də davam etdirilir. Prezident İlham Əliyev bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının iclasında İrəvan qazılığının fəaliyyətinin bərpası barədə qərarın qəbul edilməsini tarixi ədalətin təmin olunması, Qərbi Azərbaycanda yerləşən mədəni və dini-mənəvi irsimizin məhv edilməsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan vacib addım kimi dəyərləndirib.

Nə qədər ki, gec deyil dünyada ayrı-seçkiçilik siyasətinin qarşısı alınmalıdır. Azərbaycan da özünün ardıcıl siyasəti və ölkənin çoxkonfessiyalı mühiti ilə buna qətiyyətli çağırış edir. “Məhdud sayda monoetnik ölkə istisna olmaqla, dünya ölkələrinin əksəriyyəti çoxmillətli və çoxkonfessiyalı cəmiyyətlərdən ibarətdir. Bunu nəzərə alaraq müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində yaşaması ölkədə vətəndaş sülhü və vətəndaş həmrəyliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə müsbət təcrübəsi bir sıra ölkələr üçün örnək ola bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mübariz FEYİZLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:338
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 May 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see366

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see347

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see326

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see326

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see291

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see287

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see276

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see270

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see226

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see212

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see211

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see207

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see205

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see201

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see199

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see198

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see196

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see188

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see187

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri