Icma.az
close
up
RU
TDT nin Qəbələ sammitində mühüm qərarlar anonsu

TDT nin Qəbələ sammitində mühüm qərarlar anonsu

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türk Dövlətləri Təşkilatı son beş ildə öz fəaliyyətini ciddi şəkildə gücləndirib, bundan sonra...

Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin toplantısı keçirilib. Tədbirdə TDT-nin gələcək planları ilə bağlı bir sıra maraqlı təkliflər səsləndirilib. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin beyin mərkəzlərinin konfransında çıxışında mühüm fikirlər səsləndirib. F.Şəfiyev bildirib ki, Türk Dövlətləri Təşkilatının (TDT) regiondakı nüfuzu daim artan xətlə inkişaf edir.

Onun sözlərinə görə, son illərdə təşkilatın nüfuzu artmaqdadır: “TDT regionda sülh və əməkdaşlığa xidmət edir. Təşkilat daxilində əməkdaşlıq və bərabərhüquqluq prinsipi özünü göstərir. Bəzi beynəlxalq təşkilatlarda ciddi islahatlara ehtiyac var, müəyyən boşluqlar özünü göstərir. TDT bu boşluğu doldurmağa qadirdir”.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömər Kocaman təşkilatın gələcək perspektivləri barədə danışıb. O qeyd edib ki, strateji-coğrafi mövqeyi sayəsində Azərbaycan Türk dünyasının çox mühüm bir hissəsidir - türk regionu daxilində ticarətin, nəqliyyatın və əlaqələndirmənin inkişafı baxımından. Azərbaycan Türk dünyasında körpü rolunu oynayır. Onun sözlərinə görə, dəyişən dünyaya adaptasiya üçün bu kimi toplantılar çox ciddi əhəmiyyətə malikdir. “Biz təşkilat olaraq üzv dövlətlərin əlaqələrinin inkişafı üçün çalışırıq. TDT-nin yol xəritəsində olduqca vacib proqramlar nəzərdə tutulub”, - deyə o bildirib.

Ömər Kocaman Azərbaycanın Türk dünyası üçün körpü rolunu oynadığını deyib. “Prezident İlham Əliyevin "Bizim ailəmiz türk dövlətləri təşkilatıdır" fikri bizim təşkilat olaraq devizimizə çevrilib. Dolayısı ilə biz digər təşkilatlara bənzəmirik". Ö.Kocaman diqqətə çatdırıb ki, ortaq tarix, dil, mədəniyyət və ənənələrə əsaslanan qardaş türk dövlətləri arasındakı münasibətlər böyük strateji dəyər və potensial təklif edir.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaçın sözlərinə görə, TDT yarandığı gündən böyük işlər görüb və bu gün böyük regional təşkilat kimi öz rolunu gücləndirmək üçün daha yüksək potensiala malikdir. “TDT çərçivəsində əldə etdiklərimiz kifayət deyil. Biz həqiqətən qlobal qeyri-müəyyənlik dövründə yaşayırıq. Belə zamanlarda türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət kəsb edir. Biz artıq bu dövrdə suverenliyimizin güclənməsinin real nəticələrini görürük”, - o qeyd edib.

TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə toplantısı 7 oktyabr 2025-ci il tarixində Azərbaycanın Qəbələ şəhərində “Regional Sülh və Təhlükəsizlik” mövzusu çərçivəsində keçiriləcək. Bildirilib ki, zirvə görüşü TDT-nin üzv dövlətlərinin və müşahidəçi dövlətlərinin hörmətli dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirəcək, bölgədə və beynəlxalq miqyasda aktuallıq kəsb edən məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə və Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq.

Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının da görüşü keçiriləcək.


Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a şərhində bildirib ki, 7 oktyabrda Qəbələdə keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısı mühüm əhəmiyyətə malikdir: “Son beş ildə təşkilat öz fəaliyyətini ciddi şəkildə intensivləşdirib və genişləndirib, həm təşkilat daxili, həm ölkələrarası əlaqələr möhkəm inteqrasiya güclənib, artıq bu əməkdaşlıq bütün istiqamətləri əhatə etməkdədir. TDT-yə üzv dövlətlər arasında ticarət, iqtisadiyyat, enerji, logistika və sair istiqamətlərdən başqa eyni zamanda hərbi əməkdaşlıq və müdafiə sənayesi sahəsində əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. 7 oktyabrda keçiriləcək zirvə toplantısında da regional təhlükəsizlik və sülh mövzusunun müzakirə edilməsi TDT-də artıq qeyd etdiyimiz istiqamətlərdən başqa həm də təhlükəsizlik məsələlərinin diqqət mərkəzində olmasının göstəricisidir. Əlbəttə ki, biz arzulayırıq ki, TDT inteqrasiya prosesini və münasibətləri bundan yüksək səviyyəyə çatdırsın və artıq bu təşkilat bir regional güc mərkəzi statuslu təşkilat, hərbi-siyasi blok formatında fəaliyyət göstərsin. Doğrudur, üzv ölkələr son dövrlər bir çox istiqamətlərdə öz səylərini birləşdirməklə bərabər eyni zamanda öz siyasətlərini də müəyyən qədər koordinasiya edirlər. Amma bu koordinasiya hesab edirəm ki, daha ciddi şəkildə aparılmalıdır”.

Politoloq hesab edir ki, hələlik TDT-nin istənilən səviyyədə regional gücə çevrildiyini söyləmək müəyyən qədər erkən görünə bilər, amma bu istiqamətdə xeyli addımlar atılıb və davam edir: “Bundan sonra atılacaq xeyli addımlar, görüləcək çox işlər var. Çünki dünyada gedən proseslər və çağırışlar bu addımları zəruri eləyir. İnanmaq istəyirik ki, yaxın perspektivdə TDT bizim arzuladığımız səviyyədə bir blok, yaxud ittifaq formasında çıxış edəcək. Əlaqələr daha güclənəcəksə, işlər daha da koordinasiyalı şəkildə, davam edəcəksə, inteqrasiya güclənəcəksə, TDT dünyanın hesablaşdığı regional gücə çevrilə bilər. Bu regionda müxtəlif qlobal güclərin maraqları var. Türk Dövlətləri Təşkilatı da regional gücə çevrilərək təkcə bu regionda deyil, dünya düzənində özünə layiq olduğu yeri tutmalıdır. Hesab edirəm ki, üzv dövlətlərin həm cəmiyyətləri, həm də rəsmiləri bu gerçəkliyi, bu reallıqları qəbul edir və bu istiqamətdə addım atmağa meyllidir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see363

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see244

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see226

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see214

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see200

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see197

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see194

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see191

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see190

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see187

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see181

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see180

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see179

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see179

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see172

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see170

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see169

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see166

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see163

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri