Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

TDT nin İnvestisiyaların Təşviqi Şəbəkəsi yaradılıb

TDT nin İnvestisiyaların Təşviqi Şəbəkəsi yaradılıb

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Türk Dövlətləri Təşkilatının (TDT) Özbəkistanda IV Daşkənd Beynəlxalq İnvestisiya Forumu (TIIF 2025) çərçivəsində İnvestisiyaların Təşviqi Şəbəkəsi (TurkIPAnet) yaradılıb. TDT-yə üzv ölkələrin investisiya agentliklərinin rəhbərləri tərəfindən təsdiqlənən Anlaşma Memorandumuna əsasən, TurkIPAnet yeni platforma kimi türk dövlətləri arasında investisiya əməkdaşlığının gücləndirilməsini, onların birbaşa xarici investisiyalar üçün cəlbediciliyinin artırılmasını, həmçinin investisiyaların təşviqi agentlikləri (IPA) arasında bilik mübadiləsi mexanizmlərinin inkişafını, səylərin koordinasiyasını və birgə təşəbbüslərin həyata keçirilməsini nəzərdə tutur.

TDT ölkələri yeni platforma çərçivəsində həm xarici, həm də daxili regional investisiyaların təşviqində koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, türk dünyası çərçivəsində inteqrasiya olunmuş, dayanıqlı və səmərəli investisiya məkanının formalaşması üçün türk ölkələrinin IPA-ları arasında daha sıx əməkdaşlıq zəruridir.

Azərbaycan türk dünyasında aparıcı investordur

Azərbaycan türk dövlətlərinin ortaq maliyyə strukturu olan Türk İnvestisiya Fondunda (TİF) da fəal rol oynayır. Ötən ildən başlayaraq respublikamız fondun maliyyə portfelinin formalaşmasında aktiv səhmdar kimi çıxış edir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan tərəfindən təsis edilmiş fond türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir. Üzv ölkələrin üzvlük haqqı, investisiya ayırmaları, əsas kapital və əlavə maliyyə alətlərindən formalaşacaq Fondun nizamnamə kapitalı ilkin mərhələdə  500 milyon dollar müəyyən edilib, kapital fondu hər biri nominal dəyəri 50 min dollara bərabər 10 min paya bölünüb ki, burada hər üzv ölkənin limitə uyğun payı vardır. Bundan başqa, Fondun nizamnamə kapitalı ödənilmiş paylara və yenidən çağırıla bilən, yəni cəlb edilən paylara bölünüb ki, ümumi nominal dəyər 350 milyon dollar təşkil edir. Əlavə maliyyələşmədə ölkələr üzrə ümumi nominal dəyər isə 150 milyon dollardır. Gələcəkdə, Fondun maliyyə portfelinin daha da artırılaraq 1 milyard dolları ötəcəyi istisna olunmur.

Azərbaycanın TDT ölkələri ilə əlaqələrinin inkişafına dərin töhfə verərək təşkilatın üzv ölkələrinə 20 milyard dollardan çox sərmayə yatırıb. Həmin investisiyalar Türkiyədə enerji və kimya sektoruna, eləcə də digər qardaş ölkələrin sənaye, energetika, nəqliyyat sahələrinə yatırılıb. Bu, Azərbaycanın sərmayədar ölkə kimi TDT-də aktiv investisiya imicini göstərir. 

Azad Ticarət Rejiminin yaradılması

TDT ölkələrinin əsas prioritetlərindən biri rəqəmsal azad ticarət rejiminin təmin olunmasıdır. Bu, üzv ölkələr arasında  qarşılıqlı  ticarət rejiminin yumşaldılması və idxal-ixrac mallarının gömrük və tranzit rüsumlarının aşağı salınması istiqamətində vahid siyasətin yürüdülməsini nəzərdə tutur. Ticarətdə elektron mübadilənin yeni mexanizmlərindən biri kimi Türkiyədə qüvvədə olan Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi təcrübəsinin bütün üzv ölkələrdə geniş tətbiqi nəzərdə tutulur ki, bu da iqtisadi-ticari əlaqələrin təşviqi və mal mübadiləsinin həcmlərinin artırılmasına xidmət edir. Bu baxımdan DEPA sazişi qardaş ölkələr arasında qarşılıqlı ticarətin və xarici investisiyaların həcminin artırılması, birgə iqtisadi layihələrin icrasında təşəbbüskarlığın daha da güclənməsi, eləcə də biznes qurumları arasında işgüzar münasibətlərin genişlənməsi üçün hüquqi əsaslar yaradır.

“Rəqəmsal İpək Yolu” və “Digital Hab”ı...

Türk Dövlətləri Təşkilatının mühüm prioritetlərindən biri müasir rəqəmsal texnologiyaların və kommunikasiya bağlantılarının yaradılmasıdır. Bu məqsədlə çoxşaxəli “Rəqəmsal İpək Yolu” layihəsi hazırlanıb. Həmin layihə müasir dünyada ən innovativ platformalardan biri olan “Digital Hab”ı formalaşdırmaqla türk dövlətlərinin rəqəmsal iqtisadiyyat blokunda sıx birləşməsinə əlverişli imkanlar yaradacaq. Ötən ilin noyabr ayında Özbəkistanda TDT ölkələri tərəfindən imzalanmış Səmərqənd Bəyannaməsində TransXəzər fiber-optik kabel infrastrukturunun yaradılması barədə razılıq əldə olunub ki, bu anlaşma “Rəqəmsal İpək Yolu”nun mühüm tərkib hissəsidir. Strategiyaya əsasən, Xəzərin dibi ilə “TransXəzər” fiber-optik kabel xəttinin çəkilişinin 2026-cı ilə qədər tam başa çatdırılması nəzərdə tutulub. Bununla da “Digital Hab” sistemi də yaxın illərdə qlobal rəqəmsal ticarətin ən işlək və çevik həlqəsinə çevriləcək.

Vahid ödəniş sisteminin yaradılması

TDT-nin rəqəmsal iqtisadiyat quruculuğu ilə bağlı hədəflərindən biri də maliyyə sahəsində əməkdaşlığın gücləndirilməsidir. Ötən il “Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Mərkəzi (Milli) Banklar Şurasının yaradılması haqqında” memorandum imzalanıb və təsisat fəaliyyətə başlayıb. Şuranın başlıca hədəfi TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsidir.

Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu baxımdan TİF-in türk ailəsinin iqtisadi gücünü, maliyyə qüdrətini birləşdirən və nümayiş etdirən struktur kimi vahid iqtisadi mərkəz olacağı şübhə doğurmur.

ELBRUS CƏFƏRLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 19 İyun 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri