Icma.az
close
up
RU
TDT nın inkişafı bəzi qüvvələri NARAHAT EDİR

TDT nın inkişafı bəzi qüvvələri NARAHAT EDİR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasət--irəli sürdüyü regional və qlobal miqyaslı təşəbbüslər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının maraqlarına xidmət edir.
İlham Əliyev Azərbaycan dövlətinin çoxəsrlik dövlətçilik ənənələrini yaşatmaqla yanaşı, həm də Türk dövlətlərinin Avropa ilə inteqrasiya olunması ideyasının müəllifidir.
Onun təşəbbüsü ilə 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində imzalanan sənədlə ; Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında qurulan TDT-ı inkişaf etməkdə olan beynəlxalq təşkilatdır.
TDT bu gün Türk dünyasının qlobal arenadakı koordinasiya platformasına çevrilmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji məqsədləri sırasında :
- Ənənəvi neft-qaz ixracatçısı olan Azərbaycanı yaşıl enerji istehsalçısına və təchizatçısına çevirmək ;
- Orta Asiyanın türk dövlətlərini bu prosesə cəlb etməklə Avropa ilə enerji bağlantılarını yaratmaq ;
- TDT-a üzv dövlətlərin Avropa ilə iqtisadi və texnoloji inteqrasiyasını təmin etmək dayanır.
İlham Əliyev 2024-cü ilin iyul ayında keçirilən II Şuşa Qlobal Media Forumunda bu barədə demişdi ki : "Bizim planlarımız həyata keçsə, Özbəkistan ,  Qazaxıstan və  Xəzər dənizindən keçərək Azərbaycana, Gürcüstana, Türkiyə və Rumıniyaya uzanacaq kabel xətti inşa edə bilərik. Bu layihə Cənub Qaz Dəhlizindən də daha böyük layihə olacaq.”
Son günlər baş verən hadisələrin təhlili göstərir ki, TDT-nin Avropa ilə inteqrasiyası və Türk birliyinin dərinləşməsi beynəlxalq güc balansını dəyişdirir və bu  "bəzi qüvvələri" qıcıqlandırır.
1.Türk dövlətlərinin nəqliyyat, enerji və informasiya sahələrində koordinasiyası;
2.Avropa üçün Azərbaycan, Qazaxıstan və Özbəkistanın strateji əhəmiyyətinin artması;
3.Xəzər dənizinin sualtı kabel enerji  layihələrinin reallaşmaq üzrə olması;
4.TDT dövlətlərinin müstəqil geosiyasi aktora çevrilməsi, xüsusilə Rusiya və bəzi Qərb güclərinin təsirindən çıxmağa başlaması "bəzi qüvvələri" ciddi natahat edir. Çünki Türk dünyasından Avropaya yaşıl enerji ixracı ideyası sadəcə iqtisadi layihə deyil – həm də geosiyasi anlam daşıyan böyük strateji təşəbbüsdür.
Məhz bu səbələrdən:
1. Moskva, post-sovet coğrafiyasında nüfuzunu qorumaq üçün TDT-nin inkişafını təhdid kimi görür. Xüsusilə Azərbaycan vasitəsilə Avropaya çıxış əldə edən Orta Asiya enerji layihələri Rusiyanın nəzarətindən çıxır. Son günlər Rusiyada azərbaycanlılara qarşı törədilən təxribatlar  təsadüfi deyil – bu, Bakiya  təzyiq və siyasi mesajdır.
2.Tehrandakı molla rejimi “Turan" ideyasından dərin şəkildə narahatdır. TDT-nin güclənməsi, Cənubi Azərbaycanda milli oyanış proseslərini sürətləndirə bilər. İran, Zəngəzur dəhlizinə və türk dövlətlərinin yaxınlaşmasına qarşı çıxır.
3.Qərbin müəyyən imperialist  mərkəzləri və “Soros” kimi fondları TDT-nin inkişafını istəmirlər.
Onlar regionda rəngli inqilablar və sosial gərginlik  yaratmaqla ;  Türk dövlətlərini zəiflətmək və bu coğrafiyalarda  qərbyönümlü “oyuncaq hökumətlər” qurmaq niyyətindədirlər.
Bütün bu reallıqların fonunda Türk dünyasına, o cümlədən Azərbaycana və xaricdə yaşayan azərbaycanlılara qarşı açıq və gizli təxribatlar çoxalıb. Son günlər Rusiyada 50-dən çox Azərbaycan türkü işgəncəyə məruz qalmış, bəziləri vəhşicəsinə döyülərək öldürülmüşdür.
Bu hadisələr Azərbaycan-Rusiya münasibətlərinə ciddi zərbə vurmuş və gələcək əməkdaşlıq perspektivlərini şübhə altına almışdır. Gərginliyin yalnız Bakı ilə Moskva arasında deyil, ümumən Türk dünyası ilə bəzi qlobal güclər arasında olduğu aydın görünür.
Ukrayna müharibəsi ilə həm Rusiyanı, həm Ukraynanı zəiflədən həmin qüvvələr; indi də Türkiyə və Azərbaycanın yaxınlaşmasının qarşısını almaq, TDT-nin genişlənməsini durdurmaq üçün yeni oyunlar qururlar.
Lakin müşahidələr göstərir ki, TDT-nin inkişafı labüddür və artıq geri dönüşü olmayan strateji  yoldur. Əlbətdə bu yol təhlükəsiz və maneəsiz olmayacaq.
Hesab edirik ki : Azərbaycanın siyasi dairələri  təmkin və ayıq-sayıqlıqla hərəkət etməli,Dövlətin maraqlarını daxildən və xaricdən gələn təzyiqlərdən qorumalı,
Türk dövlətləri arasında koordinasiya və informasiya təhlükəsizliyi gücləndirilməlidir. 

Qəvami SADIQBƏYLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 İyul 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri