TDT nin Baş katibi: Vaşinqtonda atılan tarixi addım bölgənin rifahının mühüm mərhələsidir
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İstanbul, 9 avqust, Günel Karatepe, AZƏRTAC
Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri, habelə şahid qismində Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni alqışlayıram.
AZƏRTAC xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüraliyevin açıqlamasında qeyd olunub.
Baş katib Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında anlaşmanın razılaşdırılmış mətninin paraflanmasını, həmçinin hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvi ilə bağlı ATƏT-ə ünvanlanan birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəklədiyini vurğulayıb.
Qeyd edilib ki, bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülhün, sabitliyin və rifahın bərqərar olunması yolunda mühüm bir mərhələni əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 09 Avqust 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















